GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Əhaliyə çağırış: TƏHLÜKƏLİDİR!

Əhaliyə çağırış: TƏHLÜKƏLİDİR!

Tarix: 23-12-2025, 11:40 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 8

Onkoloq deyir ki, son dövrlərdə heyvandarlıq məhsullarında hormonal preparatlardan istifadə ciddi risklər yaradır

Toyuq əti Azərbaycanda ən çox istehlak olunan qida məhsullarından biridir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bəzi hallarda toyuq əti sağlamlıq üçün ciddi təhlükə yarada bilər. Qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salmanov deyir ki, risk əsasən istehsal, saxlanma və bişirilmə mərhələlərində yaranır: “Tarixi keçmiş məhsullar, açıq havada saxlanılan toyuq əti və yarımçıq bişirmə ən çox rast gəlinən problemlər sırasındadır. Bu hallarda toyuq əti salmonella və campylobacter kimi təhlükəli bakteriyaların daşıyıcısına çevrilə bilər".

Ekspert bildirir ki, toyuq əti tez xarab olan məhsul olduğu üçün +2, +4 dərəcə temperaturda saxlanmalıdır. Onun sözlərinə görə, bəzi satış məntəqələrində məhsul saatlarla açıq havada qalır, daha sonra yenidən soyuducuya yerləşdirilir ki, bu da bakteriyaların sürətlə çoxalmasına səbəb olur.

Mütəxəssisə görə, istehlakçılar çox zaman toyuğun rənginə və qoxusuna aldanırlar, lakin bu, təhlükəsizliyin göstəricisi deyil. Bakteriyalar hər zaman gözlə görünmür və məhsul normal görünsə belə, sağlamlıq üçün risk daşıya bilər. Həkim-infeksionist Mədinə Abdullayevanın sözlərinə görə, yarımçıq bişmiş toyuq əti qəbul edildikdən sonra 6-24 saat ərzində ürəkbulanma, qusma, ishal, qarın ağrısı və yüksək hərarət müşahidə oluna bilər. Bu isə əsasən salmonella infeksiyasına işarə edir.

Toyuq satışı bazarında vəziyyət hazırda necə qiymətləndirilir? Monitorinqlər nə deyir? Tənqidlərin, cərimələrin təsiri varmı? Keyfiyyətsiz məhsulların onkoloji xəstəliklərə yol açdığı haqda iddialar doğrudurmu?

Bu kosmetik məhsullar xərçəng yaradırmış - Həkimdən XƏBƏRDARLIQ | sfera.az

Fərid Müseyibov 

Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Müseyibov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, onkoloji xəstəliklərin artmasında bir sıra mühüm amillər rol oynayır. Onun sözlərinə görə, keyfiyyətsiz qida məhsullarının istehlakı, ətraf mühitin çirklənməsi, eləcə də gündəlik istifadə etdiyimiz bir çox məhsulların sanitar normalara cavab verməməsi xərçəng xəstəliklərinin yaranmasına zəmin yaradır.

Həkim-onkoloq qeyd edib ki, bu cür amillər orqanizmdə sərbəst radikalların artmasına səbəb olur. Sərbəst radikallar isə hüceyrə səviyyəsində zədələnmələr yaradaraq genetik mutasiyalara gətirib çıxarır. Gen mutasiyaları baş verdikdə isə gələcəkdə müxtəlif onkoloji xəstəliklərin formalaşma riski əhəmiyyətli dərəcədə artır. Fərid Müseyibov xüsusilə son dövrlərdə toyuq əti və digər heyvandarlıq məhsullarında hormonal preparatlardan geniş istifadə olunmasına diqqət çəkib. Onun fikrincə, bu cür preparatlar həm insan sağlamlığı, həm də ümumilikdə qida təhlükəsizliyi baxımından ciddi risklər yaradır. Hormonal maddələr qida məhsulları vasitəsilə insan orqanizminə daxil olduqda hormonal tarazlığın pozulmasına səbəb olur.

Həkim vurğulayıb ki, hormonal disbalans xüsusilə qadınlar üçün daha təhlükəlidir. Belə ki, hormonal tarazlığın pozulması süd vəzisi şişlərinin yaranmasında əsas risk faktorlarından biridir. Bu amil təkcə süd vəzisi xərçəngi ilə məhdudlaşmır, eyni zamanda digər onkoloji xəstəliklərin də inkişafına şərait yarada bilər. Mütəxəssis hesab edir ki, əhalinin sağlamlığının qorunması üçün qida məhsullarına ciddi nəzarət mexanizmləri tətbiq edilməli, ekoloji problemlərin aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər görülməlidir.

Qida üzrə mütəxəssis Yusif həkim deyir ki, 2006-cı ildən böyümə faktoru olan antibiotiklərin istifadəsi qadağan edilib: “Lakin digər antibiotiklərin tələb edilən norma daxilində yalnız müalicə üçün istifadəsi icazəlidir. Ölkəmizdə də toyuq ətində və yumurtada qala biləcək antibiotiklərin norması üçün normativ hüquqi akt mövcuddur. Belə ki, AQTA Kollegiyasının 18 dekabr 2020-ci il tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş ”Heyvan mənşəli qida məhsullarında baytarlıq preparatlarının təsnifatı üzrə farmakoloji aktiv maddələrin qalıq miqdarına dair sanitariya normaları və qaydaları" vardır. Bu qaydaların hazırlanmasında Kodeks Alimentarius Komissiyasının CX/MRL 2-2018 saylı “Qida məhsullarında baytarlıq preparatları qalığı üçün maksimum qalıq hədləri və risk idarəedilməsi üzrə tövsiyələr”i , həmçinin “Heyvan mənşəli qida məhsullarında farmakoloji aktiv maddələrin təsnifatı və yolverilən maksimum qalıq miqdarı”na dair 37/2010/EEC Avropa Birliyinin Komissiya reqlamentinin tələblərinə istinad olunub.

Ekspertdən SOS! Broyler toyuqlarına vurulan bu antibiotiklər təhlükəlidir |  sfera.az

Təəssüf ki, bəzi toyuq əti və ərzaqlıq yumurta istehsalçıları antibiotiklərin istifadəsinə səhlənkar yanaşırlar. Bu, həm yem istehsalında, həm də sahədə terapevtik istifadə zamanı baş verir. Hər bir farmakoloji aktiv maddənin bədəndən çıxma müddəti var. Buna “withdrawal period” deyilir. Bu perioda riayət etmək icbaridir. Lakin bəzi iqtisadi faktorlara görə istehsalçılar bu perioda riayət etmək istəmirlər.

Toyuq ətində və yumurtada qala biləcək antibiotik qalıqlarının bir sıra zərərləri ola bilər:

- Orqanizmdə antibiotik dirəncinin yaranması. Ətdən və yumurtadan bədənimizə daxil olan antibiotiklər depolanır və onlarda dözümlülük yaranır. Beləliklə gələcəkdə hər hansı xəstəlik səbəbindən qəbul etdiyimiz antibiotiklərin bizə heç bir təsiri olmayacaqdır. 

- Antibiotiklər normal bağırsaq floramızı məhv etdiyi üçün həzm sistemimizdə ciddi problemlər yaşanır.

- Bəzən toyuq əti və yumurta yeyərkən bağırsağımızda “ağırlıq” hiss edirik. Bu allergik reaksiya da ola bilər. Yəni ola bilər ki, bədənimizin hər hansı antibiotikə qarşı allergiyası var və o maddə ət və ya yumurta vasitəsilə bədənimizə daxil olduqda bağırsaqlarımız allergik reaksiya verir.

Onu da qeyd edim ki, yumurta dünyada qəbul edilmiş 14 allergendən biridir. Bu məhsula qarşı olan allergiya ilə yumurtada qala biləcək antibiotik qalıntısının verəcəyi allergik reaksiya fərqlidir.

 Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, AQTA-nın yoxlamalarında böyük nöqsanlar var: “Məsələn, onlar hər hansı bir müəssisəyə yoxlamaya gedərkən bunu onlara qabaqcadan bildirməyə məcburdurlar. Bunun üçün Ədliyyə Nazirliyinə məlumat verirlər, onlar da qarşı tərəfə bildiriş verir və s. Qida sahəsində aparılan yoxlamalarda bu bürokratik prosedur aradan götürülməlidir. Qida məsələsində yoxlama cəld olmalıdır. Bu məsələdə AQTA-ya müstəsna hüquq verilməlidir ki, müəssisələrdə yoxlamaları xəbərdarlıq etmədən apara bilsinlər. Biz dəfələrlə demişik, Qida Təhlükəsizliyi Agentliyi, Nazirlər Kabineti Azərbaycanda ənənəvi olmayan, yeyilməyən heyvan ətlərinin siyahısını hazırlamalı və onun satışı qadağan edilməlidir. Azad İstehlakçılar Birliyinin ofisində bir kitab var. 1963-cü ildə dərc olunub. Həmin kitabda SSRİ-nin tabeliyində olan 15 respublikaları arasında tək Azərbaycanda eşşək əti yeməli hesab edilib, onun növləri, qiymətləri yazılıb. Sonradan öyrəndik ki, bu kitabçanı ermənilər hazırlayıb. O vaxt ermənilər bizim xalqı bütün dünyaya vəhşi eşşək əti yeyən kimi təqdim edib”.


Gundemxeber.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mağazalarda və bazarda toyuq əti bahalaşdı

    Mağazalarda və bazarda toyuq əti bahalaşdı ...

    22-02-2017, 11:48

  • 
  • Gəncədə dönərxanalara yararsız toyuq əti paylayan müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

    Gəncədə dönərxanalara yararsız toyuq əti paylayan ...

    12-12-2019, 11:31

  • 
  • Mağazalarda toyuq əti qıtlığı

    Mağazalarda toyuq əti qıtlığı ...

    23-01-2017, 10:42

  • 
  • Yumurta və toyuq əti kəskin bahalaşıb – Səbəb

    Yumurta və toyuq əti kəskin bahalaşıb – Səbəb ...

    17-07-2018, 21:12

  • 
  • Dönərlə bağlı əhaliyə xəbərdarlıq!

    Dönərlə bağlı əhaliyə xəbərdarlıq! ...

    28-06-2013, 23:28


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu