Gundemxeber.az » Ölkə » VƏKİL NEMƏT KƏRİMLİ PROVOKATOR VƏ DEZOLARI YALANLAYIR
Nüfuzlu vəkil Nemət bəy Kərimli yazıb: "Məhkəmədə <İsmayılova İmamət> qışqırırdı ki, sən Tofiq Yaqublunu müdafiə edirsən, səni niyə həbs etmirlər, sən agentsən". "Məlumatlarda bildirilir ki, həbs edilən İsmayılova İmamət guya jurnalistdi. Bu araşdırılmamış məlumatdı, yəni o jurnalist deyil və mətndən belə çıxır ki, guya mən jurnalisti həbs elətdirmişəm".
Bu gün 17 dekabr 2025-ci il tarixdə “apa.az” və digər informasiya portallarında mənı və yaxın qohumlarımı təhqir etməklə xüsusi ittiham qaydasında ittiham olunan İsmayılova İmamətin AR Cinayət Məcəlləsinin 148-ci maddəsində (təhqir) nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinməsi, ona 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, sonra Suraxanı Rayon Məhkəməsinin onun barəsində 14 iyul tarixli hökmü ilə təhqirə görə təyin edilmiş 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin olunan 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla, ona qəti olaraq 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi barədə məlumat yayıblar. Məlumatda bildirilir ki, həbs edilən şəxs guya jurnalistdi. Bu araşdırılmamış məlumatdı, yəni o jurnalist deyil və mətndən belə aydın olur ki, guya mən jurnalisti həbs elətdirmişəm. Bu şəxsi mən və bizlərdən heç kəs tanımır.
Belə ki, İsmayılova İmamət Niyazi qızı əvvəllər tanımadığı və aralarında mübahisəsi olmadığı Rzalı Türkan Rasim qızını 02 avqust 2023-cü il tarixdən başlayaraq 22 avqust 2023-cü il tarixədək, Məmmədov Şövqi Qafil oğlunu və Məmmədov Raul Zaur oğlunu isə 2024-cü ilin iyul ayından 2024-cü ilin sentyabr ayınadək özünün “facebook” sosial şəbəkəsində “Söz soxmaq üzrə mütəxəssis”, “Çekist Xanım”, “Azərbaycan Polisinin Qənimi” və “Tülkügöz” saxta istifadəçi adlar, profil və hesablarından kütləvi nümayiş etdirməklə küçə adamının belə istifadə etmədiyi sözlərlə məni və yaxın xanım qohumlarımı təhqir etmişdir.
Qohumlarım bu barədə şikayət etmiş, Suraxanı rayon Prokurorluğunda cinayət işi başlamış və bu şəxsi, yəni saxta profillərdən istifadə edəni-İ.İsmayılova müəyyən edələrək cinayət işi başlanmış, barəsində polis nəzarətinə verilməsi barədə qətimkan tədbiri seçilib. Suraxanı rayon Məhkəməsinin 1(010)-322/2025 saylı 14.07.2025-ci il tarixli hökmü ilə ismayılova İmamət Niyazi qızı AR CM-nin 148-1-ci maddəsi (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə) ilə təqsirli bilinərək ona 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. O, məhkəmədə də zərərçəkən qadını (bizə qohum deyil, prokurorluqda şikayət ərizələri birləşdirilib) yenidən çox pis təhqir etdiyinə görə məhkəməyə hörmətsizlik maddəsi ilə (CM-nin 298-ci maddəsi) cinayət işi başlanıb, araşdırırması üçün Ədliyyə Nazirliyinə göndərildi.
Lakin İ. İsamyılova barəsində cinayət işi başladıqdan sonra və məhkəmə prosesi dövründə də özünün “Araşdırmaçı Jurnalist”, “Çekist Xanım” profillərində dayanmadan yenə ən əxlaqsız sözlərələ məni və yaxın qohumlarımı təhqir etməkdə davam edirdi. Ona görə də mən və qohumlarım yenidəm xüsusi ittiham qaydasında məhkəməyə müraciət etdik. Onun yazdıqları o qədər əxlaqsız idi ki, hakim də onları ucadan oxumurdu və onun özünə göstərirdi ki, bunları yazıbsan ya yox. O da fəxrlə bildirirdi ki, hə. O təqsirli bilinib barəsində əlavə 4 ay həbs cəzası təyin edildi. Bu şəxs özünü jurnalist adlandırır, məhkəmədə tez-tez deyirdi ki, o siyasi məhbusdu.
Məhkəmədə qışqırırdı ki, sən Tofiq Yaqublunu müdafiə edirsən, səni niyə həbs etmirlər, sən agentsən.
O birinci məhkəmə prosesi dövründə hüquq müdafiəçisi Zəfər bəyə müraciət edərək onun siyasi məhbus elan edilməsini xahiş etmişdi.
Bir daha bildirirəm ki, biz onu tanımırıq, onu kimsə öyrədib, xanım qohumlarımızın telefon nömlərələri, iş yerləri, şəxsi həyatları barədə məlumatları verib. Mən məhkəmədə bildirdim ki, şəxsin adın de, ərizəni geyi götürərək. O dedi ki, mən qalib gəldim, onun adın öyrənə bilmədiniz.
İnformasiya saytlarında bu məlumatı dərc etməklərini xahiş edirəm.
ƏLAVƏM: İmamət İsmayılovanın bir qədər qeyri-adekvat, yəni başdan səy və buna baxmayaraq reyestrli mediaların birində 2-3 ay işləyib qovulduğunu dəqiq öyrəndim. Təəccüblənmirəm. Sabah deputat da olar yəqin bu təfəkkür və istedadla...
Çingiz Sultansoy
Gundemxeber.com
18-12-2025, 23:21
30-04-2013, 15:10
23-08-2015, 11:26
16-12-2015, 18:05
12-11-2014, 20:13
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?