Bu gün gundemxeber.com saytının redaksiyasına etibarlı mənbədən daxil olan məlumata görə, Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyi-n direktoru Lalə Ənvər qızı Bədəlova barəsində Quba rayon prokurorluğunda cinayət işi başlanıb. Məlumatda bildirilir ki, Lalə Bədəlova rəhbərlik etdiyi liseydə bir sıra rüşvət və korrupsiya əməlləri törətdiyinə görə Prokurorluğa şikayət ərizəsi verilib. Bu şikayət əsasında cinayət işinin araşdırılması barədə qərar qəbul edilib.
Beləliklə, direktor rəhbərlik etdiyi liseydə müəllimin şəxsi yazışmalarının şəkillərini şəxsi telefonu ilə çəkib və müəllim heyəti arasında paylaşıb. Bu, onun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və rəhbərliyi altında işləyən bir işçinin şəxsi həyatına müdaxilə etməsi iddiasının sübutudur. Həmçinin qeyd olunur ki, o, 200-500 (iki yüzdən beş yüzə qədər) manat rüşvət alaraq uşaqları məktəbə qəbul edib və eyni zamanda müəllimlərin adlarına əlavə saatlar yazaraq onların əmək haqqının müəyyən hissəsini mənimsəyib. Redaksiyamıza daxil olan məlumatlar arasında direktorun məktəb möhürü və öz imzası ilə təsdiqlənmiş qanunsuz "qərar"la müəllimlərin əmək haqqının 1%-ni fond pulu adı altında toplayaraq mənimsədiyi də qeyd olunur.
Yuxarıda qeyd olunan faktlar təsdiqləndikdən sonra rayon prokurorluğunda cinayət işi açılıb. Direktorla bağlı aldığımız məlumatlardan maraqlı bir fakt odur ki, təhsil müəssisəsinin birinci şəxsinin hansı əsasla ştatla deyil, müqavilə əsasında vəzifə sahibi olmasıdır. Hər halda, müvafiq qurumlar baş verən qanunsuz hərəkətlərlə bağlı suallara cavab tapa biləcəklər. Əgər obyektiv araşdırma aparılarsa...
Məlumatlı mənbə Azərbaycan Respublikası Baş Prokurorluğun da bu işdən xəbərdar olduğunu bildirir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?