GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Təhsilimizi təkmilləşdirmək əvəzinə, bu sektoru uçuruma aparanlar kimlərdir? - FAKTLAR VƏ ADLAR

Təhsilimizi təkmilləşdirmək əvəzinə, bu sektoru uçuruma aparanlar kimlərdir? - FAKTLAR VƏ ADLAR

Tarix: 16-11-2025, 20:28 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 16

Dövlət idarəçiliyinin ən böyük bəlası savadsız və qeyri-peşəkar məmurların kresloya sahiblənməsidir. Bu tip insanlar öz sahəsini dərindən bilmədiyi üçün idarəçilikdə səriştəsizlik göstərir, amma buna baxmayaraq, kresloya yapışaraq özünü “yeganə ağıllı” kimi təqdim etməyə çalışır. Əslində isə onların bütün “ağıllılığı” bacarıqlı insanların boğulması, ixtisaslı kadrların uzaqlaşdırılması və kollektivin inkişafının qarşısının alınması ilə məhdudlaşır. Bu gün haqqında danışacağımız təhsil sisteminin iflic vəziyyətə düşməsinin səbəbi də məhz belə məmurların mövcudluğudur. Cəmiyyətin inkişaf səviyyəsi onun təhsililə bilavasitə bağlıdır. Təhsil insanın özünü tanımasına, həqiqəti dərk etməsinə kömək edir. Aşağıdakı siyahıda vəzifəsi ilə savadı, ixtisası təzad təşkil edən mühüm post rəhbərlərinin kimliyini təqdim ediririk:

 Orxan İrşad oğlu Abbasov

 2005-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Mühasibat uçotu və audit fakültəsinə daxil olmuş və həmin universiteti 2009-cu ildə bakalavr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 2012-2014-cü illlərdə ABŞ-nin Qərbi Miçiqan Universitetinin Dünya iqtisadiyyatı ixtisaslaşması üzrə magistraturasında təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir. 2015-2017-ci illərdə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin təhlil sektorunda məsləhətçi, 2017-2020-ci illərdə Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin Təhsildə innovasiyalar sektorunun müdiri, 2020-2023-cü illərdə Təhsil Nazirliyinin Ümumi və Məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini, yerli təhsili idarəetmə orqanları ilə iş sektorunun müdiri, 2023-cü ildə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2024-cü il tarixli Sərəncamı ilə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Uzun müddət Təhsil Nazirliyində çalışan Orxan Abbasovun heç bir pedoqoji təhsili yoxdur və təhsil nazirliyinin aparıcı fiqurlarından biri olub.

 

Nərminə Hüseynova

İxtisası beynəlxalq əlaqələr olan xanım müdirin təhsilə aid bir çıxışını izləyən, oxuyan olmayıb. Bakı Təhsil İdarəsindən bütün peşəkarları pərən-pərən salıb. Hazırkı iki müavini Xəyalə Əhmədzadə və Anar Qədiməliyev isə yerin boşalmasını, nə vaxt birinci şəxs olacaqlarını gözləməklə məşğuldurlar. Ona görə də hər ikisi sirli şəkildə susur, hələ ki, N. Hüseynova haqqındakı sirr boğçasını doldurmaqda maraqlı görünürlər.

Bakı təhsil şefinin idarəyə gətirdiyi şöbə müdirləri bir ayrı aləm vücudlardı. Ümumi təhsil şöbəsinin müdiri Turanə Məcidova ancaq direktorlara hədə gəlməklə və qeyri-praktik tapşırıqlar verməklə məşğuldur. Kadrlar şöbəsinin işini mənimsəyən Turanə xanım kadr bankı kimi çıxış edir, adi müəllimlərin qibtə etdiyi imkanlı namizədləri irəli çəkir. Bu işdə ailə üzvü olan məktəb direktoru da az rol oynamır. Kadr təyinatlarında aldığı rola görə İnsan resursları şöbəsinin müdiri Aygün Bayramova ilə duel vəziyyətindədir. Keçmiş müavin Anar Məmmədovun kadrı olan Aygün Bayramova İdarə rəhbərinin onun haqqındakı gizli planlarını bildiyi üçün hələlik sussa da, Nərminə Hüseynovanın qanuna zidd kadr təyinatları və ya qərəzli işdən azad etmələr haqqındakı əməllərindən ibarət qara çantasını da əlində möhkəm saxlayır, yaxınlarına bununla bağlı pıçıldayır. Yeri gəlmişkən belə qara işlərdən biri ictimailəşib artıq. İdarənin keyfiyyətsiz fəaliyyəti ilə keyfiyyətə cavabdeh şöbəsinin olmayan işindən isə danışmağa dəyməz.

Təchizat şöbəsi də özlərinin dediyi kimi təcili yardım xidməti göstərirlər, ürəyi gedən binalara valokardin iylətməklə məşğuldular. Digər gülməşəkər şöbə müdirləri də onlardan fərqlənməyən Bakı Təhsil İdarəsində at izi it izinə elə qarışıb ki, təhsildən başqa hər işlə narın-narın məşğul olurlar.

Əliyev Elnur Qəzənfər oğlu 2023-cü ilin dekabrında Təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrlə Elm və təhsil nazirinə müşavir təyin edilib. O, həmçinin Təhsil İnstitutunun direktoru vəzifəsini icra edir. Qeyd edək ki, Elnur Əliyev Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri vəzifəsində də çalışır. Elnur Əliyevin adı Büdcəni “yemək” üçün ciddi mübarizələrdə hallanır. Sosial medianın yaydığı məlumata görə Əmrullayev İnstitutun rəhbəri olduğu müddətdə layihələrdə xeyli neqativlər var idi. Əmrullayev Əliyevi İnstituta gətirdi ki, neqativlərin üstü açılmasın, həm də “işlərinə” davam etsinlər. Sonra Elnur Əliyev Təhsildə Keyfiyyət Təminatı Agentliyini ələ keçirdi. Xatırlatmaq istərdik ki, Elnur Əliyevin təsisçisi olduğu MMC 2024-cü ilin iyun ayında Elm və Təhsil Nazirliyinin “Ümumi təhsil müəssisələrində keyfiyyətə nəzarət üzrə xidmətlər” üzrə 1.328.633,51 manat və “21-ci əsrdə səmərəli məktəb idarəçiliyi üzrə ixtisasartırma təlimlərinin keçirilməsi” üzrə 460.800 manat dəyəri olan iki tenderinin də qalibi olub.

İlhamə Abdullayeva 

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri

Abşeron-Xızı Regional Təhsil İdarəsi eyni funksiyalı strukturlar sırasında medianın ən “sevimlisi”nə çevrilib. Mediada bu idarə ilə bağlı yazılar az qala ədədi silsilə şəkilini alıb. Konkret faktların yer aldığı yazılarda bu idarənin müxtəlif tabeli müəssisələri tənqid olunmaqdadır...İlhamə Abdullayevanın adı yerli medianın gündəmini məşğul edən, dillərdə şou-biznes nümayəndələrindən çox adı hallanan məmurlar sırasındadır. Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbəri İlhamə Abdullayeva 26 milyonluq yeyintidə ittiham olunur. Məlumata görə, Maliyyə Nazirliyi və Elm və Təhsil Nazirliyi tərəfindən açıqlanan məlumatlarda qeyd olunub ki, maliyyə pozuntuları Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki 103 ümumi təhsil müəssisəsi, 6 məktəbdənkənar və 96 məktəbəqədər təhsil müəssisəsini əhatə edir. Mediada yayılan iddialara görə, İlhamə Abdullayeva rəhbərlik etdiyi dövrdə yalnız maliyyə pozuntuları ilə deyil, şəxsi dəbdəbəsi ilə də diqqət çəkib. Bildirilir ki, onun övladına Bakının “Elite Event Hall” şadlıq sarayında dəbdəbəli toy mərasimi təşkil edilib, o cümlədən İsveçrəyə səfər edərək cehiz aldığı da məlum olub. Həmçinin, Xırdalan şəhərinin “Kristal-1” yaşayış kompleksində İlhamə Abdullayevaya məxsus şəxsi gözəllik salonunun fəaliyyət göstərdiyi, onun bura tez-tez xidməti avtomobillə gəldiyi bildirilir.

Azərbaycan təhsilinin sahibsiz olduğunu zənn edən, öz sisteminin rəhbərinə “müəllim”siz xitab edə bilən bu zatlar anlamalıdılar ki, təhsilin əsas himayəçisi ölkə rəhbəridir. Onun belə islaholunmaz, hədbilməz səlahiyyət sahibləri haqqında ölçüsü isə çox təsirli ibrətamiz hekayəyə çevrilir. Çünki təhsil cameəsini narazı salmaq, bu sahəyə ac maraqların təmin olunması yeri kimi baxmaq İlham Əliyevin kursuna qarşı getməkdən yana olmaqdır. O kursdan kənar yol isə uçuruma aparır. Qəzanız mübarək olmasın.

Davamı var../mediatv/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rektor hazırladıqları kadrların zəif olduğunu etiraf etdi

    Rektor hazırladıqları kadrların zəif olduğunu ...

    5-12-2013, 11:43

  • 
  • Mikayıl Cabbarov bəzi məktəbləri bağlamaq istəyir

    Mikayıl Cabbarov bəzi məktəbləri bağlamaq istəyir ...

    15-12-2013, 22:33

  • 
  • Oqtay Şirəliyevin bankir oğlu

    Oqtay Şirəliyevin bankir oğlu ...

    25-01-2014, 02:31

  • 
  • Təhsil Nazirliyi Vergilər Nazirliyinin bir şöbəsinə çevrildi

    Təhsil Nazirliyi Vergilər Nazirliyinin bir ...

    26-02-2014, 10:58

  • 
  • Azərbaycan universitetlərində ən bahalı ixtisaslar - SİYAHI

    Azərbaycan universitetlərində ən bahalı ...

    31-08-2018, 11:53


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu