GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “MƏİŞƏT İST” MMC dövlət satınalmalarında “xarüqələr” yaradır

“MƏİŞƏT İST” MMC dövlət satınalmalarında “xarüqələr” yaradır

Tarix: 17-12-2025, 15:20 Bölmə :Ölkə / GündəmXəbər / Manşet Baxış: 10


“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi  Xocavənd rayonunun Quzumkənd kəndində fərdi yaşayış (40 ev – 7600 m2) evlərinin təmir işlərinin satın alınması üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə “MƏİŞƏT İST” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 2.658.461,92 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 16.12.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, sözügedən dövlət qurumunun müqavilə bağladığı bu şirkəti Azərbaycan ictimaiyyəti artıq yaxşı tanışdır. Belə ki, “Məişət İST” MMC dövlət satınalmalarında böyük məbləğlərdə tenderlər qazanıq, amma fəaliyyət sahəsi barədə heç bir məlumat yoxdur. İşğaldan azad olunmuş torpaqlarda fərdi yaşayış evlərinin təmiri işlərinə girişmiş bu şirkətin daha əvvəllər qazandığı tenderlərə diqqət yetirək.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu “Məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması üzrə 1.747.611,98 manat məbləğində satınalma müqaviləsinin “Məişət İST” MMC  ilə 24.04.2025-ci ildə bağlayıb.

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu yenə də “Məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması üzrə 1.802.590,42 manat məbləğində satınalma müqaviləsinin “Məişət İST” MMC  ilə 17.04.2025-ci ildə bağlayıb. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti 03.05.2024-cü ildə metropolitenin inşaat xronologiyasını yaratmaq üçün bu prosedurların peşəkar video çəklişinin aparılmasının təşkili, video çarxlarının hazırlanması və rəqəmsal formatda arxivləşdirilməsi xidmətinin satınalınması üzrə 128.569,66 manat məbləğində müqavilə bağlayıb.

Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi 2024-cü il ərzində Bərdə, Ağcabədi və Tərtər rayonlarının ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması üzrə 8.268.094,23 manat dəyərində satınalma müqaviləsini “Məişət İST” MMC  ilə 09.01.2024-cü ildə bağlayıb.

Azərbaycan Respublikasi Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsi 2023-cü il ərzində Bərdə rayon ərazisində yerləşən bütün məktəbəqədər təhsil müəssisələrinin yeməklə təchizatının satınalınması üzrə 3.150.430,84  manat məbləğində satınalma müqaviləsini “Məişət İST” MMC  ilə 20.02.2023-cü i ildə bağlayıb.

“Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti isə Ağdam rayonunda Ağdam Sənaye Parkında tədbirlərin təşkili ilə bağlı tərtibat işlərinin satın alınması üzrə 86.932,5 manat məbləğində müqaviləni 06.09.2021-ci ildə bağlayıb.

Bu məlumatlardan da göründüyü kimi “Məişət İST” MMC  həm tədbirlərin təşkili ilə bağlı tərtibat işləri, həm yeməklə təchizat işləri, video çəklişi işləri həm də təbliğat-izahat və təşviqat işləri həyata keçirib.

Göründüyü kimi MMC 2023-2024-cü illərdə Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti Və Təchizat İdarəsindən ümumi dəyəri 11 418 524 manat dəyərində iki tender udub. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundan isə ötən ilin aprel ayında yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması üzrə ümumi dəyəri 3 550 201 manat olan iki tender udub. Maraqlı orasıdır ki, “Məişət İST” MMC-nin apardığı təbliğat-izahat və təşviqat işləri barədə mediada heç bir məlumat yoxdu.

Daha diqqət çəkən bir məqam odur ki, Qida Təhlükəsizliyi Agentliyi 2022-ci ilin iyun ayında ictimai iaşə fəaliyyəti göstərən şirkətin qida təhlükəsizliyi qeydiyyatından imtina edib. İmtinanın səbəbi kimi sahibkarın hal-hazırda fəaliyyət göstərmədiyi qeyd edilib. Amma AQTA “Məişət İST” MMC-nin qida təhlükəsizliyi qeydiyyatından imtina etdikdən sonra 2023 və 2024-cü illərdə bu şirkət Elm və Təhsil Nazirliyinə 11,4 milyon manatlıq yemək satıb.

Mediada yer alan məlumatlarda “Məişət İST” MMC-nin adı ancaq şübhəli satınalmalarda hallanır. Açıq internet resurslarda heç bir məlumat olmayan bu şirkətin nə veb-saytı, nə də sosial şəbəkə hesabları var.

Rəsmi məlumatlarda isə “MƏİŞƏT İST”  (VÖEN: 2001554431) Məhdud Məsuliyyətli Cəmiyyətinin 17.08.2009-cu il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı cəmi 6 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ, XƏTAİ RAYONU, ƏHMƏDLİ, qanuni təmsilçisi kimi isə Cəfərov Nicat İzahat oğlu qeyd olunub. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Cəfərov İzahat Məzahir oğlu olub.

Göründüyü kimi cəmi 6 manat nizamnamə kapitalı olan MMC Azərbaycanın dövlət satınalmalarında xarüqələr yaradır. Hələ daha nələr olacaq…/aktualinfo.net/

 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İki milyona yaxın vergi borcu olan “Az-Caspian Construction” MMC satınalmalarda necə qalib çıxa bilir

    İki milyona yaxın vergi borcu olan “Az-Caspian ...

    2-09-2025, 16:59

  • 
  • Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

    Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən ...

    2-07-2025, 23:58

  • 
  • “Qaçqınkom”un qaçqın malını talayan ortaqları kimlərdi – İTTİHAM

    “Qaçqınkom”un qaçqın malını talayan ortaqları ...

    6-07-2021, 15:47

  • 
  • “Qaçqınkom”un departamenti vaxtilə Ramiz Mehdiyevin də “işlərini görmüş” şirkətlə işbirliyinə başlayıb

    “Qaçqınkom”un departamenti vaxtilə Ramiz ...

    15-12-2025, 20:29

  • 
  • “Qaçqınkom”dan daha bir şübhəli tender - vergi borcu olan şirkətlə müvaqilə imzalandı

    “Qaçqınkom”dan daha bir şübhəli tender - vergi ...

    23-06-2021, 16:06


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu