GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » ƏDALƏTSİZ ƏDLİYYƏ İŞÇİLƏRİ!

ƏDALƏTSİZ ƏDLİYYƏ İŞÇİLƏRİ!

Tarix: 5-01-2026, 15:42 Bölmə :Ölkə / GündəmXəbər / Manşet Baxış: 10

Paytaxtımızın Yeni Yasamal-1 massivi 13 və 14 saylı evlərinin qanuni sahiblərinin şikayətini oxuculara bildirmişdik. 30 ildən çoxdur bu vətəndaşlar öz evlərində məslunlaşa bilmirlər.
Sənədlə onlara məxsus mənzillərdə keçmiş məcburi köçkünlər məskunlaşıblar. Hələ də mənzilləri öz mülkiyyətçilərinə vermək istəmirlər. Halbuki hələ 2004-cü ildən bu kateqoriyadan olan insanların zəbt etdikləri evlərdən çıxmalarına göstəriş verilib.
Lakin aidiyyatı dövlət təşkilatları bu barədə üzərlərinə düşən öhdəlikləri heç vaxt yerinə yetirməyiblər.
Qarabağ münaqişəsinin ilk illərində dözüm nümayiş etdirərək mənzillərinə girib yaşayanlara qarşı heç bir hərəkət etməyiblər.
Şikayətçilər deyirlər ki, məcburi köçkünlərin Bakıya və digər yerlərə pənah gətirdikləri ilk illərdə milli həmrəylik naminə onlara güzəşt ediblər. Çünki eyni xalqın nümayəndələriyik.
Amma tədricən pis günlər arxada qaldı. Qaçqın və məcburi köçkünlərin məskunlaşdığı çadır şəhərcikləri sökülüb ləğv olundu. Onların yerində qəsəbələr salındı. Onlar üçün hər cür şəraiti olan müasir yaşayış binaları tikilib istifadəyə verildi.
Hamısı da dövlət büdcəsi hesabına. Nəhayət, Vətən müharibəsində qazandığımız qələbədən sonra Böyük Qayıdış Proqramı əsasında keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına dönmələri təşkil olunub.
Tam qayıdışa kimi isə müvəqqəti yaşayış üçün evlər ayrılıb. Amma heç kim zəbt etdiyi mənzillərdən çıxmaq istəmir. Mənzillərin qanuni sahibləri əraziyə yaxınlaşanda onları az qala daş-qalaq edirlər. Keçmiş məcburi köçkünlərin ələ keçirdikləri evləri tərk etmələrinin məcburiliyi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarını da yerinə yetirməkdən imtina edirlər.
Yasamal rayon məhkəmə icraçıları şöbəsinin Pərviz adlı müdiri, Bəxtiyar adlı məhkəmə icraçısı müxtəlif bəhanələr gətirərək işi icra etmək istəmirlər. Guya mənzilləri zəbt edənlərə möhlət verilib.
Eyni bəhanəni onların nazirlikdəki rəhbərləri də deyir. Ədliyyə Nazirliyi İcra Xidməti Baş İdarəsinin rəisi Vidadi Məmmədov qəbuluna gələn Yeni Yasamal-1 massivi 13 və 14 saylı yaşayış binalarında mənzilləri zəbt olunmuş qanuni mülkiyyətçilərlə söhbətində gözə kül üfürür.
Danışdıqca məlum olur ki, tabeliyində işləyən Nicat, Pərviz, Bəxtiyar kimi işçilərinin uydurmaları elə onun özündən qaynaqlanır. Bundan əvvəl mən şikayətçilərlə birlikdə Prezident Administrasiyasında da olmuşdum.
Həmin vaxt bizi Fuad Ələsgərov qəbul edərək şikayətçilərin tələbinin qanuni, haqlı olduğunu bildirərək bu istiqamətdə iş aparıldığını bildirmişdi. Qəribədir ki, Prezident Administrasiyasında qəbula düşə bildiyim halda Ədliyyə Nazirliyində Vidadi Məmmədov özünü daha mühüm şəxs sayaraq media təmsilçisini qapı arxasında saxlayır.
Qanunda bu nəzərdə tutulubsa, buyurub göstərsin. Mən bildiyim odur ki, media əməkdaşının sərbəst şəkildə məlumat almaq, soruşmaq haqqı var. Bu haqqı heç bir məmur öz mülahizəsinə görə məhdudlaşdıra bilməz. Vidadi Məmmədovun etdiyi əsl məmur özbaşınalığıdır.
Bu adam məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrasını təmin etmək əvəzinə şikayətçi vətəndaşlara nağıl danışır.
Guya qaçqın və məcburi köçkünlərin zəbt etdikləri evlərdən çıxarılmaması haqqında qərar hələ də qüvvədədir.
Guya bu möhlət yenə qalıb. Vidadi müəllimin nəzərinə çatdırım ki, belə bir güzəşt 1999-cu ildə mövcud olub, lakin 2004-cü il və sonrakı illərdə ləğv olunub. Bundan başqa, Vidadi Məmmədovun, onun işçilərinin əlində məhkəmə qərarı var.
Onlar buna məhəl qoymadan süründürməçiliklərinə qanuni don geyindirməyə çalışırlar. Qanuna əməl etməkdənsə, özləri qanunu pozurlar.

Sima Babayeva

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məcburi köçkünlər: 'Sayğac istəmirik, torpağımızı istəyirik'

    Məcburi köçkünlər: 'Sayğac istəmirik, torpağımızı ...

    26-01-2017, 21:08

  • 
  • Prezident məcburi köçkünlərin aylıq müavinət məbləğini artırdı

    Prezident məcburi köçkünlərin aylıq müavinət ...

    22-02-2018, 12:18

  • 
  • Məcburi köçkünlərin məskunlaşdığı bina yandı

    Məcburi köçkünlərin məskunlaşdığı bina yandı ...

    29-03-2021, 16:03

  • 
  • Məcburi köçkünlər etiraz edib

    Məcburi köçkünlər etiraz edib ...

    17-01-2018, 13:14

  • 
  • Məcburi köçkünlərin aylıq müavinəti artırıldı

    Məcburi köçkünlərin aylıq müavinəti artırıldı ...

    30-04-2018, 15:36


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu