GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Telegram"ın yaradıcısının "dostu" və həyat yoldaşının cəsədləri BƏƏ səhrasında tapılıb

"Telegram"ın yaradıcısının "dostu" və həyat yoldaşının cəsədləri BƏƏ səhrasında tapılıb

Tarix: 3-12-2025, 15:31 Bölmə :Ölkə / Dünya Baxış: 12

Rusiya İstintaq Komitəsi Birləşmiş Ərəb Əmirliklərinin hüquq-mühafizə orqanlarından rusiyalı kriptovalyuta sahibkarı Roman Novak və həyat yoldaşı Annanın cəsədlərinin tapılması ilə bağlı rəsmi sənədlər əldə edib.

Bu məlumat "47news" nəşri tərəfindən təsdiqlənib. Daha əvvəl isə nəşr cəsədlərin hissələrə parçalanması və ticarət mərkəzlərinin yaxınlığında tapılması ilə bağlı yayılmış xəbərləri təkzib etmişdi.

BƏƏ polisinin məlumatına görə, cütlüyün qalıqları səhrada içində kimyəvi maddələr olan torbalarda və basdırılmış halda tapılıb. Cəsədləri tapmaq üçün hüquq-mühafizə orqanları təxminən 250 000 kvadratmetrlik səhra ərazisini axtarmalı olublar. Hazırda qalıqlar dəfn olunması üçün Rusiyaya daşınmaq üzrə hazırlanır.

İstintaq hesab edir ki, qətl Sankt-Peterburqun üç sakinindən ibarət qrup tərəfindən təşkil edilib və həyata keçirilib, onların arasında keçmiş polis əməkdaşı və Ukrayna müharibəsinin iki veteranı da var. İş materiallarına görə, şübhəlilər BƏƏ-də (Birləşmiş Ərəb Əmirlikləri) kottec icarəyə götürüb evli cütlüyü ora cəlb ediblər. Orada Novak cütlüyündən onların kriptovalyuta aktivlərinə giriş kodlarını əldə etməyə çalışıblar, qurbanlar əməkdaşlıq etməkdən imtina etdikdən sonra isə onları öldürüblər.

Üç əsas şübhəlidən ikisi artıq cinayətdə əli olduğunu etiraf edib və cəsədlərin dəfn olunduğu təxmini yeri göstərib. Lakin qrupun təşkilatçısı olduğu ehtimal edilən Konstantin Şaxt günahını boynuna almayıb. Əməliyyatçıların qiymətləndirmələrinə görə, o, qətlin əsl sifarişçisi haqqında məlumatı gizlətmiş ola bilər.


Sankt-Peterburq nəşri olan "Fontanka"ya görə, üç əsas şübhəli var:

- Sankt-Peterburq Daxili İşlər Nazirliyinin Vıborq Rayon İdarəsinin 53 yaşlı keçmiş detektivi, əvvəllər narkotik qaçaqmalçılığına görə cəza çəkib;

- 45 yaşlı moskvalı Vladimir, sağlamlıq vəziyyəti ilə əlaqədar Ukraynadakı döyüş əməliyyatları zonasından tərxis edilib;

- 46 yaşlı Sankt-Peterburq sakini, həmçinin Ukraynadakı müharibənin keçmiş iştirakçısı Yuri.

"78.ru" nəşri bir qədər fərqli məlumat təqdim edərək iddia edir ki, əsas şübhəlilərdən biri - 2010-cu ildə narkotik qaçaqmalçılığına görə 15 il müddətinə azadlıqdan məhrum edilmiş və 2022-ci ildə Komi Respublikası üzrə Federal Penitensiar Xidmət İdarəsinin əməkdaşı kimi siyahıya alınmış Konstantin Şaxtdır.

İş üzrə yeddi şübhəli var. Onlardan üçü - Konstantin Şaxt, Yuri Şarıpov və Vladimir Dalekin artıq Sankt-Peterburqun Oktyabrski Rayon Məhkəməsinin qərarı ilə nəzarətə altına alınıblar. Onlara qarşı "Mütəşəkkil dəstə tərəfindən törədilən, iki şəxsin qətli" üzrə ittiham irəli sürülüb.

Qalan şübhəlilər - dropperlər adlanan şəxslər oğurlanmış kriptovalyuta vəsaitlərini çıxarmaq üçün "Telegram" vasitəsilə cəlb ediliblər. Onlar iddia edirlər ki, işəgötürənlərinin əsl cinayətkar niyyətlərindən xəbərsiz olublar.

"47news" nəşri həmçinin xəbər verir ki, şübhəlilərdən biri, 38 yaşlı Dmitri Tebekin qətldən sonra BƏƏ-dən Gürcüstana uçduğu üçün axtarışa verilib.

İstintaq hesab edir ki, məhz o, Hatta şəhərindəki ticarət mərkəzinin yaxınlığındakı dayanacaqda cütlüyü qarşılayıb və onları cinayətin törədildiyi villaya qədər müşayiət edib.

Qeyd edək ki, Novak cütlüyünün yoxa çıxması ilə bağlı məsələ 2 oktyabr 2025-ci ildə, sonuncu dəfə BƏƏ-nin Hatta şəhərində görüldükləri zaman başlayıb. Şəxsi sürücünün sözlərinə görə, o, onları gölün yaxınlığındakı dayanacağa aparıb və orada cütlük başqa bir maşına minib və iddialara görə, investorlarla görüşə gedib. Cütlüyün yoxa çıxması barədə ərizəni Annanın atası verib. O, həyat yoldaşı ilə birlikdə yetim qalan azyaşlı nəvələrini götürmək üçün Dubaya gedib.

İstintaqın versiyasına görə, işgüzar görüş bəhanəsi ilə cütlük Hatta şəhərinin ətrafındakı kirayəyə götürülmüş villaya aparılıb. Orada onlara işgəncələr verilib və bir-birinin gözü qarşısında bıçaqla doğranılıb. İşgəncələr altında cinayətkarlar Novakın kriptovalyuta pulqabının parolunu əldə ediblər və ondan yüz milyonlarla dollar çıxarmağa ümid ediblər. Lakin pulqabının boş olduğunu aşkar etdikdən sonra cütlüyü öldürüblər.

Roman Novakın kriminal keçmişi olub - 2018-ci ildə o, 400 000 dollar məbləğində külli miqdarda fırıldaqçılıq üzrə məhkum edilib. Azadlığa çıxdıqdan sonra o, "Telegram"ın qurucusu Pavel Durovun yaxın dostu kimi özünü təqdim edirmiş və bu şirkət daxilində vitse-prezidentin müavinindən tutmuş idarə heyətinin üzvünə qədər müxtəlif vəzifələrdə olduğunu iddia edirmiş. O, ərəb şahzadələri ilə yaxın əlaqələri olduğunu və layihəsinə böyük İT oyunçularını cəlb etdiyini iddia edirmiş.

Novak, 2023-cü ildən bəri investorları fəal şəkildə cəlb edərək, ekspress kriptovalyuta əməliyyatları üçün "Fintopio" kriptovalyuta pulqabısını yaradıb. İlkin məlumata görə, bu layihə ilə bir neçə saxtakarlıq sxemi əlaqələndirilib, o cümlədən 50% endirimlə kriptovalyuta mübadiləsi haqqında "Telegram" reklamları vasitəsilə müştərilərin aldadılması və investorlardan külli miqdarda pulların ölkə xaricinə çıxarılması. İddialara görə, zərərçəkənlər arasında Çin və Yaxın Şərqdən olan iş adamları, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları və bəzi məlumatlara görə, Dövlət Dumasının üzvləri olublar.

KİV-in məlumatına görə, Novakın ölkədən çıxara biləcəyi ümumi məbləğ təxminən 500 milyon dollar olub. Belə bir versiya da var ki, onun qətli fırıldaqçılıq fəaliyyətinə görə qisas da ola bilər və ya hətta məsuliyyətdən yayınmaq üçün səhnələşdirilmiş də ola bilər.

Federal Məhkəmə İcraçıları Xidmətinin məlumatına görə, Novakın Rusiyada 7 milyon rubldan çox borcu olub. Ona qarşı doqquz icraat prosesi davam edib, bunlardan altısı müsadirə üçün əmlakın olmaması səbəbindən bağlanıb. Davam edən proseslər cinayətlər nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı olub və ümumi məbləği təxminən 6.9 milyon rubl təşkil edib.

Bildirilir ki, 2016-2017-ci illərdə Novak Sankt-Peterburqdan olan iki sahibkardan 7.3 milyon rubldan çox pul oğurlamış ola bilər.

2025-ci ilin sentyabr ayında Moskva şəhərindəki "Rapira" və "Mosca" valyuta mübadiləsi məntəqələrində aparılan axtarışlardan sonra səyahət qadağası tətbiq olunmasına baxmayaraq, Novak ölkədən xaricə çıxmağa müvəffəq olub və Cənubi Afrikanın Keyptaun şəhərinə, oradan da onun və həyat yoldaşının həyatının faciəvi şəkildə bitdiyi Birləşmiş Ərəb Əmirliklərinin Hatta şəhərinə gedib.

İşlə bağlı istintaq davam edir və Rusiya və BƏƏ-dəki hüquq-mühafizə orqanları cinayətin bütün hallarının aydınlaşdırılması üzərində işləyirlər.

16:48

Kriptovalyuta platformasının qurucusu, rusiyalı kriptotreyder, sankt-peterburqlu iş adamı və "Telegram"ın yaradıcısı Pavel Durovun dostu olduğunu iddia edən Roman Novak və həyat yoldaşının cəsədləri Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) tapılıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə 78.ru portalı məlumat verib.

Portalın məlumatına görə, onların cəsədləri, təxminən, iki həftə əvvəl səhradakı boş ərazidə tapılıb. Bədənlərində hansı xəsarətlərin olması və digər detallar barədə məlumat verilməyib.

Xatırladaq ki, cütlüyün qətli barədə oktyabr ayında, onların qohumlarının polisə müraciət etməsindən sonra məlum olub. BƏƏ-də olan cütlük Hatta şəhərində investorlarla görüşməli idi. Şəxsi sürücü onları gölə aparıb və orada onlar başqa bir maşına miniblər. Bundan sonra cütlük ilə əlaqə saxlamaq mümkün olmayıb.

Ehtimal edilirdi ki, onları oğurlayanlar iş adamından külli miqdarda pul tələb ediblər və o, bu pulu kriptovalyutada saxlamış ola bilərdi. Novak və həyat yoldaşının cəsədlərinin hissələrə bölündüyü iddia edilir.

Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları qətldə əli olanları saxlayıblar. Daxili İşlər Nazirliyinin versiyasına görə, onlar əvvəlcədən maşın və ailəni saxladıqları yeri icarəyə götürüblər.


Gundemxeber.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Biznesmen Novakın qətli ilə bağlı yeni təfərrüatlar

    Biznesmen Novakın qətli ilə bağlı yeni ...

    13-11-2025, 15:47

  • 
  • 10 gün əvvəl itkin düşən alpinistlərin cəsədləri Elbrusda tapılıb

    10 gün əvvəl itkin düşən alpinistlərin cəsədləri ...

    3-05-2021, 09:33

  • 
  • Gədəbəydə dəhşətli qətl - Keçmiş arvadının başını kəsdi

    Gədəbəydə dəhşətli qətl - Keçmiş arvadının başını ...

    6-10-2017, 10:30

  • 
  • Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neft ixracını dayandıra bilər.

    Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) neft ixracını ...

    18-01-2016, 15:06

  • 
  • 3 azərbaycanlını öldürən rusiyalı ələ keçdi - 17 ildən sonra

    3 azərbaycanlını öldürən rusiyalı ələ keçdi - 17 ...

    22-10-2019, 13:56


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu