Türkiyənin Radio və Televiziya Şurası (RTÜK) "NOW" kanalını cəzalandırıb.
Gundemxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, kanala "Halef" serialına görə pul cəzasının ödənməsi tələb olunub. Buna səbəb isə ekran işinin 11 və 18 dekabr tarixlərində yayımlanan bölümlərində çoxarvadlılığı normallaşdırılması və qadınları alçaldan elementlərin yer alması olub. Qeyd edək ki, Türkiyənin Radio və Televiziya Şurası "Veliaht" serialına görə də "Show TV"ni cəzalandırıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?