GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -...otağının işığı sönən kimi Zəfər Hacıyevi axtarır

Vidadi İsayevin sevimli kadrı niyə Bərdədən Yevlaxa “sürgün olunub"? -...otağının işığı sönən kimi Zəfər Hacıyevi axtarır

Tarix: 30-12-2025, 10:30 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 11

Ağlar günə qalan bölgə mədəniyyəti...Bacaqrısız və kefiyyətsiz kadrlarla bizi hara aparırlar?

Üç cümləni ard-arda deyə bilməyən bu şəxs vəzifə öhdəliyinə aid olan məktubları belə yaza bilmir, onun-bunun üstünə atır.

Bu iddialar Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax rayonu üzrə nümayəndəsi Günel Cəfərova ilə bağlı Yenixeber.org-a daxil olmuş yazıda yer alır. Yazını müəyyən düzəlişlərlə dərc edirik:
Sizə kimdən deyək, kimdən yazaq: Sözün əsl mənasında ağlar günə qalan Yevlax mədəniyyətindən. Uzun müddət başsız qalan Yevlax mədəniyyətinə 15 may 2025-ci il tarixdə yeni bir kadr təyinatı oldu. Belə ki, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax üzrə nümayəndəsi postuna Bərdədən Günel Cəfərova adlı bir gənc xanım gətirdilər. Bəli,məhz gətirdilər, seçilmədi, ağası, arxa-dayağı Bərdənin icra başçısı Vidadi İsayevin sayəsində onun təyinatı təmin edildi. Bir vaxtlar məhz Vidadi İsayevin xeyir-duası və dəstəyi ilə Günel Cəfərova Bərdə rayon icra hakimiyyətində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi işləyib. Bu şöbədə özünü doğrulda bilməyən bu xanımı icra başçısı sonra İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi təyin edib. 2016-cı ildən 2023-cü ilə qədər Bərdə icra hakimiyyətində işləyib və Vidadi İsayevin ən sevimli işçilərindən biri olub. Amma birdən nə baş veribsə, icra başçısı sevimli kadrını uzaqlaşdırmaq zorunda qalıb. Bir illik işsizlik faisləsindən sonra uzun illərdir bərdəlilərin canını boğazına yığan Vidadi İsayev yenidən sevimli kadrına dəstək verib və onu Bərdədən Yevlaxa mədəni sürügünə göndərdib. Belə ki, Günel Cəfərova gözlənilmədən Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax rayonu üzrə nümayəndəsi təyin edilib (iddialara görə həmin post üçün 20 min manat ödəniş etməli olub).

Əcəba, bir sual meydana çıxır: Günel Cəfərova hansı səbəbdən evinin içindəki vəzifəsini qoyub tanınmaza-bilinməzə Yevlaxa gəlib? Perspektivli yerdən perspektivsiz yerə. Maraqlıdır, deyilmi???

Ancaq əsas komediya bu təyinadan sonra başlayıb. İlk vaxtlarda bu təyinta təəccüblə yanaşan yevlaxlıların bu gənc xanımdan əməlli-başlı gözəlintiləri olub. Düşünüblər ki, yəqin bu xanım uzun müddətdir başsız qalan Yevlax mədəniyyətini ətalətdən xilas edəcək. Deyir sən saydığını say, gör Günel Cəfərova nə sayır.
Yevlaxda fəaliyyət göstərən musiqi məktəblərindəki və kənd müəssisələrindəki mənbələrin məlumatına görə bu adam iş bilməməklə yanaşı həm də “lal”dır. Nə işlə bağlı biliyi var, nə danışıq qabiliyyəti var, nə işçilərinə hörmətlə yanaşma məsuliyyəti, nə  də işçilərindən iş tələb etmək bacarığı var. Adam 7 aydı işləməyinə baxmayaraq nə vəzifə funksiyalarını bilir, nə də öyrənməyə niyyəti var. Sadəcə otaqda oturmağı və əziyyətsiz 1000 manatdan yuxarı maaş (pensiya) almağı bilir. Maraqlıdır, o necə nümayəndədir ki, 7 ayda bir dəfə də olsun drektorlara görüş keçirməyib. Çünkü işlədiyi sahənin heç bir qolunu bilmədiyi üçün görüşdə nə danışacağını bilmir. 7 ayda rayondaxili, idarədaxili bir tədbirin təşkil olunmasında iştirak etməyib. Bir müəssisədə geniştərkibli görüş keçirməyib. Onun bu “bacarıqları”na baxanada düşünürsən ki, 7 - 8 il qabaq bu adam Bərdə İcra hakimiyyətində məsul vəzifədə necə işləyib. Bax bunun özü  də müammalıdı, həm də aydındır. Ona görə ki, “day-dayısı” Vidadi kişi buna orada rahat iş şəraiti yaradıb.

Üç cümləni ard-arda deyə bilməyən bu şəxs vəzifə öhdəliyinə aid olan məktubları belə yaza bilmir, onun-bunun üstünə atır.
Başqa bir sual yaranır: Mədəniyyət sahəsindən bixəbər olan bu xanımı bu sahəyə gətirən himayədarları, görəsən, onun bu qədər bacarıqsız olduğunu bilmirdilər? Əgər bilirdilərsə, onu niyə bu vəziyyətə salıblar? Görəsən Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Zəfər adlı sektor müdiri olmasaydı, bu xanımı batdığı “bulanlıq su”dan kim çıxaracaqdı?

Artıq yevlaxlıların ağzına br söz düşüb, görəsən, kimdir bu mədəniyyətdə zəfər qanzanan adam ki, Günel xanım otağının işığı sönən kimi də elə Zəfər Hacıyevi axtarır. Çünki nümayəndə xanıma hansı işçi nə desə, nəyi soruşmaq istəsə, bir cavab alır: Qoy Zəfər müəllimə deyim, qoy Zəfər müəllimə məlumat verim,qoy Zəfər müəllimdən soruşum, sonra. Əldə etdiyimiz məlumata görə bu Zəfərin özünü "suadan çıxaran" lazımıdır. O özü nə bilir ki, Günelə də nəyisə öyrətsin. Ən yaxşı halda Zəfər ona pul yığmağın, pislik etməyin, adam güdməyin yollarını öyrədə bilər. Çünki sektor müdiri Zəfər Hacıyevin özü mədəniyyət sahəsinə qəti aidiyyatı olmayan kadrdır (atıq bütün mədəniyyət içlərinin arasında belə bir qarğış formalaşıb:Allah keçmiş rəislərin- Səxavətin və Aydının bəlasını versin ki, Zəfər kimiləri mədəniyyət bəla gətiriblər).

7 aylıq komediyanın davamı isə lap ağlamalıdır. İlinin sonuna yaxın tədbirlərin və işlərin çoxluğunu görən Günel Cəfərova astaca aradan çıxamğı da bacarıb. Görünür himayədarları və onu göz görə-görə çətin duruma salan təcrübəli qayınata ona deyib ki, çox işləyib yorulmusan çıx məzuniyyətə. Adam da etməyib tənbəllik dekabrın sonuna qədər məzuniyyət çıxıb. Onsuz da o dərəcədə fərli olmayan Yevlax mədəniyyəti indi qalıb ağzı günə.

Maraqlı məqamlardan biri də odur ki, Mərkəzi Aran Regional Mədniyyət İdarəsinin rəis əvəzi Namiq Tarıverdiyev bu vəziyyəti görmür, yoxsa usta Zəfər orada baş verənləri rəhbərlikdən gizlədir.
Ay vəzifəsindən bixəbər olan xanım, deyək ki, sənin “krışa”larının vicdanı yoxdur, bəs bir gənc kimi sən nə vaxtacan bu vəzifəni yola verəcəksən? Nə vaxtacan iş görmək lazım olanda qaçıb gizlənəcəksən? Əlini vicdanına qoy, gör aldığını maaşı haqq edirsənmi? Ümidləri sönməkdə olan mədəniyyət işçiləri hələ də ümid edir ki, gec - tez ədalət öz yerini tapacaq, bacarıqsızlar elə layiq olduğu yerlərdə oturmağa məhkum ediləcək. 

Artıq vəziyyət o həddə çatıb ki, icra hakimiyəti daxil olmaqla az qala Yevlaxdakı bütün qurumlar Yevlaxın mədəniyyətinə qəribə baxırlar. Bu gün  rayonda mədəniyyət işçilərini görənlər deyirlər ki, sizə niyə yiyə çıxan yoxdur? Niyə bir vaxtlar region rayonları arasında hər zaman öz işi ilə seçilən Yevlax bugünə qalmalı idi. İxtisası mədəniyyət yaxın olan, özünün Yevlaxın tarixinin biri hissəsi sayan Vidadi kişi-Vidadi İsayev niyə Yevlax mədəniyyətinin taleyi ilə oynadı? Görəsən Yevlaxın çörəyini yeyib, suyunu içən Vidadi İsayevin canında az da olsa təəssübkeşlik yoxdur?

Musiqi məktəblərinin yolunu tanımayam, hər dəfə əzbərlədiyi 3 cümləni də kəllə-mayallaq təkrarlayan və bu məharətsizliyi ilə dillərə düşən, idarə üçün  bir qərarı müstəqil  verməyi bacarmayan bir adamı Yevlaxa göndərənlər nə düşünüblər? Yevlax rayonun adını aşağılara daşımağımı? Kim verib bu haqqı sizlərə...??/yenixeber.org/

Redaksiyadan: Yazıda adı hallanan tərəflərlə əlaq saxlamaq cəhdimiz alınmadı... Əgər istəsələr, səslənən iddialarla bağlı cavab haqqını tanıyırıq.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bərdənin icra başçısı qonşularının evlərini həyətinə qatdı - ÖZƏL

    Bərdənin icra başçısı qonşularının evlərini ...

    8-12-2014, 01:16

  • 
  • Əbülfəs Qarayevdən qalan "kiçik nişanə"... - İTTİHAM

    Əbülfəs Qarayevdən qalan "kiçik ...

    14-07-2020, 10:16

  • 
  • Vidadi İsayevə qapını göstərdilər - ÖZƏL

    Vidadi İsayevə qapını göstərdilər - ÖZƏL ...

    24-08-2015, 14:39

  • 
  • Bərdə Vidadi İsayevin talanı ilə üz-üzə

    Bərdə Vidadi İsayevin talanı ilə üz-üzə ...

    18-08-2014, 01:44

  • 
  • Vidadi İsayevin Bərdə zülmü

    Vidadi İsayevin Bərdə zülmü ...

    18-06-2013, 18:21


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu