GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » 'Necə olur, bu qədər jurnalist qaçaqmalçılıq edir, o biri tərəfdə də İlham Əliyev Gömrük Komitəsinin sədrini mükafatlandırır?'

'Necə olur, bu qədər jurnalist qaçaqmalçılıq edir, o biri tərəfdə də İlham Əliyev Gömrük Komitəsinin sədrini mükafatlandırır?'

Tarix: 25-11-2025, 10:09 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 87

"ToplumTV"nin həbsdə olan əməkdaşı Fərid İsmayılov Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırovun məhkəməyə çağrılıb dindirilməsini istəyir. Jurnalist noyabrın 24-dəki məhkəmədə bu barədə vəsatət qaldırıb.

"ToplumTV işi" üzrə təqsirləndirilən 9 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Təqsirləndirilən şəxslər arasında internet televiziyasının təsisçisi, media hüquqçusu Ələsgər Məmmədli, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, jurnalistlərdən Müşfiq Cabbarov, Əli Zeynalov və digərləri var.

F.İsmayılov iki ildə 30-a yaxın jurnalist və ictimai fəalın, o cümlədən "ToplumTV", "MeydanTV", "AbzasMedia" əməkdaşlarının valyuta qaçaqmalçılığı ittihamıyla həbs olunduğunu, bu ilin yanvarında isə Dövlət Gömrük Komitəsi sədrinin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeniylə təltif edildiyini xatırladıb: "Necə olur, bu qədər jurnalist qaçaqmalçılığa görə həbs olunur, o biri tərəfdə də İlham Əliyev Şahin Bağırovu "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırır? Əgər bu jurnalistlər doğrudan da qaçaqmalçılıq edibsə, ölkəyə qanunsuz yollarla pul gətiribsə, o zaman gömrükçülər hara baxırdılar? Şahin Bağırov gəlsin, cavab versin".

DGK sədri Ş.Bağırovun məhkəmədə dindirilməsi barədə vəsatət təmin olunmayıb. Məhkəmə prosesinə sədrlik edən hakim Azər Tağıyev deyib ki, bu məsələnin "ToplumTV" ilə bağlı cinayət işinə aidiyyəti yoxdur.

"Birbaşa Rusiyaya evlərinə yola saldılar"

"ToplumTV"nin digər əməkdaşı Müşfiq Cabbarov bildirib ki, ilyarımdan çoxdur həbsdə saxlanılır, amma nədə suçlandığı, hansı cinayəti törətdiyi hələ də ona məlum deyil. Əleyhinə nə bir sübut, nə bir şahid ifadəsi olduğunu deyən M.Cabbarov ittihamın mahiyyətinin ona izah edilməsini istəyib. O vurğulayıb ki, yaxınlarda "Sputnik-Azərbaycan"ın əməkdaşları ilə bağlı baş verənlər bu ölkədəki gerçəklərin nədən ibarət olduğunun sübutudur: "Onları guya ev dustaqlığına buraxdılar. Ev dustaqlığında olan adamlar vaxtında istintaqa gedib-gəlməlidir. Amma onlar necə oldular? Buraxdılar, təyyarəyə qoyub birbaşa Rusiyaya evlərinə yola saldılar. Onlar istintaqın çağırışına necə gələcəklər? Bütün bunlar göstərir ki, hər şey formaldır, istədiklərini edirlər...".

"Məni də "Toplum" işinə qoşublar"

Təqsirləndirilən şəxslərdən III Respublika Platformasının Qurucu Heyət üzvü Ruslan İzzətli özünün ev dustaqlığına buraxılması haqda vəsatət qaldırıb. O özüylə bağlı heç bir sübut-dəlilin ortaya qoyulmadığını, "ToplumTV"yə heç bir aidiyyəti olmasa da, iki ilə yaxındır həbsdə saxlandığını söyləyib: "Əgər, siz iddia etdiyiniz kimi, doğrudan da ədalətli olsanız, məni buraxmalısınız. Çöldə olsam, nəyə, kimə təsir göstərəcəyəm? Mənim "ToplumTV"yə aidiyyətim olmayıb. Bir adam mənim adımı çəkmir. Necə ki Fərid Mehralızadəni həbs eləmək üçün "AbzasMedia" işinə qoşdular, məni də "Toplum" işinə qoşublar".

R.İzzətlinin ev dustaqlığına buraxılması barədə vəsatət də rədd edilib.

Noyabrın 24-dəki məhkəmədə 12 şahid dindirilib. Onların çoxu istintaq vaxtı təzyiqlə üzləşdiyini, telefonlarının alındığını, hədələndiyini deyib.

"ToplumTV işi" üzrə məhkəmə prosesi dekabrın 1-də davam edəcək.

Xatırlatma

"ToplumTV işi" üzrə həbslər ötən ilin martından başlanıb. Həmin vaxt bu işlə əlaqədar 7 nəfər, o cümlədən "ToplumTV"nin təsisçisi, media hüquqçusu Ələsgər Məmmədli, III Respublika Platformasının spikeri Akif Qurbanov qaçaqmalçılıq ittihamıyla həbs olunublar. O zaman jurnalist Fərid İsmayılov və Elmir Abbasov haqqında alternativ qətimkan tədbiri seçilsə də, F.İsmayılov bu ilin yanvarında həbs edilib.

"ToplumTV işi" üzrə təqsirləndirilənlərə istintaqın sonunda qaçaqmalçılıqla yanaşı, cinayət yolu ilə əldə edilmiş külli miqdarda əmlakı leqallaşdırma, qanunsuz sahibkarlıq, vergidən yayınma, əmək müqaviləsi olmadan işçiləri cəlb etmə və başqa ittihamlar da elan edilib. Onlara ittiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

Bütövlükdə 2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların hamısı ittihamları qəbul etmir, peşə fəaliyyətlərinə görə siyasi sifarişlə həbs olunduğunu deyir.

Rəsmilər, bir qayda olaraq, ölkədə heç kimin peşə fəaliyyətinə görə, siyasi motivlərlə həbs olunmadığı söyləyir və iddia edirlər ki, həbsdəkilər törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb ediliblər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 400-ə yaxın siyasi məhbus var.


Gundemxeber.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı sərəncam imzaladı

    Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı ...

    17-11-2018, 17:11

  • 
  • Rüşvət almaqda ittiham olunan polkovnikin məhkəməsi başladı

    Rüşvət almaqda ittiham olunan polkovnikin ...

    18-10-2019, 11:55

  • 
  • Gömrük Komitəsinin sədri 10 il həbs cəzası aldı

    Gömrük Komitəsinin sədri 10 il həbs cəzası aldı ...

    9-01-2013, 11:57

  • 
  • Jurnalist ''Carçı'' verilişinin aparıcısı və deputatın dindirilməsini istəyir

    Jurnalist ''Carçı'' verilişinin aparıcısı və ...

    14-06-2017, 18:26

  • 
  • Narkotikə qurşanan gömrük əməkdaşlarının SAYI: Siyahıda qadınlar da var - İLGİNC FAKT

    Narkotikə qurşanan gömrük əməkdaşlarının SAYI: ...

    9-09-2022, 15:35


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu