GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Samvel Şahramanyan həbs oluna bilər-O da Bakıda “çay içəcək”

Samvel Şahramanyan həbs oluna bilər-O da Bakıda “çay içəcək”

Tarix: 12-12-2025, 15:43 Bölmə :Ölkə / Dünya Baxış: 75

Özünü buraxan qondarma “Dağlıq Qarabağ Respublikası”nın İrəvandakı “nümayəndəliyi” ilin sonuna kimi bağlana və ya dünən aparılan axtarışlardan sonra müsadirə oluna bilər.

Caliber.az Ermənistanın “Jovoxurd" nəşrinə istinadən məlumat yayıb. Məlumatda qeyd olunur ki, separatçıların özləri də “nümayəndəliy”in bağlanmasını, həmçinin, mümkün həbsləri istisna etmirlər. Onlar əmindirlər ki, güc strukturlarının əsas hədəfi Qarabağ separatçılarının sonuncu başçısı olmuş Samvel Şahramanyandır.

Qeyd edək ki, ötən gün Ermənistan İstintaq Komitəsi özünü buraxan qondarma “Dağlıq Qarabağ Respublikası”nın İrəvandakı “nümayənədliyində” axtarış aparb.

11 dekabrda aparılan axtarışlardan sonra Qarabağ separatçılarının İrəvandakı ofisi ilin sonuna qədər bağlana və ya binası müsadirə edilə bilər.

Samvel Şahramanyanı hansı aqibət gözləyir? O da Bakıda “çay içə” bilərmi?

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Musavat.com-a bildirib ki, Samvel Şahramanyan və onun dəstəsinin 2023-cü ilin sentyabrında separatçı rejimi buraxıb Ermənistana getmələrindən sonra orada özlərinə yuva tapıb yenidən “fəaliyyətə” başlaması onların saxtakar və qeyri-ciddi şəxslər olduğunu ortaya qoydu: “Paşinyan onlara İrəvanda “nümayəndəlik” adı altında yuva qurmasına əvvəldən imkan verməməli idi. Daxili ictimai rəyi nəzərə alaraq onlara bu imkan yaradıldı. Eyni zamanda Ermənistan hakimiyyəti bu məsələdən də manipuliyativ məqsədləri üçün istifadə etmək yolunu tutdu. Lakin zaman göstərdi ki, həmin cinayətkar dəstə Ermənistanın özü üçün, daxili sabitlik üçün bir təhlükədir. Şahramanyan quldur dəstəsinin bir qisminin Qarabağda qandallanaraq həbs edilib Bakıya gətirilməsindən və mühakimə edilməsindən nəticə çıxarmalı idi. Ancaq nəticə çıxarmadı. Şahramanyanın qondarma “nümayəndəlik ofisində” istintaq Komitəsinin indi araşdırma aparması isə qarşıdakı parlament seçkiləri ilə bağlıdır. Paşinyan özünə təhlükə hesab etdiyi bütün qüvvələri zərərsizləşdirir. Seçkiöncəsi Şahramanyanın və dəstəsinin fəaliyyətini məhdudlaşdırmaq tədbirləri görülür. Ancaq Şahramanyan müvəqqqəti müddət üçün həbs olunsa belə, onun Bakıya verilməsini inandırıcı görmürəm. Azərbaycanda Samvel Şahramanyan barəsində cinayət işi açılıb. Bir gün həmin cinayət işinə görə aparılan istintaqın tərkib hissəsi olaraq Bakıda onun da məhkəməsi olacaq və keçmiş quldur yoldaşları kimi Bakıda mühakimə olunacaq”. 

Onu da bildirək ki, keçmiş işğalçı xuntanın qalıqları 10 dekabr 1991-ci ildə yalnız erməni icmasının üzvləri arasında keçirilən saxta “referendum”un növbəti ildönümünü qeyd ediblər. “Parlament spikeri” Aşot Danielyan, “dövlət naziri” Njde İsgəndəryan və digərlərinin də daxil olduğu bütöv bir nümayəndə heyətinin başçılığı ilə son “artsax prezidenti” Samvel Şahramanyan İrəvanda Yerablur hərbi panteonunu ziyarət edib, “müstəqillik” oyunları oynayıb və “torpaqların işğalı” səbəbindən həyatını itirənlərin məzarlarına gül dəstələri qoyublar.

Son dövrlər Şahramanyanın yenidən meydana çıxması hansı məqsədlərə xidmət edir?

Hüquqşünas hesab edir ki, Şahramanyan və dəstəsinin yenidən ortaya çıxması Robert Köçəryanın başçılıq etdiyi “Qarabağ klanı”nın göstərişi ilə ola bilər:

“Köçəryan və onun klanının Nikol Paşinyana qarşı olan xarici qüvvələrlə, o cümlədən Rusiyadakı dairələrlə işbirliyində olduğu məlumdur. Gələn ilin iyununda Ermənistanda keçiriləcək seçkilərə bu qüvvələr, əsasən də Köçəryan başda olmaqla sözügedən cinayətkar klan bütün istiqamətlərdə hazırlıq görürlər. Samvel Şahramanyan həm bu klanla, həm Daşnaqsütyun Partiyası ilə iş birliyindədir. Şahramanyan həm bu iş birliyindən irəli gələn sifarişlərlə hərəkət edir, həm də artıq uzun müddətdir dəfn edilmiş  qondarma “rejimin” guya mövcud olduğunu göstərməyə çalışır. Məqsəd qondarma “artsax” mövzusundan Paşinyana təzyiq üçün istifadə etmək və erməni diasporundan, müəyyən xarici fondlardan pul qoparmaqdır”.


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kaliforniya ştatı qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyini tanıdı

    Kaliforniya ştatı qondarma “Dağlıq Qarabağ ...

    28-08-2014, 12:14

  • 
  • Dağlıq Qarabağ separatçılarının rəhbəri istintaqa çağırılıb

    Dağlıq Qarabağ separatçılarının rəhbəri istintaqa ...

    18-09-2019, 15:06

  • 
  • Qondarma "Dağlıq Qarabağ Respublikası"nın "müdafiə naziri" məhv oldu?

    Qondarma "Dağlıq Qarabağ ...

    5-04-2016, 00:11

  • 
  • Qarabağ separatçılarının əsas sponsoru yeni ittihamlarla üzləşdi

    Qarabağ separatçılarının əsas sponsoru yeni ...

    7-09-2015, 13:51

  • 
  • Şahramanyanın avtomobilinin müsadirə edilməsinin səbəbi – Narkotik alveri…

    Şahramanyanın avtomobilinin müsadirə edilməsinin ...

    2-07-2024, 22:55


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (14)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu