GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Adnan Əhmədzadə Ramiz Mehdiyevin nəvəsinin Dubaydakı şirkətinə hər ay pul ötürürmüş – SENSASİON DETALLAR

Adnan Əhmədzadə Ramiz Mehdiyevin nəvəsinin Dubaydakı şirkətinə hər ay pul ötürürmüş – SENSASİON DETALLAR

Tarix: 14-11-2025, 12:36 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 11

Hazırda istintaq altında olan SOCAR-ın İnvestisiyalar və Marketinq üzrə vitse-prezidentinin sabiq müavini Adnan Əhmədzadə haqqında yeni və sensasion detallar üzə çıxır.

Adnan Əhmədzadənin nəzarətində olan şirkətlərdən biri vasitəsilə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsinin Dubaydakı şirkətinə illərlə böyük məbləğlərdə pul köçürülüb.

Gununsesi.info özəl mənbələrə istinadla yazır ki, Adnan Əhmədzadənin ifadəsində yer alan daha diqqətçəkən məqam köçürmələrə hələ Mehdiyev PA-ya rəhbərlik etdiyi dövrdə start verilib və Mehdiyev vəzifədən getdikdən sonra belə bu əməliyyatların dayandırılması barədə heç bir göstəriş verilməyib. Adnan Əhmədzadənin sözlərinə görə, pul ötürmələri son dövrlərə qədər eyni qaydada davam edib. Uzun illər PA-ya rəhbərlik edən Ramiz Mehdiyev həm də siyasi elitanın formalaşmasında əsas fiqur kimi tanınırdı.

Onun idarəçiliyi dövründə onlarla nazir, deputat, rektor və səfir onun siyasi “orbitinə” daxil oldu və böyük mövqelər qazandı. Bu gün həmin komanda demək olar ki, dərin sükuta qərq olub. Ramiz Mehdiyevin həbsi isə keçmiş PA komandası - Əli Həsənovdan tutmuş Eldar Mahmudova, Elmar Məmmədyarova, Əbülfəs Qarayevə, Oqtay Əsədova, Əsabil Qasımova, Elmira Axundova və Nəcməddin Sadıkova qədər bir çox şəxsin adını yenidən gündəmə gətirib. 87 yaşlı Ramiz Mehdiyevə irəli sürülmüş ittihamlar kifayət qədər ağırdır: CM-in 274-cü maddəsi – dövlətə xəyanət, 278-ci maddəsi – hakimiyyəti zorla ələ keçirmə, həmçinin 193-1-ci maddə – cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması.

İttiham aktında yer alan hakimiyyəti zorla ələ keçirmə ifadəsi göstərir ki, Ramiz Mehdiyev bu addımı təkbaşına ata bilməzdi. Bu, arxasında ciddi təşkilatlanmış şəbəkənin dayandığını göstərən ən mühüm hüquqi elementdir. Məlumata görə, Ramiz Mehdiyevin həbsi birbaşa Adnan Əhmədzadə işi ilə əlaqəlidir. Adnan Əhmədzadənin istintaqa verdiyi ifadələr Azərbaycanın enerji təhlükəsizliyinə qarşı planlaşdırılan təxribatları, habelə ölkənin iqtisadi nüfuzuna zərbə vurmaq məqsədi daşıyan ssenariləri üzə çıxarıb. Məqsəd Azərbaycanın Qərb tərəfdaşları qarşısında etibarlılığına xələl gətirmək və ölkəni Rusiyanın sanksiya mexanizmlərini yarmaq üçün istifadə olunan platformaya çevirmək olub. Bu zəncirin bir həlqəsi kimi Ramiz Mehdiyevin adı hallanır. Onun Rusiya siyasi çevrələri ilə uzun illər davam edən yaxın əlaqələri, ailə üzvləri vasitəsilə müxtəlif iqtisadi layihələrə təsir imkanları, eləcə də “Bank BTB” üzərində dolayısı nəzarəti artıq istintaq materiallarına daxil edilib. Bankın səhmlərinin 76,74 faizinə sahib olan Nigar Mehdiyeva Ramiz Mehdiyevin gəlinidir. Bank bu ilin ilk 9 ayında 641 min manat zərər açıqlayıb ki, bu da ötən illə müqayisədə 30 faiz artım deməkdir. Bu rəqəm istintaqın toxunduğu mümkün pulyuma əməliyyatlarının maliyyə izi ola bilər. Ekspertlər hesab edir ki, Ramiz Mehdiyevin həbsi ilə “beşinci kolon” adlandırılan, dövlət strukturlarında illərlə kök salmış və Rusiyanın maraqlarına işləyən şəbəkənin ifşası mərhələsi başlayıb. Bu şəbəkənin ideoloji qoluna keçmiş təbliğat rəhbəri Əli Həsənov, hərbi xəttinə isə keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkov rəhbərlik edirdi.

Mehdiyevin nəvəsinin Dubaydakı hesabına ümumilikdə köçürülən məbləğin 70-80 milyon dollar civarında olduğu ehtimal edilir. Bu isə sadəcə bir biznes əməliyyatı deyil, uzun illər işləyən sistemli maliyyə xəttinin mövcudluğunu göstərir.

Mehdiyev-Əhmədzadə xətti şəxsi münasibətə söykənib, yoxsa koordinasiya olunub?

SOCAR yetkilisi, Azərbaycan neftini xarici bazarlarda satan əsas şəxs nə üçün sabiq PA rəhbərinin nəvəsinin şirkətinə milyonlarla dollar ötürsün və bu proses niyə Ramiz Mehdiyevin vəzifədən getməsindən sonra da eyni templə davam etsin?

Bu mənzərə klassik himayə mexanizminə bənzəmir. Əksinə, Adnan Əhmədzadə sanki özündən yuxarı koordinasiya mərkəzindən gələn yazılmamış qaydaya əməl edib. Köhnə sistemin maliyyə arteriyası avtomatik şəkildə fəaliyyətini davam etdirib. Ramiz Mehdiyevin Moskva siyasi dairələri ilə yaxın əlaqələri illərdir müzakirə mövzusudur. Onun ölkədaxili siyasi proseslərə təsir imkanlarının bir qismi də məhz bu əlaqələrdən qaynaqlanırdı. Eyni zamanda, Adnan Əhmədzadənin biznes fəaliyyətinin də Rusiya kapitallı qruplarla kəsişməsi barədə iddialar mövcuddur. Bu faktlar birlikdə götürüldükdə belə bir ehtimal aktuallaşır. Mehdiyev–Əhmədzadə xətti təkcə daxili maliyyə sxemi deyil, Rusiyaya bağlı koordinasiya dairələri ilə paralel işləyən kapital kanallarının bir hissəsi ola bilər. Dubay köçürmələrinin uzun illər nəzarətsiz qalması da bu versiyanı gücləndirən ciddi amildir. 70-80 milyon dollar hansı xidmətin əvəzidir? Bu məbləğ nə borca, nə də adi kommersiya tərəfdaşlığına uyğundur. Burada söhbət şəbəkədaxili ödənişlərdən, siyasi-himayə mexanizminin maliyyə təminatından, yaxud sistemli kapital çıxarışından gedə bilər. Adnan Əhmədzadənin “mənə dayandırmaq barədə göstəriş verilmədi” deməsi də sistemin fərdi yox, mərkəzləşdirilmiş şəkildə işlədiyini göstərir. Ramiz Mehdiyevin həbsi ilə başlayan proseslər təkcə siyasi yox, həm də maliyyə yönümlü şəbəkələrin deşifrasiyası mərhələsinin başladığını göstərir. Dubay köçürmələri köhnə sistemin uzun illər gizlədiyi maliyyə arteriyalarını bir-bir açmağa başlayıb. Aydın olur ki, Əhmədzadə-Mehdiyev xətti sadəcə iki şəxsin münasibəti deyil. Həm daxildə, həm də xaricdə dayaqları olan koordinasiyalı sistemin tərkib hissəsidir. Musavat.com-un əldə etdiyi məlumatlar göstərir ki, Adnan Əhmədzadə uzun illər köhnə sistemin maliyyə icraçılarından biri kimi çalışıb, Ramiz Mehdiyevin ailəsi həmin xəttin siyasi təminatçıları sırasında yer alıb. Belə görünür ki, Dubaya yönələn milyonlarla dollar sistemli kapital çıxarışının bir hissəsi olub. Bu prosesin fonunda isə Rusiya bağlantılı koordinasiya ehtimalı xüsusi araşdırma tələb edir. İstintaq davam etdikcə, görünür ki, köhnə idarəetmə sisteminin daha dərin qatları da üzə çıxacaq./musavat.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Adnana görə təcili Bakıya çağırıldı

    Adnana görə təcili Bakıya çağırıldı ...

    24-09-2025, 23:13

  • 
  • Adnan Şənsəs dünyasını dəyişdi

    Adnan Şənsəs dünyasını dəyişdi ...

    25-12-2013, 23:38

  • 
  • Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan Əhmədzadə işində hallanırdı

    Anar Əlizadə Azərbaycanı tərk edib - Adı Adnan ...

    9-10-2025, 23:42

  • 
  • Adnan Oktara bu ölkədən hər ay 1 milyon dollar gəlirmiş

    Adnan Oktara bu ölkədən hər ay 1 milyon dollar ...

    21-08-2018, 23:45

  • 
  • Adnan Oktarın yeni gözəlçəsindən ŞOK GÖRÜNTÜ

    Adnan Oktarın yeni gözəlçəsindən ŞOK GÖRÜNTÜ ...

    14-09-2014, 15:36


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu