GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Şərurlu İsfəndiyar dilinin BƏLASINA DÜŞDÜ – BU GÜN MƏHKƏMƏSİDİR

Şərurlu İsfəndiyar dilinin BƏLASINA DÜŞDÜ – BU GÜN MƏHKƏMƏSİDİR

Tarix: 22-12-2025, 10:38 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 10

Bu gün, dekabrın 22-də Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə “Şərur” MTK” sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi üzrə məhkəmə prosesi davam etdiriləcək.


İsfəndiyar Axundovu məhkəmə çəkən isə “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovdur. O, xüsusi ittiham qaydasında verdiyi şikayətində İsfəndiyar Axundovun həbsini tələb edir.

Ötən prosesdə xüsusi ittihamçının vəkili Asim Abbasov məhkəməyə vəsatət verməklə iş üzrə ekspert rəyində “yeyinti” sözü ilə bağlı fikirlərini açıqlayıb. O, Cinayət Məcəlləsinin müvafiq maddələrində əks olunsa da, bu ifadəyə iş üzrə tənqidi hal kimi yanaşıldığını bildirib. Deyib ki, təqdim edilən rəydə "dələduz" sözünə toxunulmayıb. Vəkil ətraflı tədqiqat aparılmamasından narazılığını ifadə edib: “Videoda müəyyən məbləğlər səsləndirilsə də, bu barədə də heç nə qeyd edilməyib. AMEA Dilçilik İnstitutunun direktoru Ramiz Mehdiyev vəzifədə olan zaman təyin edilib. Həmçinin bəzi media resurslarında Ramiz Mehdiyevlə İsfəndiyar Axundov arasında münasibətin olması ilə bağlı yazılar dərc edilib. Bu da ona əsas verir ki, rəy qərəzlidir. Məhkəmədən rəyin sübutlar siyahısından çıxarılmasını xahiş edirəm”.

Vəkilin sözlərinə İsfəndiyar Axundovan vəkili Ülvi Nəsiblinin reaksiyasi gecikməyib. O, bildirib ki, İsfəndiyar Axundovu Ramiz Mehdiyevlə əlaqələndirmək məsələsinə yumorla yanaşmaq lazımdır: “O zaman Emil Səməndərovu da Ramiz Mehdiyevlə əlaqələndirmək olar. Çünki Emil Səməndərov 1200 vətəndaşın mənzilini bir neçə şəxsə satanda Ramiz Mehdiyev vəzifədə idi. Bu, sadəcə olaraq cəfəngiyyatdır. Ramiz Mehdiyevin bizim işimizə heç bir aidiyyəti yoxdur”.

Təqsirləndirilən şəxsin digər vəkili Şahbaz Kərimli məhkəməyə bildirib ki, sübut mötəbər olmalıdır: "Ramiz Mehdiyev və İsfəndiyar Axundov arasında heç bir əlaqə olmayıb. Mötəbər sübut kimi hansısa yazını göstərmək olmaz. Ramiz Mehdiyev və İsfəndiyar Axundov arasında əlaqə, maliyyə bölüşməsi heç vaxt olmayıb”.

İsfəndiyar Axundov isə vurğulayıb ki, Ramiz Mehdiyevlə əlaqəsi olanları aidiyyəti qurum ortaya çıxaracaq: "Dövlətimiz tərəfindən bu işdə lazımi şəxslərə qanuni cəza veriləcək. Biz onlardan çox bilmirik".

Vəkil Asim Abbasov xatırladıb ki, mətbuatda dərc edilən yazılar yeni deyil, 2020-ci ildə dərc edilib, həmin zaman Ramiz Mehdiyev vəzifədə idi. Vəkil əlavə edib ki, məhkəmə istintaqı zamanı həm təqsirləndirilən şəxsin özü, həm də övladı onlarla - yəni Emil Səməndərov və vəkili ilə danışıqlara getmək və razılaşmaya gəlmək məqsədilə zənglər ediblər. Bununla bağlı səs yazıları da var. Tələbimiz etdiyiniz səhvin etiraf edilməsidir".

Məhkəmə vəsatəti baxılmamış saxlayıb. Sənədlərin tədqiqi bitdikdən sonra məhkəmə istintaqı yekunlaşıb.

Vəkil Asim Abbasov çıxış üçün məhkəmədən vaxt istəyib. Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib. Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib. Buna görə də İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir./musavat.com/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Şərurlu İsfəndiyar” 650 min dollarlıq avtomobildən danışdı

    “Şərurlu İsfəndiyar” 650 min dollarlıq ...

    17-09-2014, 16:45

  • 
  • "Azəriqaz" tanınmış iş adamını məhkəməyə verdi - SƏBƏB

    "Azəriqaz" tanınmış iş adamını ...

    2-07-2020, 16:53

  • 
  • Məhkəmə Şərurlu İsfəndiyarla bağlı QƏRAR VERDİ

    Məhkəmə Şərurlu İsfəndiyarla bağlı QƏRAR VERDİ ...

    8-05-2025, 16:35

  • 
  • “Adam baltalamaq istəyən Ağadadaşı heç bu qədər məhkəməyə çağırmayıblar” – “Şərurlu İsfəndiyar”  məhkəməyə etiraz etdi

    “Adam baltalamaq istəyən Ağadadaşı heç bu qədər ...

    4-09-2025, 16:10

  • 
  • "Bunu məndən başqa heç kim etməyib" - "Şərurlu İsfəndiyar" türkiyəli iş adamının məhkəməsində dindirildi

    "Bunu məndən başqa heç kim etməyib" - ...

    13-12-2019, 14:05


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu