GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Epşteynlə əlaqələr, korrupsiya, rüşvət: Erməni lobbisinin dəstəklədiyi konqresmenlərin adları qalmaqalda

Epşteynlə əlaqələr, korrupsiya, rüşvət: Erməni lobbisinin dəstəklədiyi konqresmenlərin adları qalmaqalda

Tarix: 9-02-2026, 12:33 Bölmə :Ölkə / Siyasət / Dünya Baxış: 3

ABŞ-də uzun müddət erməni lobbisi və diasporun təsiri, pulları hesabına fəaliyyət göstərən bəzi konqresmen və siyasətçilər Azərbaycanın haqlı mövqeyini nəzərə almadan qərəzli mövqe nümayiş etdiriblər.

Gundemxeber.com "Report"a istinadən xəbər verir ki, onlar rüşvət, lobbi pulları və digər maliyyə təsirləri hesabına Ermənistanın maraqlarını müdafiə ediblər və beynəlxalq platformalarda Azərbaycanın haqlı səsini eşitməzlikdən gəliblər.

Bu şəxslərin mövqeləri Dağlıq Qarabağ və digər region məsələlərində qərəzli çıxışlarla, bəzi beynəlxalq tədbirlərdə isə Azərbaycanın haqqını müdafiə edən təşəbbüslərin qarşısını almaqla özünü göstərib. Həmin şəxslərin çirkin əməllərinin bununla da bitmədiyi "Epşteyn sənədləri"nin yayılması ilə də üzə çıxıb. Bu da öz növbəsində erməni lobbisinə yaxınlığı ilə seçilən şəxslərin bütün əməllərinin çirkin olması, pula hərislik və korrupsiya üzərində qurulmasını bir daha sübut etdi.

Konqresmen Adam Şiff

ABŞ Konqresində uzun illərdir Ermənistan lobbiləri ilə yaxınlığı ilə seçilən Adam Şiff Azərbaycanla bağlı məsələlərdə ardıcıl olaraq qərəzli mövqe nümayiş etdirib. O, 907-ci düzəlişin tətbiqinin bərpasını açıq şəkildə dəstəkləyən, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü görməzlikdən gələn və Qarabağ münaqişəsinə dair birtərəfli narrativləri təkrarlayan siyasətçilərdən biridir. Şiffin çıxış və təşəbbüslərində humanitar dəyərlər ritorik səviyyədə qabardıldığı halda, işğal faktı, etnik təmizləmə və beynəlxalq hüququn əsas prinsipləri sistemli şəkildə kənarda saxlanılır. Maraqlıdır ki, bu siyasətçinin Ceffri Epşteynlə 256 elektron məktubu aşkar edilib. Adı bir neçə dəfə əxlaqsızlıq və seksual qalmaqallarda hallanan Şiffin Epşteyn kimi cani ilə əlaqəli olması heç də təəccüblü deyil. Çünki o, Qərbi Hollivuddakı "The Standard" hotelində hansısa seksual insidentdə iştirak edib, demokratların böyük donoru olan Ed Bakın (Ed Buck) evində bir neçə nəfərin dozadan artıq narkotik maddə qəbul edərək ölməsi ilə bağlı qalmaqal zamanı onlardan rüşvət alıb.


Bundan əlavə, bir sıra internet resurslarında Adam Şiffin 78 dəfə Epşteynin şəxsi adasına (Little St.James) getdiyi də bildirilir. Həm də sosial şəbəkələrdə Şiffin Epşteynlə çəkilən fotoları da yayılmaqdadır. Bu faktlar işığında söyləmək olar ki, uzun illər özünü etik dəyərlərin müdafiəçisi, şəffaflıq və məsuliyyət tərəfdarı kimi təqdim edən siyasətçinin adının bu tip qalmaqallı kontekstdə hallanması onun mənəvi üstünlük iddialarını ciddi şəkildə zədələyir. Belə bir ssenaridə Şiffin yalnız daxili siyasi mövqeyi deyil, beynəlxalq məsələlər üzrə verdiyi qiymətlər, digər dövlətlərə yönəltdiyi tənqidlər və "dəyər əsaslı" çıxışları da legitimlik baxımından sual altına düşür.

