GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ermənistan yasda, Azərbaycan ayaqda...

Ermənistan yasda, Azərbaycan ayaqda...

Tarix: 7-04-2016, 14:24 Bölmə :Ölkə Baxış: 0
Ermənistan yasda, Azərbaycan ayaqda...

Ermənilər meyitlərini üzə çıxarır - ən azı 200 ölü!..; Düşmən öz itkilərini və məğlubiyyətini etiraf edir; Şuşanın işğalına rəhbərlik eləmiş erməni general: “Azərbaycan məqsədinə çatdı...”
Dağlıq Qarabağ cəbhəsində yenidən atəşkəsin bərqərar edilməsi Azərbaycan toplumunda yaxşı mənada etiraz doğurub. İnsanlar ordumuz hücumda ikən, 22 ildə ilk dəfə işğalçını ağır itkilərə məruz qoyarkən əməliyyatların dayandırılmasını və düşmənə “taym-aut” verilməsini qəbul edə bilmir.

Ancaq əlbəttə ki, atəşkəslə bağlı geniş ictimaiyyətin bilmədiyi məqamlar var ki, bu da yəqin ki, yalnız Ali Baş Komandan İlham Əliyev və müdafiə naziri Zakir Həsənova bəllidir. Təbii ki, onlar da torpaqlarımızın tezliklə azad olunmasında maraqlıdırlar.

Bir şeyi dəqiqliklə yazmaq olar ki, Silahlı Qüvvələrimizin blits-uğuru Güneyli-Quzeyli Azərbaycan toplumunda, xaricdə yaşayan soydaşlarımızda böyük ruh yüksəkliyi və görünməmiş yekdillik yaradıb, xalqın qəti qələbəyə inamını birə-on gücləndirib, onda “məğlubiyyət sindromunu” faktiki, aradan qaldırıb.

Ermənistan yasda, Azərbaycan ayaqda...

Bunu şəhidlərimizin izdihamlı dəfn mərasimləri, dünən paytaxtda, Şəhidlər Xiyabanında keçirilən Qarabağ aksiyaları, Avropa ölkələrində, qardaş Türkiyədə Ermənistan əleyhinə keçirilən nümayişlər bir daha sübut edir. Bakıda yaşayış binalarının dövlət bayraqları ilə bəzədilməsi hərbi qələbəni dadmış millətin ovqatına və qələbə əzminə dəlalət edən başqa bir detal sayıla bilər. Bir sözlə, atəşkəs olsa da Azərbaycan iki gün öncəki kimi, yenə də ayaqdadır.

***

Ermənistanda isə tam əks ab-hava hökm sürür. Düşmən ölkə yasdadır, ordumuzun qəfil və sarsıdıcı zərbəsindən özünə hələ də gəlməyib. Çünki rəsmi təbliğata rəğmən, erməni xalqı gerçək itkilərini artıq bilir və yəqin ki, çox yaxın zamanda hakimiyyətdəki “Qarabağ klanı”ndan hesab soracaq - həmçinin də 29 itkin düşmüş (daha doğrusu, öldürülmüş) erməni hərbçisinə görə.

Ermənistan yasda, Azərbaycan ayaqda...

Bu arada Azərbaycan tərəfi də düşmənin itkiləri haqda rəsmi məlumat yayıb. “Qarabağdakı qarşıdurmalar zamanı erməni tərəfinin itkiləri 200 nəfəri, yaralıları isə 500 nəfəri keçir”. Bu sözləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı söyləyib.
Onun sözlərinə görə, ermənilər artıq öz itkilərini elan etməyə başlayıblar: “Əgər dünən erməni tərəfi 29 nəfərin ölümündən danışırdısa, indi bu rəqəmi 50-yə qaldırıblar. Həmçinin etiraf edirlər ki, itkin düşən 26 nəfər də məhv edilib. Əslində isə ermənilərin itkiləri həddən artıq çoxdur. Təkcə öldürülən erməni əsgər və zabitlərinin sayı 200-dən çoxdur”. Əlavə edək ki, dünən Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatına görə, daha iki erməni hərbçisi Kəlbəcərdə öldürülüb.


Öz növbəsində separatçı rejimin Rusiyadakı “daimi nümayəndəliyi”nin məsləhətçisi Arsen Məlik-Şahnazarov döyüşlərdə Ermənistan tərəfinin onlarla canlı qüvvəsinin məhv edildiyini etiraf edib: “Texnika cəhətdən də böyük itkilərimiz oldu - 14 tank itirmişik. 4 gün ərzində 50 nəfər həyatını itirib, həmçinin 20-30 nəfərdən xəbər yoxdur”. Bundan başqa o etiraf edib ki, Azərbaycan tərəfi bəzi mövqeləri geri alıb: “Cənub istiqamətində 3 yüksəklik onların nəzarətində qalıb. İranla sərhəddə 300-400 kvadrat kilometr ərazini əhatə edən bu 3 yüksəklik kifayət qədər vacib yüksəklikdir”.

***

Ermənistan yasda, Azərbaycan ayaqda...

Diqqətçəkici mühüm nüanslardan biri də odur ki, Ermənistanın son hərbi uğursuzluğu işğalçı ölkənin generaliteti səviyyəsində də etiraf olunmağa başlayıb. “Azərbaycan məqsədinə nail oldu”. Bu sözləri erməni generalı, Şuşanın işğalına rəhbərlik eləmiş “Kommandos” ləqəbli Arkadi Ter-Tadevosyan erməni radiosuna verdiyi müsahibədə son hərbi qarşıdurmanı şərh edərkən söyləyib. Ter-Tadevosyan həmçinin yerli KİV-ləri cəbhədəki hadisələri düzgün işıqlandırmamaqda ittiham edib.

“Fikrimcə, yerli KİV-lər hadisələri doğru işıqlandırmır. Onlar deyir ki, bu, Azərbaycanın Ermənistana qarşı genişmiqyaslı aqressiyasıdır. Rəsmi şəxslər və Müdafiə Nazirliyinin rəsmilərinin bu barədə açıqlamaları həqiqəti əks etdirmir”, vurğulayan general Azərbaycanın qarşısına tamamilə fərqli məqsədlər qoyduğunu deyib: “Azərbaycanın əsas məqsədi bizim qoşunların və texnikamızın harada olduğunu öyrənmək idi. Hesab edirəm ki, Azərbaycan öz istəyinə nail oldu. Cəbhə xəttində baş verən hadisələr döyüşlə yanaşı, kəşfiyyat xarakterli əməliyyat idi. Azərbaycanın əsasən hədəfi bu məlumatları təhlil etmək və növbəti addımı atmaqdır. Biz onlara nə ilə cavab verdik? Gözlənilməzlik faktoru olduğundan biz bir neçə mövqe itirdik” - Ter-Tadevosyan qeyd edib.

“Azərbaycanın öz hədəfinə nail olubmu” sualına general bir daha “bəli”, - deyə cavab verib: “Bəli, Azərbaycan öz istəyinə nail oldu. Bir daha təkrar edirəm: cəbhədə yaşananlar kəşfiyyat xarakterli idi”. Generalın fikrincə, Azərbaycan Qarabağ uğrunda gedən son döyüşlərdə müharibə qanunlarına riayət edərək qələbə qazanıb: “Hesab edirəm ki, Azərbaycan genişmiqyaslı hücum qərarı verəcəyi təqdirdə faktiki olaraq başladığı işi davam etdirə biləcək”.

***

Qarabağ konflikti zonasında hərbi xarakterli dəyişikliklər, belə görünür, ATƏT-in Minsk Qrupu həmsədrlərinin mövqeyinə də təsirsiz ötüşməyib. Belə ki, amerikalı həmsədr dünən Bakıda daha çox Azərbaycanın mövqeyindən çıxış edərək, işğal altındakı ərazilərdən hərbi qüvvələrin tezliklə çıxarılmasının vacibliyini bildirib.

Onun sözlərinə görə, hərtərəfli həllə orduların işğal olunmuş ərazilərdən çıxarılması, torpaqların Azərbaycana qaytarılması daxildir. Diplomat Minsk Qrupu ilə bağlı Azərbaycan xalqının məyusluğunun başadüşülən olduğunu da vurğulayıb: “Azərbaycan xalqı 20 ildən çox davam edən münaqişə ilə üz-üzədir. Amma Ermənistanda da bu məyusluq var. Həll yolu müharibə deyil. Bilirəm, asan deyil, amma yeganə həll yolu sülhdür”.

Analitik xidmət
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Respublikasının Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb

    Azərbaycan Respublikasının Müdafiə naziri ATƏT-in ...

    6-04-2016, 21:24

  • 
  • "Ermənilər buna cəhd etsələr..." - General Rzayev

    "Ermənilər buna cəhd etsələr..." - ...

    5-04-2016, 13:45

  • 
  • Azərbaycan ordusu 6 erməni əsgərini məhv etdi, yaralılar var

    Azərbaycan ordusu 6 erməni əsgərini məhv etdi, ...

    18-06-2017, 02:04

  • 
  • Ordumuz ərazilərimizi işğaldan belə azad edir - Düşmən vahimə içərisindədir - VİDEO

    Ordumuz ərazilərimizi işğaldan belə azad edir - ...

    4-04-2016, 23:27

  • 
  • Erməni tərəfi itkilərini etiraf etdi: 25 ölü, 72 yaralı

    Erməni tərəfi itkilərini etiraf etdi: 25 ölü, 72 ...

    4-04-2016, 23:16


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu