Gundemxeber.az » Ölkə » TƏBİB-in kadr siyasətində NƏLƏR BAŞ VERİR? - İLGİNC İDDİALAR
2023-cü ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Sumqayıt Tibb Mərkəzi ilə bağlı apardığı araşdırma ölkənin səhiyyə sistemində illərlə formalaşmış struktur problemləri yenidən gündəmə gətirdi. Hesablama Palatasından daxil olan material əsasında başlanmış araşdırmada dövlət təyinatlı vəsaitlərin xərclənməsi ilə bağlı ciddi uyğunsuzluqlar, xüsusilə də Sumqayıt ərazisində fəaliyyət göstərən dövlət tibb müəssisələrinin cari təmir işləri üçün ayrılmış büdcə vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsi ilə bağlı əsaslı şübhələr müəyyən edilib. Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işinin başlanması faktı araşdırmanın miqyasının kifayət qədər böyük olduğunu və aşkar edilən pozuntuların təsadüfi deyil, sistematik xarakter daşıdığını göstərir. Araşdırmanın detallarından da məlum olur ki, həmin dövrdə Sumqayıt Tibbi Ərazi İdarəetmə Birliyinə rəhbərlik edən Səkinə Sadıxovanın fəaliyyəti də qiymətləndirilmiş və müxtəlif maliyyə əməliyyatlarında təyinatdan kənar xərcləmə şübhələri formalaşmışdır. Maraqlı məqam ondadır ki, qeyri-rəsmi mənbələr həmin dövrdə barəsində aparılan araşdırmanın Səkinə Sadıxovanın karyerasına təsir etmədiyini, əksinə, müəyyən yüksək səviyyəli himayələrin köməyi ilə məsuliyyətdən yayına bildiyini iddia edir. Rəsmi təsdiqi olmayan bu iddialar bu gün də ictimaiyyətdə haqlı suallar doğurur.25-04-2023, 15:38
5-04-2021, 12:58
7-02-2023, 13:31
27-12-2013, 01:48
23-01-2021, 13:22
Sorğu
Yeni dizaynımız necədir?