Konqresmen Bred Şerman

Bred Şermanın Azərbaycanla bağlı mövqeyi isə açıq siyasi fəaliyyət və çıxışlarla sübut olunur. O, Qarabağ münaqişəsi ilə bağlı çıxışlarında Ermənistanın maraqlarına uyğun, birtərəfli ritorika nümayiş etdirib və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü görməzlikdən gəlib. Şerman "humanitar narahatlıq" və "insan haqları" kimi mövzuları qabartsa da, Ermənistanın işğal siyasəti və BMT Təhlükəsizlik Şurasının qətnamələri sistemli şəkildə diqqətdən kənarda saxlanılıb. Eyni zamanda 907-ci düzəlişin saxlanması və sərtləşdirilməsi istiqamətində təşəbbüsləri ABŞ-nin regionda balanslı və obyektiv siyasət yürütməsi imkanlarını məhdudlaşdırır. Bu yanaşma onun fəaliyyətində lobbi təsirinin, ikili standartların və qərəzli selektiv ritorikanın açıq təzahürü kimi qiymətləndirilə bilər. Maraqlıdır ki, onun da adı Epşteyn qalmaqalında keçir. Özünü ali dəyərlərin təmsilçisi sayan bu şəxs 2025-ci ilin noyabr ayında təyyarədə telefonunda "X" sosial şəbəkəsinin "For You" bölməsində "Epşteyn sənədləri" və uyğunsuz görüntülərlə bağlı paylaşımlara baxması ciddi qalmaqala səbəb olmuşdu. Şerman sonradan bunu alqoritmlərlə izah etməyə çalışsa da, əslində bu açıqlama da biabırçılıq və fiaskodan başqa bir şey deyildi. Çünki alqoritmlər maraqlandığın və tez-tez baxdığın kontenti sənin qarşına çıxarır. Bundan əlavə, 2018-ci ildə də Şermanın ofisində çalışan bir işçi ilə də seksual xarakterli qanunsuzluqda ittiham olunması da bilinən faktlardandır.

Konqresmen Frenk Pallone

Frenk Pallone Azərbaycanla bağlı məsələlərdə ardıcıl olaraq birtərəfli və qərəzli mövqelər nümayiş etdirib. O, Qarabağ münaqişəsi ilə bağlı çıxışlarında Ermənistanın maraqlarına uyğun ritorika sərgiləyib və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü nəzərə almadan qərar və təşəbbüsləri dəstəkləyib. Pallone həmçinin 907-ci düzəlişin tətbiqinin saxlanması və sərtləşdirilməsi kimi təşəbbüslərə dəstək verərək, ABŞ-nin regionda balanslı siyasət yürütməsi imkanlarını məhdudlaşdırıb. Onun çıxış və təşəbbüslərində "humanitar narahatlıq" və "insan haqları" vurğulansa da, Ermənistanın uzunmüddətli işğal siyasəti və yüz minlərlə azərbaycanlının hüquqlarının pozulması sistemli şəkildə diqqətdən kənarda saxlanılıb, bu da Pallonenin fəaliyyətində lobbi təsirinin və ikili standartların açıq təzahürü kimi qiymətləndirilir. Bu konqresmenin də adı "Epşteynin müştəri siyahısı"nda hallanır. Bir sıra internet platformaları yazır ki, "Epşteynin 2 000-dən çox tanışı" siyahısında Pallonenin adı xüsusilə qeyd edilir. Həm də Frenk Epşteyndən ianələr də alıb və bu barədə də media resurslarında kifayət qədər məlumat var.

Pallonenin seçki kampaniyasını maliyyələşdirən bəzi böyük donorlar eyni zamanda Epşteynin yaxın çevrəsinə daxil olublar. Bu, "dolayı maliyyə əlaqəsi" kimi təqdim olunsa da, əslində söhbətin nədən getdiyini siyasətdən anlayışı olan şəxslər yaxşı anlayırlar. Bundan əlavə, Pallonenin Nyu-Cersi ştatındakı nüfuzu sayəsində Epşteynlə əlaqəli bəzi şəxslərin yerli səviyyədə qorunduğu da bilinir. Həm də bir sıra nüfuzlu jurnalistlər qeyd edirlər ki, Frenk Epşteynlə bağlı sənədlərin açılmasına mane olan konqresmenlərdəndir.

