GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “İradə sağdır, cinlər aləmində saxlanılır” - Biznesmen anlaqsızdır, yoxsa rola girib?

“İradə sağdır, cinlər aləmində saxlanılır” - Biznesmen anlaqsızdır, yoxsa rola girib?

Tarix: 16-01-2026, 21:44 Bölmə :Ölkə / Kirminal Baxış: 12

“İradə sağdır, cinlər aləmində saxlanılır” -Qeyri-rəsmi birgə yaşadığı qadını boğaraq öldürməkdə ittiham olunan 48 yaşlı biznesmen Emil Ağcanovun məhkəmə istintaqı başlayıb.

Gundemxeber.com-un “Qafqazinfo”ya istinadən  məlumatına görə, ekspert rəyi ilə anlaqsız hesab edilən Ağcanov saxlanıldığı psixiatriya xəstəxanasından polis müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.
Prokurorluğun göndərdiyi qərarda yazılıb ki, Emil Ağcanov və İradə Muradovanın faciə ilə bitən sonuncu görüşü ötən ilin avqustunda Emilin anasının evində baş tutub. Həmin gün Emil spirtli içki və narkotik maddənin təsiri altında İradəni yerə yıxıb, dini ayinlər etdirərək ayətül-kürsi duası oxutdura-oxutdura xüsusi amansızlıqla boğaraq həyatdan məhrum edib. Daha sonra o, cəsədi hamam otağına aparıb, üzərinə möhür qoyaraq qucaqlayıb və səhərə qədər ona sarılmış vəziyyətdə dini musiqilər dinləyib.

Emil ertəsi gün saxlanılsa da, psixiatrik ekspertiza onun cinayət əməlini törədərkən anlaqsız vəziyyətdə olması barədə rəy verib. Bu əsasla o, istintaq təcridxanasından psixiatriya xəstəxanasına köçürülüb.
Qərar oxunduqdan sonra təqsirləndirilən şəxsə söz verilib. Hakim Səbinə Məmmədzadə ona ifadə verməmək hüququnu da xatırladıb, lakin danışacağı halda obyektiv araşdırmaya kömək olacağını bildirib.

Müttəhim sərbəst ifadə verməyə hazır olduğunu deyərək ayağa qalxıb. Emil İradə ilə münasibətlərini, hadisələrin harada və nə vaxt baş verdiyini dəqiq xatırlayıb. Bununla belə ifadəsində cinayətlə bağlı reallıqdan uzaq, mifik xarakterli fikirlər səsləndirib: “Həmin gün cinlər onun ruhunu ələ keçirmişdi. Nə qədər dualar oxusam da, xilas edə bilmədim. Həmin varlıqlar ona elə güc vermişdilər ki, mənim kimi idmançı adamı üç dəfə divara çırpdı. Sona qədər ona ayətül-kürsi və digər duaları oxutdurmuşam. İradəni hamıdan çox istəyirdim, illərlə birgə yaşamışıq. Sadəcə xristian olduğu üçün evlənə bilməmişdik. Mən onu necə öldürə bilərəm? Düzdür, həmin vaxt hamama girəndə sürüşüb yıxıldı, amma ölmədi. İndi sağdır, cinlər aləmində saxlanılır”.

Anlaqsız kimi mühakimə olunan biznesmen ifadəsinin davamında deyib ki, İradəni görünməz varlıqlardan qorumaq üçün qucağında saxlayıb. Hətta onlardan qorunmaq üçün şeytanın əşyası olduğunu hesab etdiyi “İphone” markalı telefonunu da sındırıb: “İradəni cin-şeytandan qorumaq üçün onu qucaqlayıb üzərinə möhür qoydum. Sonra da həmin varlıqları qovmaq üçün səhərə qədər ayətül-kürsi oxudum. Həmin gündən əvvəl də mən ona kəlmeyi-şəhadət öyrədirdim. Hətta dua oxuyan vaxt mənə zəng gəldiyi üçün “İphone”u da qırmışdım. “İphone” da şeytan əşyasıdır. Niyə arxası açılmır? Çünki şeytan əməlidir. Elə buna görə telefonu yerə çırpıb qırdım. Amma narahat olmayın, İradə indi yaxşıdır”.

Təqsirləndirilən şəxs hakim, prokuror və vəkillərin suallarına da eyniməzmunlu mifik cavablar verib. Əlavə kimi sadəcə İradə ilə daha əvvəlki mehriban münasibətlərindən, Maldiv adalarındakı birgə istirahətlərindən danışıb.

Həkim rəyi Emilin cinayəti törədərkən öz hərəkətlərini dərk etmədiyini göstərsə də, mərhumun yaxınları bununla razılaşmır, onun məsuliyyətdən yayınmaq üçün rol oynadığını düşünürlər. Emilin ilkin istintaq müddətinə hər dəfə ayrı cür ifadə verməsi isə zərərçəkmiş tərəfdə şübhələri daha da artırıb. Mərhumun hüquqi varisi kimi tanınmış bacısı Rəna Muradova ifadəsində Emilin psixi xəstə olmadığını deyib. Hüquqi varis Emilin onun bacısını narkotikin təsiri altında qəsdən öldürdüyünü təkrar-təkrar dilə gətirərək hakimlərdən ədalət istəyib.

Zərərçəkmiş tərəf təqsirləndirilən şəxsin anlaqsız olması ilə bağlı qərara şübhə ilə yanaşdığından məhkəmənin hüququ var ki, təkrar tibbi ekspertiza təyin etsin. Bu zərurətin olub-olmadığına isə məhkəmə qərar verəcək.

Proses boyu diqqətçəkən başqa bir məqam isə Emilin anasının mərhumun yaxınlarına aqressiv münasibət sərgiləməsi olub. Hətta o, prosesə icazəsiz müdaxilə edərək mərhumun uzun illər oğlunun imkanlarından istifadə etdiyini deyib. Hakim yerindən danışdığı üçün anaya xəbərdarlıq edib.
Məhkəmə yanvarın 29-da davam etdiriləcək.
Qeyd edək ki, E.Ağcanov biznes fəaliyyəti ilə məşğul olub. O, “Chermington Transportation Services”, “AZRENT”, “Caspi Style” şirkətlərinin və İtaliya brendi “YAMAMAY” mağazasının sahibidir. Emil bu hadisəyə qədər daim bahalı həyat tərzi ilə diqqət çəkib.


gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qubada 18 yaşlı oğlan 84 yaşlı qadını boğaraq öldürdü

    Qubada 18 yaşlı oğlan 84 yaşlı qadını boğaraq ...

    30-06-2016, 14:00

  • 
  • Polis postunda qanlı olay

    Polis postunda qanlı olay ...

    20-02-2015, 12:30

  • 
  • “Çıraq” otelinin inzibatçısına 9 il 6 ay həbs verilib

    “Çıraq” otelinin inzibatçısına 9 il 6 ay həbs ...

    11-12-2013, 16:42

  • 
  • "Alınmırsa, boşanmaq lazımdır" - Emil

    "Alınmırsa, boşanmaq lazımdır" - Emil ...

    23-07-2017, 14:36

  • 
  • Daha bir amansız qətlin izi ilə...-Birinci vitse-prezidentə MÜRACİƏT!

    Daha bir amansız qətlin izi ilə...-Birinci ...

    17-11-2025, 11:11


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu