GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Mehdiyev işi”ndə ilginc üçbucaq: “Boz kardinal”la Şeyxi və Mübariz Mənsimovu nələr bağlayıb? - SENSASİYALI TƏFƏRRÜATLAR

“Mehdiyev işi”ndə ilginc üçbucaq: “Boz kardinal”la Şeyxi və Mübariz Mənsimovu nələr bağlayıb? - SENSASİYALI TƏFƏRRÜATLAR

Tarix: 15-12-2025, 16:32 Bölmə :Ölkə / GündəmXəbər / Manşet Baxış: 7

“Mehdiyev işi”ndə ilginc üçbucaq: “Boz kardinal”la Şeyxi və Mübariz Mənsimovu nələr bağlayıb? - SENSASİYALI TƏFƏRRÜATLAR
Ölkə gündəminin əsas mövzularından olan Ramiz Mehdiyev və onun xəyanətkar şəbəkəsi ətrafında müzakirələr səngimir, eyni zamanda “boz kardinal”a açılan cinayət işinin əhatə dairəsi gün keçdikcə genişlənir. Mehdiyevlə əlaqəli adamların siyahısına da mütəmadi şəkildə yeni adlar əlavə olunur. Son olaraq Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun da “boz kardinal”la gizli münasibətləri barədə iddialar ortaya çıxıb. Həmin iddialara görə, bu iki fiqur arasında körpü rolunu isə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəisi Şeyxülislam Hacı Allahşükür Paşazadə oynayıb.

Əslində Mənsimov Türkiyədə yaşasa və biznesini bu ölkədən idarə etsə də, onun iş adamı kimi ortaya çıxmasında və güclənməsində Rusiya amili mühüm yer tutur. Belə ki, o, dənizçilik sahəsində fəaliyyətə məhz Rusiyadan alaraq İstanbula gətirdiyi gəmi ilə başlayıb. Ona məxsus “Palmali” şirkəti qısa vaxtda hədsiz böyüyüb və bir ara Mənsimov özünün 100-dən artıq gəmisi ilə Aralıq dənizi, Ağ dəniz və Qara Dəniz arasında Rusiya neftinin nə az, nə çox, düz 75 faizini daşıyırdı.

İddialar bu yöndədir ki, əvvəllər Mənsimov sadəcə biznes fəaliyyətinə üstünlük verib; lakin bəlli müddətdən sonra o, sahib olduğu böyük kapital sayəsində başgicəllənməsi yaşamağa başlayıb və əlaltından Türkiyədəki müəyyən siyasi dairələrlə qaranlıq münasibətlərə girib. Bu isə onun sonda Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə təqsirləndirilməsinə və həbsə atılmasına gətirib çıxarıb.

Həmin vaxt, 2021-ci ildə Mənsimovun azadlığa buraxılması üçün Allahşükür Paşazadənin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yazdığı məktub yayıldı. Məlum oldu ki, Paşazadə bu məktubu imzalamaq üçün onu Bakı və Azərbaycan Arxiyepiskopu Aleksandrı, Azərbaycandakı digər dini icmaların rəhbərlərini belə səfərbər edib.

Bundan xeyli əvvəl isə QMİ rəhbəri ilə “Palmali” sahibinin ailəvi şəkildə yaxın münasibətdə olduqları barədə ölkə mediası bildirmişdi. 2023-cü ildə onun qalmaqallı iş adamı Mənsimovun atasının Bakıda keçirilən “üç” mərasimində iştirak etməsi də deyilənləri təsdiqləyirdi.

İddialar bu yöndədir ki, Mehdiyevlə Mənsimov arasında əlaqələrin qurulmasında da QMİ rəhbəri mühüm rol oynayıb. Bu “üçbucağın (Mehdiyev-Paşazadə-Mənsimov) yaranmasında başlıca faktor isə onların üçünün də Rusiyanın yüksək dairələri ilə yaxşı münasibətləridir. “Boz kardinal”la hər şey aydındır, Mənsimovun iş adamı kimi ortaya çıxmasında və güclənməsində Rusiya faktoruna bir qədər yuxarıda toxunmuşduq. Paşazadə isə hələ sovet dövründən Moskvanın etimadını qazanmış, məhz bu səbəblə o zamanlar QMİ rəhbərliyinə gətirilmiş şəxsdir. 2015-ci ildə o, Rusiya Federasiyası Prezidentinin Fəxri Fərmanı ilə təltif edilib. Həmin il mayın 29-da QMİ-də bununla bağlı təqdimat mərasimində Rusiyanın Azərbaycanda ovaxtkı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin ilginc fikirlər səsləndirmişdi. Sitat: “Rusiya Prezidentinin Fəxri Fərmanı ölkənin rəsmi mükafatı sayıldığından digər orden və medallara bərabər tutulur. Şeyxülislam həzrətləri həm sovet dövründə, həm də müstəqillikdən sonra Rusiyanın müxtəlif orden və medalları ilə təltif olunub. Lakin bunlar Fəxri Fərmanın əhəmiyyətini azaltmır. Əksinə, bu, bir daha sübut edir ki, Siz qarşıya qoyduğunuz ali məqsədlər uğrunda yenə də əzmlə çalışırsınız və Rusiya dövləti Sizin bu fəaliyyətinizi yüksək dəyərləndirir”.

Bütün bunlar fonunda Şeyxülislamın Azərbaycandakı xəyanətkar şəbəkənin rəhbəri Ramiz Mehdiyevlə yaxınlığı yəqin ki, təəccüblü deyil. Hətta QMİ rəhbərinin deputat qardaşı Cavanşir Paşazadə də bu günlərdə də mediaya açıqlamasında Şeyxin “boz kardinal”la münasibətlərini gizlətməyib.

Onu da deyək ki, 2020-ci ildə o zaman Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti postunu tutan Ramiz Mehdiyevin adına açılan hesabdan ilginc paylaşımlar edilmişdi. Həmin paylaşımlardan bəzilərində Mübariz Mənsimovla bağlı şəkillər paylaşılaraq onun azad olunması barədə çağırışlar yer almışdı. Lakin AMEA-dan həmin günlərdə açıqlama verilərək sözügedən hesabın saxta olduğu bildirilmişdi. Lakin belə görünür, həyatda heç nə təsadüfi baş vermir...

İndiki vəziyyətdə biz “Mehdiyev işi”ndə ortaya çıxan yeni adlardan və sensasiyalı “üçbucaq”dan bəhs edirik. Bu adları hansı konkret maraqların bir araya gətirdiyi, Türkiyədəki həbsindən sonra biznesmenliklə yanaşı, siyasi perspektivlər barəsində düşündüyünə şübhələr qalmayan Mənsimovun həmin “üçbucağa” niyə daxil edildiyi yəqin ki, zaman keçdikcə daha dəqiq ortaya çıxacaq... /Unikal/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı milyarderə təhdid: Boz kardinal bu şirkəti alır?

    Azərbaycanlı milyarderə təhdid: Boz kardinal bu ...

    27-11-2017, 14:06

  • 
  • Mübariz Mənsimov “İlin iş adamı“ seçildi

    Mübariz Mənsimov “İlin iş adamı“ seçildi ...

    13-12-2013, 15:01

  • 
  • Mübariz Mənsimov Türkiyədə məhkəmə qərarı ilə həbs olunub

    Mübariz Mənsimov Türkiyədə məhkəmə qərarı ilə ...

    18-03-2020, 12:25

  • 
  • Bu da Mübariz Mənsimovun yeni avtomobili-Fotolar

    Bu da Mübariz Mənsimovun yeni avtomobili-Fotolar ...

    17-09-2017, 19:58

  • 
  • Mübariz Mənsimov Türkiyədə saxlanıldı - Yenilənib

    Mübariz Mənsimov Türkiyədə saxlanıldı - Yenilənib ...

    15-03-2020, 23:59


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu