Gundemxeber.az » Ölkə » Mixael Şumaxerin yarış bolidi satışa çıxarılacaq

"Formula-1"in yeddiqat dünya çempionu Mixael Şumaxerin yarış bolidi yanvarın sonunda "Sotheby's" hərracında 5.5 milyon avrodan başlayan qiymətlə satışa çıxarılacaq.
Şumaxer "Ferrari F310B" sükanı arxasında 1997-ci ildə Belçika Qran-prisində eyniadlı komandanın tərkibində çıxış edib. Maşın "Spa-Frankoşam" trasında təsnifat yürüşləri zamanı istifadə olunub.
Lotun təsvirinə görə, avtomobil 1999-cu ildə bir qrup kolleksiyaçıya satılıb. O vaxtdan bəri maşın bir neçə dəfə istifadə olunub: ABŞ-dəki tədbirlərdə və 2019-cu ildə Böyük Britaniyada Şumaxerin 50 illiyi şərəfinə keçirilən "Goodwood Speed Festival"da sürülüb.
Bolid yanvarın 28-də hərraca çıxarılacaq. "Sotheby's" şirkəti onun 5.5 milyon avrodan 7.5 milyon avroya qədər məbləğə satılacağını gözləyir.

gundemxeber.com
16-08-2018, 15:13
16-01-2026, 09:09
27-04-2018, 14:22
27-03-2025, 16:36
17-06-2016, 18:51
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?