GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Karaca" mağazası ilə bağlı daha bir QALMAQAL:“Xahiş edirik səs salmayın, işdən çıxarılarıq”

"Karaca" mağazası ilə bağlı daha bir QALMAQAL:“Xahiş edirik səs salmayın, işdən çıxarılarıq”

Tarix: 16-01-2026, 23:26 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 12

"Karaca" mağazası ilə bağlı daha bir QALMAQAL:“Xahiş edirik səs salmayın, işdən çıxarılarıq”
Gundemxeber.com bildirir ki, Moderator.az-ın qaynar xəttinə “Karaca” mağazası ilə bağlı daha bir istehlakçı şikayəti daxil olub.

Şikayəti təqdim edən Fəqan İsmayılov bildirib ki, 09 noyabr 2025-ci il tarixində, təxminən 20:40 radələrində Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 80D ünvanında yerləşən “Evfemiya” mağazasından (Karaca brendi) məişət avadanlıqları və qab-qacaq almaq üçün ailə üzvlərini göndərib.

Onun sözlərinə görə, seçim edildikdən sonra ödənişin post terminal vasitəsilə aparılması istənilib. Lakin mağaza əməkdaşları 931 manat məbləğin yalnız nağd və ya “kartdan-karta” köçürmə ilə qəbul ediləcəyini bildiriblər.

Ailə üzvləri bu barədə Fəqan İsmayılova məlumat verdikdən sonra o, mağazada çalışan Fərid adlı şəxslə telefon danışığı aparıb. Həmin şəxs “narahatçılıq yoxdur, qəbz sabah göndəriləcək” deyərək onu inandırıb və kart nömrəsi təqdim edib. Nəticədə 931 manat məbləğində pul köçürülüb.

Şikayətçi qeyd edir ki, bundan sonra 15–20 gün ərzində dəfələrlə qəbz tələb olunsa da, mağaza əməkdaşları “xahiş edirik səs salmayın, işdən çıxarılarıq” kimi cavablar veriblər. Bir müddət sonra alınan avadanlıqda texniki problem yarandığı üçün məhsul mağazaya qaytarılıb, lakin bu dəfə də pulun geri qaytarılması yubadılıb.

Təxminən 2 ay ərzində “bu gün-sabah veriləcək” deyə vəd edilsə də, heç bir nəticə olmayıb. Bundan sonra Fəqan İsmayılov VÖEN-i vasitəsilə onlayn kargüzarlıq sistemi üzərindən mağazanın VÖEN-inə rəsmi müraciət edərək rəhbərlikdən əlaqə saxlanılmasını tələb edib.

Onun sözlərinə görə, təxminən 1 həftə sonra mağazanın rəhbəri Gəncəli İsmayılov zəng edərək məsələ ilə tanış olub və bir həftə sonra pulu götürə biləcəyini bildirib. Lakin mağazaya getdikdə ona kassada bir sıra sənəd və kağızlara imza atmadığı halda pulun qaytarılmayacağı deyilib.

“Mən heç bir yerə imza atmayacağımı, qəbzimi və pulumu geri istədiyimi bildirdim. Kassada olan işçilər mühasibatlıqla əlaqə saxladılar və onlar da imzanın vacib olduğunu təsdiqlədilər. Qəbz və pul verilmədən mağazanı tərk etdim”, – deyə şikayətçi vurğulayıb.

Hazırda Fəqan İsmayılov məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi şikayət edib və cavab gözləyir.

Şikayətin sonunda o qeyd edir ki, “Karaca” mağazaları ilə bağlı bu tip problemlər davamlı xarakter alıb və bu, təkcə sıravi işçilərin deyil, rəhbərliyin də istehlakçıya yanaşma tərzindən xəbər verir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Gundemxeber.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məşhur türkiyəli müğənni İşın Karaca 6 ayda 26 kiloqram arıqladı: Sirrini açıqladı

    Məşhur türkiyəli müğənni İşın Karaca 6 ayda 26 ...

    22-04-2025, 22:20

  • 
  • ““Karaca” 3 aydır qaytardığım məhsulun pulunu vermir” - NARAZILIQ!

    ““Karaca” 3 aydır qaytardığım məhsulun pulunu ...

    29-03-2022, 13:52

  • 
  • "Zara" alıcısını peşma etdi - İş nazirliyə qədər getdi

    "Zara" alıcısını peşma etdi - İş ...

    24-05-2018, 12:25

  • 
  • FETÖ-nün axtarışda olan “Meksika imamı” saxlanılıb

    FETÖ-nün axtarışda olan “Meksika imamı” saxlanılıb ...

    19-10-2019, 12:53

  • 
  • Sərxoş aktrisa bunu etdiyi üçün oteldən qovuldu - FOTO

    Sərxoş aktrisa bunu etdiyi üçün oteldən qovuldu - ...

    14-11-2018, 14:10


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu