Finlandiya Rusiya ilə sərhəddə hərbi təlimlərə başlayıb.
Gundemxeber.com-un xarici mediaya istinadən xəbərinə görə, bu barədə Finlandiya Müdafiə Qüvvələrinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, 27 noyabr-4 dekabr tarixləri arasında davam edəcək təlimlərdə 6 500 əsgər və 900-dən çox texnika iştirak edir.
Təlimlər Uusimaa, Pyayat-Hyame və Rusiya ilə həmsərhəd Kyumenlaakso bölgələrində keçirilir.
Müdafiə Nazirliyindən vurğulanıb ki, təlimlər bölmələr arasında uyğunluğun dəstəklənməsi və Finlandiya Silahlı Qüvvələrinin döyüş hazırlığının qorunmasına yönələcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?