GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » MƏTBUATIN PROBLEMİNİN BIR SƏBƏBİ VAR – HƏQİQƏTƏ XƏYANƏT ETMƏSİ

MƏTBUATIN PROBLEMİNİN BIR SƏBƏBİ VAR – HƏQİQƏTƏ XƏYANƏT ETMƏSİ

Tarix: 15-11-2025, 11:44 Bölmə :Ölkə / GündəmXəbər / Manşet Baxış: 374

Darmadağın olmuş müstəqil mətbuat, tamamilə monopoliyalaşmış media reklamları və məmurların əlində alətə çevirilmiş xəbər saytları. 


Üçüncü daha təhlükəlidir - məmurların əlində alətə çevirilmiş media və onu alətə çevirmiş məmurlar və mövqe davaları... 

Bu barədə bir qədər sonra...

Bir qədər əvvəl Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli "dəstək müsabiqələri"nin yeni qaydalarını açıqlayıb. Qısası, dəstək müsabiqəsi dediklərinin mükafatı 3 min manat artırılaraq 5 min manata qaldırılıb. Adını da yaxşı qoyublar "Jurnalistlərin əmək haqqı qaldırılacaq". Adam gülə də bilmir.

Təbii ki, bu yardım yenə də MEDİA-nın rəhbəri Əhməd İsmayılova verilmiş konkret siyahı ilə müəyyənləşəcək. 

Hə, bu siyahını da kim verəcək, o, nə istəyir, bax, bu da maraqlıdır.  Hamımız əla bilirik ki, "dəstək müsabiqələri" dedikləri o siyahı necə hazırlanır və onun "həri"sini kim verir. 

Hamımız onu da əla bilirik ki, onun bu addımları atmaqda məqsədi MEDİA-nın nəzarətində olanları daha da gücləndirmək və nəzarət halqasını bir qədər də genişlənirməkdir. Bunu dövlətin pulu ilə, özü də "dəstək müsabiqəsi" adı altında etməkdən qorxmayaraq... 

Toxunulmaz olduğunu hiss edən adam kimi, haqqında bir cümlə yazıldığı zaman üzərinə göndərilən "ordu"suna güvənən adam kimi. O "ordu"nu mən əla tanıyıram, kim olduqlarını da bilirəm - "Dovşana qaç, tazıya tut"?  Çilddən cildə, yoldan yola...

Hə, indi gəldik çatdıq başa. O, Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevdir. Hamının ondan qorxmasını istəyirlər.

Həzrət Əlinin Zülfüqarı ədalət, bərabərlik və haqqın bərpası üçün qaldırılırdı. Ədalətin qılıncı insanı qoruyar, haqqı müdafiə edərdi.

Amma adı Əli olan Media baronu Həsənov bu qılıncı 20 ildən çox müddətdə müstəqil medianın boynuna qoydu. Haqqın, sözün və həqiqətin başını kəsməyə çalışdı, kəsdi də.

Və nə qədər qəribədir… Ondan sonra bu “qılıncı” əlinə alanların adları da öz-özlüyündə böyük məna daşıyır:

Əhməd – Peyğəmbər Məhəmmədin (s) adlarından biri.

Hikmət – haqqa uyğun hökm vermək, doğru qərar deməkdir.

Amma biz nə ədalət gördük, nə hikmət, nə də haqqın qorunduğunu…

Əksinə - yol kəsdilər, basqı etdilər, baş kəsməyə hazır oldular. 

Qılıncın adı ilahi, əməlləri isə tam əksi…

Allah sizə Ədalət versin!

Çünki sizdə nə Əhmədin adı var, nə Hikmətin mənası, nə də Əlinin ədaləti…

Jurnalist Ədil Hüseynov


P.S. Bu gün bəzi “aparıcı media kapitanları” qəzet satışının sıfırlanmasından, yeni nəslin qəzet oxumamasından, Azərbaycanda yazılı mətbuatın son günlərini yaşamasından gileylənirlər və bu mənfi tendensiyanı texnologiyaların sürətli inkişafı ilə, artıq bütün qəzetlərin elektron versiyasının mövcudluğu ilə əlaqələndirirlər. Qəribədir ki, bu “arqumentləri” məhz o qəzet baş redaktorları irəli sürürlər ki, vaxtilə dövlətdən mənzil, pul mükafatları, aylıq, illik maliyyə dəstəyi, fəxri adlar, orden və medallar alıblar. Unudurlar ki, onlara dövlət dəstək verməklə, nə vaxtsa işlərini qaydaya salmaq üçün ayaqda qalmalarını təmin etmək üçün vermişdi. Və bu, əbədi ola bilməzdi. Onsuz da cəmiyyətdə bu məsələyə münasibət birmənalı deyildi. Yerlərdən etirazlar boy göstərirdi. Məsələn, suallar səslənirdi ki, jurnalistlərin müəllimlərdən, həkimlərdən nəyi artıqdır ki, onlara dövlət mənzil bağışlayır. Hələ həmin dəstəyin bölgüsündəki ədalətsizliklər bir yana dursun. İndi buyurun, hörmətli “aparıcı media kapitanları”, satın mənzilinizi, rəhbərlik etdiyiniz redaksiyaları daha bir neçə ay yaşadın, əgər ağızdolusu danışdığınız dövlətçiliyə xidmət müstəvisində səmimisinizsə.

Mətbuatın probleminin həllinin yalnız və yalnız bir yolu var ki, o da sizləri qane etməz: Yalnız həqiqəti yazmaq, daha hökumətin korrupsiyalaşmış məmurlarının yalanlarını konfet kağızına büküb oxucuya təqdim etməmək. Qəzet həqiqəti yazdığı halda oxucunun qəzetin saytında yalnız informasiyanın sərlövhəsinə, anonsuna rast gəlməsi yetərlidir ki, axtarıb qəzeti tapsın. Amma yox, sizə lazım idi ki, asılı olduğunuz məmurların, oliqarxların xalqın gözünün içinə danışdığı yalanları mümkün qədər tez tirajlayasınız.

Son illərdə görün Ramiz Mehdiyev başda olmaqla görün neçə nəfər yüksək ranqlı məmur dövlətçiliyə xəyanətə, neçə icra başçısı korrupsiyaya görə həbs olunub. Açın səhifələrinizi, göstərin görək, həmin şəxslər vəzifə başında olanda dövlətdən maliyyələşən hansı qəzetdə onların barəsində tənqidi informasiya dərc olunub. Heç birində. Əksinə, tərifləmiziniz. Hətta işi o yerə çatdırmısınız ki, hamının rüşvətxor kimi tanıdığı icra başçısının rəhbərliyi altında rayonda guya həyata keçirilən “mütərəqqi” işləri təqdir edən yazılarınızı üstəlik KİVDF-nin, MEDİA-nın layihəsi adı altında dərc etmisiniz. Həmin məmurların sonradan üstü açılan korruptiv əməllərindən yazmış olan müstəqil jurnalistləri isə sözü bir yerə qoyub “qara siyahıya” salmısınız.

Bilin, indi gileyləndiyiniz problemləri özünüz yaratmısınız, cılız maraqlarınız naminə həqiqətdən üz döndərməklə.


Gundemxeber.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Jurnalistlərə səslənən icraçı direktora dəstək olmağa hazırıq

    Jurnalistlərə səslənən icraçı direktora dəstək ...

    23-01-2021, 17:19

  • 
  • Sabiq məmurlar bu qədər pensiya alır – Siyahı

    Sabiq məmurlar bu qədər pensiya alır – Siyahı ...

    1-04-2021, 18:20

  • 
  • «BANK OF BAKU» DA MEDİA İNHİSARINA DƏSTƏK VERİR

    «BANK OF BAKU» DA MEDİA İNHİSARINA DƏSTƏK VERİR ...

    23-07-2013, 12:34

  • 
  • "Jurnalistlərin qədrini bilən adamlar təmsil olunmalıdır"

    "Jurnalistlərin qədrini bilən adamlar təmsil ...

    7-04-2020, 20:43

  • 
  • Medianın İnkişafı Agentliyi və Sahibkarlığın İnkişafı Fondu arasında görüş keçirilib

    Medianın İnkişafı Agentliyi və Sahibkarlığın ...

    31-10-2022, 20:53


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu