GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Yararlı” çağırışçılar niyə yarasız çıxır? – Yaxud “Hərbi xidmətə yararlı” əsgər xəstəlikdən niyə ölməlidir?

“Yararlı” çağırışçılar niyə yarasız çıxır? – Yaxud “Hərbi xidmətə yararlı” əsgər xəstəlikdən niyə ölməlidir?

Tarix: 19-12-2025, 22:13 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 6
Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda bu ilin dekabr ayının 15-də ölməsi ilə bağlı araşdırma aparılır.
Bu barədə Hərbi Prokurorluqdan bu gün yayılan məlumatda deyildiyinə görə, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual tədbirlər icra edilib.
Qeyd edək ki, həyatını itirən gənc,Gəncə Dram Teatrının quruluşçu rəssamı Vahab Cəfərovun oğludur və o, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kinorejissorluq” fakültəsindən məzun olduqdan sonra hərbi xidmətə yollanıbmış.
Bir ailəni oğulsuz qoyan bu faciə son zamanlar müvafiq dövlət qurumları – hərbi komissarlıqlar və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən “hərbi xidmətə yararlı” rəyi verilən gənclərimizin əslində bəzən faktiki olaraq hərbi xidmətə yararsız olduğuna dair şikayətləri yenidən aktuallaşdırır.
Bəzi mənbələrin cəmi 4 ayın əsgəri olduğunu iddia etdiyi Əli Cəfərovun ağır pnevmaniyadan dünyasını dəyişdiyi bildirilir. Əlbəttə, Hərbi Prokurorluğun araşdırmasından sonra yəqin ki, gəncin gerçək ölüm səbəbləri, bu xəstəliyə nə vaxt, hansı şəraitdə tutulması, hərbi çağırış zamanı komissiya tərəfindən nə dərəcədə obyektiv və keyfiyyətli şəkildə yoxlandığı, hərbi xidmətdə vaxtında tibbi müdaxilənin edilib-edilmədiyi məlum olacaq. Lakin hər halda, doğrudan da sağlam, hərbi xidmətə tam yararlı bir gəncin hansısa xəstəlikdən dünyasını dəyişməsi həmin gəncin çağırış zamanı düzgün tibbi yoxlanışı barədə şübhələr yaradır…
Məlum olduğu kimi, zamanında məlum “əyri yollarla” “yararsız” rəyi alıb hərbi xidmətdən yayınanlar xeyli vaxtdır yenidən çağırışa cəlb olunur və onların bir çoxuna qoyulan diaqnozun saxta olduğu üzə çıxarılır. Belələri hərbi xidmətə göndərilir və bu təbii ki, olduqca müsbət haldır. Lakin bununla paralel olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının faktiki xidmətə yararsız gənclərə “yararlı” rəyi verməsinə dair də xeyli şikayətlər var. Eləcə də bir çox valideynlər övladlarının hərbi xidmətə gedəndən sonra zamanında düzgün diaqnoz qoyulmadığı üçün xidmətdə əziyyət çəkmələrindən, sağlamlıqlarına ikiqat zərbə vurulmasından, aylarla hərbi hospitallarda qalmalarından şikayət edirlər. Eləcə də bir çox hallarda belə çağırışçıların hospitallar tərəfindən qoyulan diaqnoz və təkrar müayinələrdən sonra hərbi xidmətə yararsız kimi tərxis olunduğuna dair məlumatlar var. Niyə? Çünki zamanında düzgün dizqnoz qoyulmayıb, başdansovdu müayinə aparılıb, ya da “planı doldurmaq” xatirinə səhhətində ciddi problem olan çağırışçı “yararlı” adı ilə orduya yola salınıb. Bir sözlə, əvvəllər daha çox “hərbi xidmətə yararsız” diaqnozu saxta çıxırdısa, indi əksinə, “yararlı” diaqnozu saxta çıxır. Hərbi hospitallarda xeyli sayda bu cür əsgərlərin olduğuna dair məlumatlar var.
Obyektivlik naminə o da qeyd olunmalıdır ki, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsi bu cür halların üzə çıxarılması və belə çağırışçıların təkrar müayinəyə göndərilərək, düzgün diaqnoz qoyulmasına çalışır. Lakin buna baxmayaraq, belə halların sayının olduqca çox olduğu və onların hamısının araşdırılmasının əlavə yük yaratdığı bildirilir.
Bu problemin yaşanmasının səbəblərindən biri hərbi çağırışla bağlı qanunvericilikdir. Məlum olduğu kimi, hərbi çağırışla bağlı xəstəliklər cədvəli Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən tənzimlənir və “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əks olunur, bu cədvəl hər bir xəstəliyin hərbi xidmətə yararlılıq dərəcəsini (A, B, C, Ç, D kateqoriyaları) müəyyən edir, müddətli xidmətə tam yararsızdan (D) tutmuş, məhdud yararlılığa (C) qədər fərqləndirir, beləliklə, hansı xəstəliyin çağırışçını hərbi xidmətdən azad etdiyini və ya hansı xidmət növünə yönləndirdiyini göstərir. Ola bilsin ki, bu cədvəli yenidən nəzərdən keçirməyə və müəyyən dəyişikliklər etməyə ehtiyac var. Digər məsələ, tibbi müayinənin nə dərəcədə obyektiv, keyfiyyətli aparılması və bu cədvəldə göstərilən maddələrə uyğunlaşdırılmasıdır. Təəssüf ki, bu mərhələdə ciddi nöqsanlar qeydə alınır. Məsələ ondadır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası yalnız “TƏBİB”-in tabeliyindəki xəstəxanaların rəyini tanıyır. Bu halda Səhiyyə Nazirliyinin tabeliyindəki ixtisaslaşmış xəstəxanalar kənarda qalır. Bu isə müayinənin və diaqnozun keyfiyyəti il bağlı haqlı şübhələr yaradır.
Bir sözlə, gənclərin hərbi xidmətə çağırılması zamanı aparılan tibbi müayinələrlə bağlı cavabını gözləyən xeyli suallar var. Bu sahədə lazımi, keyfiyyətli xidmət təmin olunmayınca, təəssüf ki, bundan sonra da xəstəlikdən əsgər ölümünə dair acı xəbərlərə rast gələ bilərik. /azpolitika.info
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəbhə bölgəsində əsgər intihar edib

    Cəbhə bölgəsində əsgər intihar edib ...

    4-01-2014, 14:53

  • 
  • Yaralı əsgərlərdən xəbər var

    Yaralı əsgərlərdən xəbər var ...

    1-08-2014, 18:26

  • 
  • Çağırışçıların hərbi xidmətə başlama tarixi dəişdirilir

    Çağırışçıların hərbi xidmətə başlama tarixi ...

    19-11-2013, 12:42

  • 
  • Əsgər özünü güllələdi

    Əsgər özünü güllələdi ...

    21-01-2014, 11:59

  • 
  • Hərbi xidmətə çağırış başladı

    Hərbi xidmətə çağırış başladı ...

    1-10-2013, 13:01


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu