Vaşinqton yalnız çərçivə sülh sazişi bağlandıqdan sonra Ukrayna üçün uzunmüddətli təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırdır.
“Politico” xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio avropalı həmkarları ilə danışıqlar zamanı bildirib.
Ağ Ev rəsmi olaraq bəyan edib ki, istənilən yekun sülh planına təhlükəsizlik təminatları daxil olacaq. Ağ Evin sözçüsü Anna Kelli deyib: “Tramp administrasiyası dəfələrlə təkrar edib ki, istənilən saziş Ukrayna üçün tam təhlükəsizlik və çəkindirmə təminatlarını təmin etməlidir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?