Konqresmen Robert Menendez

Robert Menendez uzun illər ABŞ Senatında region siyasətində açıq şəkildə qərəzli və birtərəfli mövqelər nümayiş etdirib. O, Azərbaycanın beynəlxalq tanınmış ərazi bütövlüyünü nəzərə almadan Ermənistanın maraqlarına uyğun təşəbbüsləri dəstəkləyib və münaqişə ilə bağlı çıxışlarında Azərbaycanın haqlı diplomatik və humanitar arqumentlərini görməzdən gəlib. Menendez ABŞ-nin maliyyə, müdafiə və diplomatik resurslarını regionda selektiv şəkildə istifadə etməyi təşviq edərək Azərbaycanın strateji maraqlarına zidd mövqe tutub. Onun çıxışları və açıqlamalarının lobbi və xarici təsir qüvvələrinin təzyiqi altında formalaşması artıq dəfələrlə sübut edilib. Adı bir sıra korrupsiya qalmaqallarında hallandırılan Menendezin də "Epşteyn işi" ilə bağlı kifayət qədər ciddi "çəkisi" var. Məsələn, vaxtilə sevgilisi olan Gvendolin Bek adlı qadın Epşteyn üçün də çalışıb. Bu qadın Epşteynin çevrəsinə yaxın olub və bəzi qaynaqlarda onun Epşteyn üçün "fiksator" (insan toplayan) kimi çalışdığı iddia qeyd edilir. Yəni konqresmen sevgilisi vasitəsilə Epşteynlə daim əlaqədə olub.

Bundan əlavə, Menendezin ən yaxın dostu və donoru olan göz həkimi Salomon Melgenin Dominikan Respublikasında özəl villası və şəxsi təyyarəsi var idi. 2013-cü ildəki qalmaqalda Menendezin Melgenin təyyarəsi ilə Dominikan Respublikasına gedərək orada "parti"lərdə iştirak etdiyi bildirilirdi. Söhbət konqresmenin azyaşlılarla cinsi əlaqədə olmasından gedir.

Epşteynin də Dominikan Respublikasına marağı olduğunu nəzərə alsaq, küləyin haradan əsdiyini anlayarıq. Konqresmenin Salomon Melgenin şəxsi təyyarəsi ilə Beki gəzintiyə çıxarması faktı da Melgen və "Epşteyn şəbəkəsi"nin kəsişmə nöqtəsi sayılır.

İnternetdə və bəzi podkastlarda (məsələn, "The Epstein Chronicles") Menendez və Epşteynin eyni qadınlarla münasibətdə olduğunu iddia edən "eskimo brothers" ifadəsi işlədilir. Menendezin bəzi hüquqi məsələlərində adı keçən şəxslərin vaxtilə Epşteynin və ya onun yaxın tərəfdaşlarının hüquqlarını müdafiə edən firmalarda çalışması da bu iddiaları daha da gücləndirir. Məsələn, vəkil Ceffri Smit.

Amma ötən il Menendezin korrupsiya, Misir və Qətər üçün qeydiyyatsız xarici agent kimi işləmək ittihamları ilə 11 il müddətinə azadlıqdan məhrum edilməsi göstərdi ki, ədalət qələbə çalır və Epşteyn kimi şəbəkə ilə əlaqəli olması da onu xilas edə bilməyib.

Devid C.Kramer

Amerikalı diplomat və xarici siyasət eksperti olan bu şəxs Azərbaycanın ərazi bütövlüyü və suverenliyini görməzlikdən gələn açıqlamaları və analizləri ilə tanınır. O, tez-tez Qarabağ münaqişəsi ilə bağlı saxta və uydurma iddialar irəli sürərək, Ermənistanın mövqeyini ön plana çıxarır və Azərbaycanın haqlı arqumentlərini sanki görməməzlikdən gəlir. Kramerin çıxış və yazılarında humanitar və demokratik narahatlıqlar ön plana çəkilsə də, bu ritorika selektiv və ermənipərəst şəkildə formalaşdırılır; faktiki işğal və hüquq pozuntuları nəzərə alınmır. Maraqlıdır ki, bu şəxsin də adı Epşteyn işində hallanır və xüsusin də siyasi institutlara və beyin mərkəzlərinə sızma cəhdlərində alət kimi istifadə edildiyini üzə çıxarır. Məsələn, Epşteynin 2014-cü ildə McCain İnstitutuna (Arizona Dövlət Universiteti nəzdində) 1 milyon dollar bağışladığı barədə məlumatlar yayılmışdı.

"The Guardian" kimi mənbələr təsdiqləyir ki, bu məbləğ faktiki olaraq köçürülüb. Kramer həmin vaxtlarda bu institutda yüksək vəzifə tuturdu və sonradan baş direktor oldu. Epşteynin bu ianələri etməkdə məqsədi, 2008-ci ildəki ilk məhkumluğundan sonra özünü yenidən "xeyriyyəçi" və "elita dostu" kimi təqdim etmək idi. Kramer kimi nüfuzlu diplomatların rəhbərlik etdiyi institutlara pul verərək, o, bu şəxslərin beynəlxalq əlaqələr şəbəkəsinə dolayı yolla daxil olmağa çalışırdı. McCain İnstitutu insan alveri ilə mübarizə proqramları həyata keçirirdi. Epşteynin (özü bir insan alverçisi ola-ola) bu proqramları maliyyələşdirməsi, Kramerin rəhbərlik etdiyi qurumu "ikili standartlarda" ittiham etmək üçün əsas sayıla bilər. İnstitut rəhbərliyi, o cümlədən Kramer, bu pulun birbaşa Epşteyndən deyil, onun fondundan gəldiyini və həmin vaxt onun cinayətlərinin bu dərəcədə ağır olduğunun bilinmədiyini iddia edirlər. Amma keçmişi kəşfiyyatçı olan Kramerin Epşteynin kim olduğunu bilməməsi həm qeyri-mümkündür, həm də absurddur. Bu siyasətçinin rəhbərlik etdiyi və strategiyasını müəyyən etdiyi qurumun Epşteyn pulları ilə maliyyələşməsi onun əsl xislətini ortaya qoyur.

Nəticə olaraq, Azərbaycan əleyhinə qərəzli mövqe tutan siyasətçilərin adlarının "Epşteyn sənədləri"ndə hallandırılması onların region siyasətində birtərəfli və selektiv davranışlarını ortaya qoyur. Adam Şiff, Bred Şerman, Frenk Pallone, Robert Menendez və David C. Kramer yalnız Azərbaycanın haqlı maraqlarını nəzərə almamaqla qalmayıb, həm də erməni diasporu və lobbi təşkilatlarının təsiri altında fəaliyyət göstərərək Ermənistanın maraqlarını dəstəkləyiblər. Onların bu əlaqələri rüşvət, lobbi pulları və digər maliyyə təsirləri ilə möhkəmlənmiş, bu isə beynəlxalq platformalarda Azərbaycanın haqlı səsini eşitməzlikdən gəlmələrinə gətirib çıxarıb. Uzun illərdir özlərini etik, şəffaf və məsuliyyətli kimi təqdim etmələrinə baxmayaraq, ortaya çıxan faktlar onların rüsvayçılığını, mənəvi deqradasiyasını və siyasətdə tərəfkeşliyini açıq şəkildə göstərir. Belə yanaşma yalnız şəxsi mənfəət və lobbi maraqlarına xidmət etməklə qalmır, həm də regiondakı ədalətli və balanslı siyasətin önünə ciddi əngəl yaradır.


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hikmət Hacıyev: "ABŞ Konqresindəki bəzi şəxslər tamamilə erməni lobbisinin əsirliyi altındadır"

    Hikmət Hacıyev: "ABŞ Konqresindəki bəzi ...

    21-07-2020, 12:37

  • 
  • ABŞ-dakı erməni lobbisi Azərbaycana hərbi yardım ayrılmamasına çalışır

    ABŞ-dakı erməni lobbisi Azərbaycana hərbi yardım ...

    20-07-2020, 15:33

  • 
  • Erməni lobbisi Türkiyəyə qarşı: - Qətnamə təqdim edildi

    Erməni lobbisi Türkiyəyə qarşı: - Qətnamə təqdim ...

    19-10-2020, 15:24

  • 
  • Erməni lobbisi çoxlu pullar xərcləyərək çarəsizlikdən yalnız kloun siyasətçiləri Dağlıq Qarabağa gətirə bilir - XİN

    Erməni lobbisi çoxlu pullar xərcləyərək ...

    30-08-2018, 12:06

  • 
  • Azərbaycan ABŞ-dakı erməni lobbisinin Pakistana hücumlarını pisləyib

    Azərbaycan ABŞ-dakı erməni lobbisinin Pakistana ...

    9-03-2021, 10:06


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu