GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Maddox DMCC müəmması: Rövşən Təhmrazov və Nubar Əliyeva kimdir?

Maddox DMCC müəmması: Rövşən Təhmrazov və Nubar Əliyeva kimdir?

Tarix: 12-12-2025, 23:04 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 51

Son zamanlar müxtəlif ölkə mediasında Maddox DMCC şirkəti və onun fəaliyyətləri barədə xəbərlər yayılmaqdadır. Aparılan araşdırmalar göstərir ki, şirkət 2012-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay sərbəst zonası — Dubai Multi Commodities Centre (DMCC) çərçivəsində Rövşən Təhmrazov tərəfindən təsis edilib. Şirkətin rəsmi ünvanı: Unit No: 401, Swiss Tower, Jumeirah Lake Towers – Cluster Y, Dubai, UAE. Maddox DMCC, Maddox qrupunun tərkib hissəsi olub, ana şirkəti isə Maddox SAdır.

Rövşən Təhmrazov kimdir?

Rövşən Təhmrazovun şəxsi həyatı və bu sektora necə gəldiyi barədə açıq nə mediada nə də açıq mənbələrdə  məlumatlar yoxdur.

Şirkətin fəaliyyət sahəsinə nəzər saldıqda, Maddox DMCC əsasən enerji və mal-ticarəti (commodity trading) üzrə ixtisaslaşıb. Şirkət neft, neft məhsulları və digər mal-komoditələrin ticarəti ilə məşğuldur və rəsmi məlumatlara görə, fəaliyyətini Xəzər dənizi, Qara dəniz, Balkan, keçmiş SSRİ ölkələri, Baltika və Aralıq dənizi bölgələrini əhatə edir. Maddox DMCC həmçinin ticarət, logistika, risk-menecment və ön maliyyələşdirmə (pre-financing) xidmətləri göstərir.

Rövşən Təhmrazov 2012-ci ildə Maddox DMCC-ni təsis etdikdən sonra, 2013-cü ildə Maddox SA-nı formalaşdırıb və 2015-ci ildə PS-Trading adını dəyişərək Maddox SA adlandırıb. Şirkətin ofisləri və nümayəndəlikləri İsveçrə (Cenevrə), Gürcüstan (Tbilisi), Macarıstan (Budapeşt) və digər ölkələrdə fəaliyyət göstərir.

Son illərdə Maddox DMCC ilə bağlı xəbərlər, xüsusilə Rusiyadan xam neft və neft məhsullarının idxalı-ixracı kontekstində mübahisəli məsələlər əhatə edir. 2025-ci ilin noyabrına dair məlumatlara görə, şirkətin idxalının təxminən 90,35%-i Rusiyadan olub. Bu əməliyyatlar beynəlxalq sanksiyalar və tənzimləmələr çərçivəsində diqqət mərkəzindədir.

Rövşən Təhmrazovun xarici mediada yayılan məlumatlara görə şəxsi hesabında 78 milyon ABŞ dolları var və bu vəsait fonunda İngiltərə vətəndaşlığını alıb. Hazırda o, London şəhərinə köçərək, Maddox şirkətlərini uzaqdan idarə edir.

Nubar Əliyeva kimdir?

Araşdırmalar göstərir ki, Nubar Əliyeva Maddox qrupuna bağlı bəzi ofşor şirkətlərdə, o cümlədən Danais Trade Ltd (Malta) və Argo Navis Limited-də direktor kimi qeyd olunub. Danais Trade Ltd şirkətinin səhmdarları arasında Maddox DMCC də vardır. Nubar Əliyeva bu şirkətlər vasitəsilə Maddox-un ofşor strukturlarında rol oynayıb və 2025-ci ildə yayımlanan hesabatlarda Ukrayna yanacaq bazarına dair ticarət əməliyyatlarında imza hüququ olan şəxslərdən biri kimi göstərilir.

Onun Azərbaycanda hər hansı biznes fəaliyyəti məlum deyil və neft sənayesi sahəsində fəaliyyəti açıqlanmamışdır. Bu səbəbdən, Nubar Əliyevanın bir sıra ofşor şirkətlərin başına gətirilməsi və beynəlxalq ticarət əməliyyatlarında imza hüququ sahibi olması, ölkəmizin adını sanksiyalar riski altında qoya biləcək şübhələr doğurur.

Maddox DMCC və ona bağlı ofşor şirkətlər (Danais Trade, Argo Navis) xarici mediada Rusiya mənşəli neft məhsullarının tranziti, ticarəti, daşıma və yenidən markalanması kimi məsələlər kontekstində diqqət mərkəzindədir. Şirkət, bəzi məqalələrdə pivot/trading network strukturunda, yəni kompleks ofşor şəbəkələr və logistika vasitəsilə neft satışında iştirak edən bir şirkət kimi təsvir edilir.

Maddox DMCC və əlaqəli şəxslər — Rövşən Təhmrazov və Nubar Əliyeva — beynəlxalq media və hüquqi araşdırmalarda diqqət mərkəzində olan mövzulardandır. Şirkətin fəaliyyəti, ofşor strukturlar vasitəsilə həyata keçirilən əməliyyatları və Rusiyadan neft idxalı konteksti xüsusilə araşdırılmağa layiqdir. Azərbaycanın hüquq-mühafizə orqanlarının bu məsələləri diqqətə alacağı gözlənilir./veteninfo.az

image-2image-3



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Talıbovun oğlunun Dubaydakı "Al Rza Tower"i üzə çıxdı - Fotolar

    Talıbovun oğlunun Dubaydakı "Al Rza ...

    17-02-2020, 16:37

  • 
  • Qaxın deputatı haqda ilginc faktlar... - oğlullarının İngiltərədə şirkətləri üzə çıxdı

    Qaxın deputatı haqda ilginc faktlar... - ...

    15-06-2020, 12:22

  • 
  • 1 nəfər 2 həftəyə 42 şirkət təsis edib- Azərbaycanda

    1 nəfər 2 həftəyə 42 şirkət təsis edib- ...

    17-01-2014, 13:37

  • 
  • Rövşən Əkbərovun həbsinin ŞOK SƏBƏBİ

    Rövşən Əkbərovun həbsinin ŞOK SƏBƏBİ ...

    16-03-2021, 10:50

  • 
  • Rövşən Əkbərov bu xalq artistləri ilə tez-tez görüşürmüş - İLGİNC

    Rövşən Əkbərov bu xalq artistləri ilə tez-tez ...

    18-03-2021, 16:12


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu