GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İŞİD Azərbaycanda yenidən belə dirçəlir – DTX əməliyyatının üzə çıxardığı ACI GERÇƏK

İŞİD Azərbaycanda yenidən belə dirçəlir – DTX əməliyyatının üzə çıxardığı ACI GERÇƏK

Tarix: 28-01-2026, 22:17 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 9


Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) son əməliyyatı bir həqiqəti açıq şəkildə ortaya qoydu: İŞİD təhlükəsi aradan qalxmayıb, sadəcə səssizləşib və indi yenidən baş qaldırır. Bakının mərkəzində, xarici ölkə səfirliyinə qarşı planlaşdırılan terror aktının qarşısının alınması artıq təsadüfi radikallaşmış gənclərin yox, ideoloji cəhətdən hazırlanmış və beynəlxalq terror şəbəkəsi ilə əlaqəli bir hüceyrənin mövcudluğunu göstərir.

DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri zamanı Azərbaycan Respublikasının vətəndaşları – 2000-ci il təvəllüdlü, “Abu Zər əl-Mühacir” dini ləqəbli Quliyev İlqar İlham oğlu, 2005-ci il təvəllüdlü, “Abdurəşid” dini ləqəbli Piriyev Amin Elşad oğlu və 2005-ci il təvəllüdlü “Abdurrahman əl-Azəri” dini ləqəbli Əlizadə Elvin Sənan oğlunun dini düşmənçilik zəminində Bakı şəhərində xarici ölkənin səfirliyinə terror hücumu törətməyə hazırlıq görmələrinə əsaslı şübhələr yaranmışdır.

Saxlanılan şəxslərin İŞİD-in “Vilayəti-Xorasan” qolu ilə əlaqədə olması göstərir ki, bu təşkilat hərbi baxımdan məğlub edilsə də, ideoloji və təşkilati baxımdan hələ də yaşayır. Daha təhlükəlisi isə odur ki, bu ideologiya artıq əsasən gəncləri hədəf alır. 2000 və 2005-ci il təvəllüdlü şəxslərin terror planının icra mərhələsinə qədər gəlib çıxması onu göstərir ki, illərdir aparılan gizli radikallaşdırma prosesi artıq real təhlükəyə çevrilib.

Bu proses bir gündə başlamayıb. Azərbaycanda müəyyən dini çevrələrdə radikal, təkfirçi və xəvaric düşüncənin yayılması ilə bağlı siqnallar on ildən çoxdur ki, dolaşır. Xüsusilə “Ləzgi” məscidi ətrafında illərdir səslənən iddialar, 2014-cü ildən bəri rəsmi səviyyədə müzakirə olunan xəbərdarlıqlar, əslində, bugünkü təhlükənin ideoloji bünövrəsinin çoxdan qoyulduğunu göstərirdi. Lakin bu xətt nə tam dağıdıldı, nə də ideoloji baxımdan zərərsizləşdirildi.

Ən narahatedici məqamlardan biri isə radikal ideologiyanın illər boyu bəzən “maarifçilik”, bəzən “dini xidmət”, bəzən də “ziyarət təşkilatçılığı” adı altında yayılmasıdır. Əldə olan məlumatlara görə, Əlixan Musayev və onun xalası oğlu Mübariz Qarayev uzun illərdir Qafqaz Müsəlmanları İdarəsinin xətti ilə hər il təxminən 50 nəfərlik həcc kvotası alaraq zəvvar qrupları formalaşdırıblar və bu qruplara, əsasən, Mübariz Qarayev rəhbərlik edib. Maraqlıdır ki, açıq mənbələrdə Mübariz Qarayev barəsində vaxtilə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparıldığı və hətta həbsi ilə bağlı məlumatların yer aldığı da göstərilir.

Daha da düşündürücü olan odur ki, məhz bu qruplarla həcc ziyarətinə gedən bəzi zəvvarlar sonradan ciddi şikayətlər səsləndiriblər. Onların sözlərinə görə, həmin qruplarda radikal düşüncəli şəxslər olub, bu şəxslər Azərbaycan dövlətini və hətta Səudiyyə Ərəbistanı dövlətini açıq şəkildə “kafir” adlandırıb, bəzən isə dini baxımdan yolverilməz, təxribatçı ifadələr işlədiblər. Əgər bu iddialar doğrudursa, söhbət artıq tək-tək şəxslərin davranışından yox, həcc kimi həssas və nüfuzlu bir dini mərasimin ideoloji təsir alətinə çevrilməsi cəhdindən gedir.

Bu cür iddialar zəvvarların təhlükəsizliyi, dini mühitin sağlamlığı və ümumilikdə həcc təşkilatçılığında nəzarət mexanizmlərinin nə dərəcədə şəffaf və effektiv olması ilə bağlı ciddi ictimai suallar doğurur. Cəmiyyət haqlı olaraq soruşur: əgər bu xətt üzrə illərdir müxtəlif siqnallar mövcud idisə, niyə vaxtında bu prosesin qarşısı köklü şəkildə alınmadı?

Bu ideoloji yayım təkcə ziyarət qrupları ilə məhdudlaşmayıb. Dini kitab mağazaları, qeyri-rəsmi dərnəklər və qapalı söhbət çevrələri uzun müddət radikal düşüncənin ötürülmə kanalı rolunu oynayıb. İndiyə qədər aparılan əməliyyatlarda isə, əsasən, icraçı fiqurların məsuliyyətə cəlb olunması, şəbəkənin əsas beyin mərkəzlərinin kölgədə qalması problemi daha da dərinləşdirir.

DTX-nin qarşısını aldığı son terror planı göstərir ki, artıq söhbət potensial riskdən yox, real icra mərhələsinə keçmiş təhlükədən gedir. Saxlanılan şəxslər, böyük ehtimalla, bu zəncirin yalnız görünən həlqəsidir. Onları bu nöqtəyə gətirən ideoloji mərkəzlər, maliyyə kanalları və qoruyucu mexanizmlər isə hələ də tam şəkildə üzə çıxarılmayıb.
Əlixan Musayev, Mübariz Qarayev, Veysəl Orucov və digər radikal dini şəxslərin illərlə cəzasız qalmaları, rahat şəkildə zərərli ideologiya yayıcılığı etmələri bu tip ideologiyaların ayaq tutub yeriməsinin başlıca səbəbidir. Yəni hansısa radikal gənclərin həbs olunması hansısa təxribatın önününü kəsir, ancaq problemin kökü-baza yerində qaldıqca, sabahımız bu kimi təxribatlardan sığortalanmayıb. Ölkə daxilində və xaricində mədrəsələr açıb, azyaşlıları orta məktəbdən uzaqlaşdıranlar, ölkənin genefondunu dəyişmək üçün azərbaycanlı gənclərin ərəb qadınlarla evlənməsini təşviq edənlərin kökü kəsilməsə, hələ çox 20-25 yaşlı gənclərimizi terrora qurban verəcəyik.

Ən təhlükəli məqam ondan ibarətdir ki, bir tərəfdən dövlət radikal şəbəkələrə qarşı əməliyyatlar aparır, digər tərəfdən isə bu ideoloji xəttin bəzi daşıyıcıları illərlə rəsmi imkanlardan istifadə edərək və ya nəzarətdən yayınaraq fəaliyyət göstərə biliblər. Bu isə problemin təkcə hüquq-mühafizə yox, həm də institusional nəzarət məsələsi olduğunu göstərir.

Son əməliyyat, əslində, buz dağının yalnız görünən hissəsidir. Əgər bu şəbəkələrin ideoloji, təşkilati və maliyyə dayaqları kökündən sökülməsə, bu gün qarşısı alınan terror planlarının sabah daha təhlükəli formada geri qayıtmayacağına heç kim zəmanət verə bilməz. İŞİD ideologiyası məhv olmayıb, sadəcə formasını dəyişib və indi daha hiyləgər üsullarla cəmiyyətin içinə sızmağa çalışır.

Bu gün əsas sual artıq “kim saxlanıldı?” yox, “bu zehniyyət illərlə necə böyüdü, kimlər tərəfindən qorundu və hansı boşluqlardan istifadə etdi?” sualıdır. Çünki təhlükə hələ də qalır və ona yalnız kökündən yanaşma ilə son qoymaq olar./yenicag.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DTX əməliyyat keçirdi: terror hazırlayan şəxs məhv edilib

    DTX əməliyyat keçirdi: terror hazırlayan şəxs ...

    28-08-2017, 14:00

  • 
  • DTX xüsusi əməliyyat keçirdi, Əbu İbrahim Dağıstani və dəstəsi tutuldu

    DTX xüsusi əməliyyat keçirdi, Əbu İbrahim ...

    11-10-2019, 16:11

  • 
  • DTX-nın Xırdalan əməliyyatı: Terrorçuların evindən nələr çıxdı? - SİYAHI

    DTX-nın Xırdalan əməliyyatı: Terrorçuların ...

    26-10-2017, 14:00

  • 
  • DTX terrorçu dəstəni ifşa edib - müqavimət göstərən iki terrorçu məhv edilib

    DTX terrorçu dəstəni ifşa edib - müqavimət ...

    7-03-2018, 11:50

  • 
  • ​DTX növbəti antiterror əməliyyatı keçirib, daha 4 NƏFƏR SAXLANILDI

    ​DTX növbəti antiterror əməliyyatı keçirib, daha ...

    27-10-2017, 18:44


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu