Samux rayonunda bədbəxt hadisə baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kolayır kəndində qeydə alınıb. Kənd sakini 1992-ci il təvəllüdlü Nicat Mustafayev kənd ərazisində qırılaraq yerə düşən yüksəkgərginlikli elektrik naqilinə toxunan zaman cərəyan onu vuraraq öldürüb. Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?