ABŞ-dən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş əməkdaşları olan üç İran vətəndaşı deportasiya edilib.
Gundemxeber.com xarici istinadən xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Departamenti məlumat yayıb.
"Hər üç şəxs 2019-cu ildə ABŞ Prezidenti Donald Tramp tərəfindən xarici terror təşkilatı elan edilən SEPAH-ın keçmiş əməkdaşıdır", - deyə departamentdən bildirilib.
Qeyd olunur ki, sözügedən şəxslər 2024-cü ildə ABŞ-yə qanunsuz yolla daxil olublar.
Ötən ilin dekabrında "The New York Times" qəzeti mənbələrə istinadən təxminən 2 000 İran vətəndaşının ABŞ-dən deportasiya oluna biləcəyini bildirmişdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?