GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Bakcell” Qarabağ əlilinin qanpulu ilə lotereya keçirir?!

“Bakcell” Qarabağ əlilinin qanpulu ilə lotereya keçirir?!

Tarix: 20-11-2025, 16:16 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 817

 1-ci dərəcəli qaziyə qarşı şəbəkə cinayətinə qiymət verilimir


Əvvəllər mobil operatorların xidmətindən yararlanmaq hamıya əlçatan idi. Ən azı 2 manat ödəməklə nömrə bir ay aktiv olurdu. Mənzillərdə modemlə internetdən yararlanıldığından, evdən kənar mobil  nternet paketi almaq istəyəndə isə əlavə ödəniş etməli olurdun. Bütün mobil operatorlar, demək olar ki, eyni xidmət təklif edirdi. 

2023-cü ilin sentyabrında “Bakcell”in 3019956 nömrəli müştərisi 1-ci dərəcəli Qarabağ qazisi xəstəxanada müalicədə olduğundan  internetə ehtiyacı yaranıb. 3 manatlıq 500 mb-lik paket üçün müraciət edən qazi müştəridən 3 manat yerinə, iki dəfə 3 manat çıxılıb. Heç demə 5  dəqiqə aralığı ilə 2 dəfə 3 manat ödəməklə qazidən 6 manat çıxıləb, cəmi 1 gb internet verilib. Halbuki 6 manat qarşılığında “daim onlayn” qalmaq, 1,5 gb internetlə təmin olunmaq “Bakcell”in xidmətlərində yazılıb. Mobil operator dəyən ziyanı bərpa etmədiyindən məhkəməyə müraciət edilib və ... daha yekə özbaşınalıqlara sifariş verilib. Özbaşınalığa baxın, bütün məhkəmələr istehlakçı hüququnun müdafiəsi tələbli iddianın predmetini dəyişib, əmlak (?) tələbinə dəyişib. 


Xətai məhkəməsinin (Aygün Həsənova) qanunsuz qətnaməsindən   Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriləndə isə cavabdeh “Bakcell” növbəti cinayətkar saxtalığa əl atıb. Qazinin istifadəsində olan 4 ikitərəfli bağlı nömrənin balansı şəbəkə cinayəti ilə eyni gündə-31.07.2024-cü ildə hər nömrədən ortalıq 25 manat çıxılmaqla sıfırlanıb. Nömrələr bağlı olduğundan 1-ci dərəcəli qazi bu cinayətdən kabineti quraşdırdıqdan sonra soraq tutub. Toplam 100 manat şəbəkə cinayəti ilə hər nömrəyə 35 gb internet, 1500 dəqiqə ölkədaxili zəng xidməti “bağışlanıb”. Toplam 140 gb, 6000 min zəng dəqiqəsi!(?) Günə 5 gb internet, 200 dəqiqə zəng “hədiyyəsi”!(?) Qarabağ qazisi bu “hədiyyə” xidməti ilə telefondan asılı qalıbmış ki! Di gəl, “Bakcell” bu “asılılığı” öncədən nəzərə alıbmış. Vurğuladığımız kimi, 4 nömrənin 4-ü də ikitərəfli bağlı olub və təbii ki, xidmətdən də, şəbəkə cinayətindən də əlil istehlakçı xəbərsiz olub. Bakı Apellyasiya Məhkəməsinin MK-sı (s/e Vahid Sadıqov) isə yeni sübutları qəbul etməkdən də imtina edib, şikayətin dəlillərinə baxmaqdan da. Məhkəmə tərkibinə etirazı da “dayangörək” “aktı” ilə cavablandırıb. Məhkəmə Hüquq Şurası 2 ildən çoxdur bu qeyri-prosessual özbaşınalığa qiymət vermək əvəzinə, məhkəmələrin rüşvət özbaşınalığını müdafiə edir. 

Hələ də 1-ci dərəcəli Qarabağ qazisinin əlil istehlakçı hüququnun pozulmasına nə Ombudsman, nə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (AİBNDA), nə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA), nə hüquq mühafizə orqanları qiymət vermək istəyir. Hamısı şəbəkə cinayətini bir gündə 4 bağlı nömrənin balansının 140 gb internet, 6000 dəqiqə zəng “hədiyyəsi” ilə silinməsini “Bakcell”in müstəsna hüququ, ən yaxşı halda “texniki qüsur” sayır. Halbuki “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun tələbinə görə xidmət qurjmu texniki qüsura görə dəyən ziyanı ödəmğlidir.

 Nizami məhkəməsinin kommersant hakimi Qumru Əliyeva (VÖEN 1400028632) və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (s/e Vahid Sadıqov, Xumar Mərdanova, Sabit Bəhrəmzadə) isə lap “gül vurub”. Qumru Əliyeva 100 manatlıq ziyanı tələb edən iddiaçı qazini 300 manat, apellyasiya instansiyası 400 manat cərimə edib. (??)  Hüquq və azadlıqların məhkəmə təminatı hüququ belə olurmuş? Ziyanın ödənilməsini tələb edən qaziyə səkkizqat həcmdə cərimə yazılması hüquq və azadlıqdır? Nərimanov məhkəməsinin (iddianın mümkün sayılmaması haqqında) qərardadla qətnaməni cavabdehin rüşvəti ilə ayıra bilməyən hakimi Ramin Quliyev, Bakı AM-in MK-sının Fərrux Qasımov, Günay Axundova, Leyla Əliyeva, Pərviz Hüseynov (İK-nın hakimidir- M. B.) 4-lüyü (?- “Bakcell” 4 hakimi özünə vəkil edib; bunlar kassasiya hüququna da,  2 il qabaq olduğu kimi,  qaziyə vəkildən imtina ilə qadağa qoyublar-M. B.) Məhkəmə Hüquq Şurası işin “təsadüfi” seçimlə eyni hakimlərə verilməsi bir yana, hakimlərin özlərini 3-5 manata vəkil kimi aparmalarına niyə qiymət vermir?

“Bakcell”in məhkəmələrə qeyri-prosessial sifarişinin bir eybəcərliyi də bağlı nömrələrin ikisindən (qazinin oğlunun adınadır) “ETİBARNAMƏSİZ DANIŞILMASI” ilə bağlıdır. Heç demə qazi ailənin ümumi istifadəsində olan mobil nömrədən istifadə etmək üçün etibarnamə (?- heç indi avtomobil yiyəsi yanında olanda avtomobili idarə edənə etibarnamə gərək olmur) almadığından (?) bu nömrələrə “SUBYEKTİV HÜQUQU” yoxdur. Bəs mobil operatorun necə, subyektiv hüququ varmı özgənin bağlı nömrələrini özbaşına aylıq 140 gb, günlük 5 gb internetə, 6000 dəqiqəlik , günlük 200 dəqiqəlik zəngə qoşub, balansı “yesin”?

“Bakcell”in Qarabağ qazilərinin Prezident təqaüdünü mənimsəməklə “lotu(reya)”luq” etdiyi üzə çıxır. Utanırlarmı ? Utansaydı, qazinin qanpuluna göz dikməzdi...

Məğrur Bədəlsoy

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Bakcell"in yeni oyunu — TEXNİKİ PROBLEM YOXSA FIRILDAQ

    "Bakcell"in yeni oyunu — TEXNİKİ ...

    11-01-2018, 21:17

  • 
  • Bakcell-dən Qarabağ əlilinə qarşı ağlasığmaz şəbəkə dələduzluğu

    Bakcell-dən Qarabağ əlilinə qarşı ağlasığmaz ...

    2-09-2024, 12:18

  • 
  • Mobil Nömrələrin Daşınması Xidmətində şok fırıldaqlar

    Mobil Nömrələrin Daşınması Xidmətində şok ...

    25-01-2016, 19:57

  • 
  • “Bakcell”dən kütləvi şəkildə imtina edilir

    “Bakcell”dən kütləvi şəkildə imtina edilir ...

    23-12-2015, 13:41

  • 
  • Nazirlik “Azercell” və “Azerfon”u məhkəməyə verir

    Nazirlik “Azercell” və “Azerfon”u məhkəməyə verir ...

    6-08-2013, 18:33


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu