Hadisə dünən Sumqayıt şəhərinin 30-cu məhəllə adlanan ərazisində qeydə alınıb. Den.az-ın məlumatına görə, 2007-ci il təvəllüdlü Fəttayev Müşfiq Mirmehdi oğlunun cansız bədəni yaxınları tərəfindən yaşadığı evdə tapılıb.
Vəfat edən gəncin Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, sabiq deputat Mirmahmud Mirəlioğlunun nəvəsi olduğu bildirilir. Qeyd edək ki, partiya sədrinin oğlu Mirmehdi Fəttayevin iki övladı var. Onlardan böyüyü 18 yaşlı Müşfiq Fəttayev, kiçik oğlu isə məktəblidir. Onun ürək tutmasından vəfat etdiyi deyilir. Gundemxeber.com xatırladır ki, M.Mirəlioğlu 1991, 2009-cu illərdə ardıcıl olaraq oğulları Müşfiq və Mircəlili, 2012-ci ildə isə qızı Mahirəni tirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?