GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qaxda nadir ağac növlərinin nəsli kəsilmək üzrədir

Qaxda nadir ağac növlərinin nəsli kəsilmək üzrədir

Tarix: 11-11-2016, 17:42 Bölmə :Ölkə Baxış: 728
Qaxda nadir ağac növlərinin nəsli kəsilmək üzrədir

Amma, meşə zolaqlarına qənim kəsilən, açıq-aşkar bu sahənin biznesi ilə məşğul olanlara isə, “qaşın üstə qar var” deyən yoxdur
Qış fəsli gəldiyindən Qaxın meşə massivləri sürətlə məhv edilir və acınacaqlı durum da yaşanır. Bu barədə “Gündəm Xəbər”ə rayondakı mənbəmiz tərəfindən sensasion məlumatlar da daxil olub. Mənbə bildirir ki, rayonun meşə zolaqlarında daha dözülməz vəziyyətin əmələ gəlməsinə səbəb, məhz rayonun Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru vəzifəsini daşıyan Azad Şəfiyevin şəxsi maraqlarını güdməsi olur. Eyni zamanda, rayonun mavi yanacaqla təmin edilməyən kəndlərində yerli sakinlərin odundan istifadə etmələri də, problemin əmələ gəlməsinə səbəb olan əsas amildir. Diqqəti o məqama da yönəltmək lazımdır ki, rayonda odun biznesi müxtəlif şəxslərin əlində cəmləşsə də, əsas söz sahibi RİH-nin başçısı cənab Musa Şəkiliyev olur və atlan addımlar da, məhz onun tapşırıqlarından sonra baş tutur.

Qaxda nadir ağac növlərinin nəsli kəsilmək üzrədir

Onu da vurğulayaq ki, rayonun meşə zolaqlarında çox qiymətli ağac növləri bitir və onların əksər hissəsi də kəsilərək, mebel istehsal etmək üçün qonşu Rusiya və Gürcüstan dövlətlərinə göndərilir. Kəsilmiş ağaclardan bəziləri müxtəlif növ mebellər düzəltmək üçün yararsız olduğundan, onlardan yanacaq kimi də istifadə olunur. Təəccüb doğuran hal o olur ki, xırda-xırda doğranmış bir maşın odunun qiyməti orta hesabla 300-400 manata satışa çıxarılır. Əksər hallarda isə, belə bir qiymətə sadə sakinlərin odun almağa imkanları çatmır. Qışın soyuğuna dözməyən kənd sakinlərinin çoxu isə, meşə zolaqlarından odun kəsməyə məcbur olurlar ki, bu zaman onlar yerli polis əməkdaşlarının köməkliyi ilə müxtəlif məbləğlərdə cərimələnirlər. Amma, meşə zolaqlarına qənim kəsilən, açıq-aşkar bu sahənin biznesi ilə məşğul olanlara isə, “qaşın üstə qar var” deyən yoxdur.

Qaxda nadir ağac növlərinin nəsli kəsilmək üzrədir

Qaxda meşə zolaqlarının məhvi təqribən 15-20 ildir ki, mütəmadi olaraq davam edir və bununla bağlı hər hansı tədbir də görülmür. Rayonda bir çox vəzifə sahiblərinə, ayrı-ayrı şəxslərə məxsus sexlərə çökə, palıd, fıstıq, vələs, göyrüş, şabalıd, qoz, cır armud və digər növ qiymətli ağaclar gətirilir, ilkin emaldan sonra müxtəlif ünvanlara daşınır.
Rayondakı mənbəmiz onu da bildirir ki, meşə təsərrüfatının “İlisu Dövlət Qoruğu” ərazilərindəki meşə zolaqlarına da rəhm olunmur, kəsilib doğranır və müxtəlif məqsədlər üçün də istifadə olunur. Belə bir səbəblər üzündəndir ki, adıçəkilən qoruq ərazisində nadir ağac növlərinin nəsli kəsilmək üzrədir. Baş verən xoşagəlməz durumla bağlı, yəqin ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarına rəhbərlik edənlər də məsuliyyət daşıyırlar. Xeyli müddət bundan əvvəl, “İlisu Dövlət Qoruğu”na yaxın ərazilərdə yaşayan sakinlər əməkdaşımıza bildirirlər ki, “artıq bu yerdə ağacların nəsli kəsilmək üzrədir” desələr də, bir kimsə sakinlərin həyacan təbilinə məhəl belə qoymurlar.
Bəli, bu gün tam əksəriyyətin yekdil rəyi belədir ki, Qax meşələrinin başı üzərini ciddi təhlükə alıb. Məhz, bu təhlükənin də səbəbkarı rayonun meşə mühafizəsi və bərpası müəssisəsinin direktoru Azad Şəfiyevdir. “Gündəm Xəbər”ə daxil olan digər məlumatda o da bildirilir ki, rayonun müxtəlif ərazilərində yeni meşə zolaqlarının salınması və ekosistemin mühafizəsi istiqamətində “görülmüş” işlər barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilən hesabatlar da, yalnız görüntü xarakteri daşıyır.
Açıqlamanın dərcindən sonra ümid edirik ki, ən azından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləcə də Meşələrin İnkişafı Departamentinin rəhbərliyi problemlərin təfərrüatlarını araşdıracaq və qarşıya çıxan məqamlara müəyyən mənada aydınlıq da gətirəcəklər.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.

Mirzə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Goranboy meşələrində bənzəri olmayan “qətliam”

    Goranboy meşələrində bənzəri olmayan “qətliam” ...

    7-12-2015, 16:05

  • 
  • Cəlilabadda güclü meşə yanğını

    Cəlilabadda güclü meşə yanğını ...

    30-07-2015, 23:56

  • 
  • Xaçmazda meşə massivində təxminən 1000-dək at və eşşək cəsədi tapılıb - FOTO

    Xaçmazda meşə massivində təxminən 1000-dək at və ...

    14-01-2014, 11:31


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu