Gundemxeber.az » Ölkə » Abşeron tarixini silmək məqsədi ilə tarixi qəbirləri dağıdırlar - FOTOFAKTLAR






Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini işləmiş cənab Ədələt Vəliyevin 1822/09 saylı 01 iyul 2008-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ-torpaq massivində, 4483 nömrəli bağın cənubi-qərbində yerləşən tarixi ərazidə aşkar olunmuş XVIII-XIX əsrlərə aid olan qəbir, qədim insan məskəni və kurqan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyində hazırlanan “Yeni aşkar olunmuş tarix və mədəniyyət abidələri”nin siyahısına daxil edilmişdir. Nazir müavininin diqər 3228/09 saylı 03 dekabr 2008-ci il tarixli məktubu ilə, Kürdəxanı qəsəbəsi, Ləhiş bağ massivinin, 4483 saylı bağın yaxınlığında Seyid Məhəmməd Məşədi Məhəmməd oğlunun qəbri “Yeni aşkar olunmuş tarix və mədəniyyət abidələri”nin siyahısına daxil edilməsi bildirilmişdir.
Çoxsaylı təsdiq olunmuş elmi rəylər ola-ola şəxsi maraqlarını, dövlət maraqlarından üstün tutaraq Abşeron tarixinin sifarişlə izini silmək üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini Rauf Axundov, Bakı Regional İdarəsinin rəisi Emin İbrahimov və AMEA-nın prezidenti İsa Həbibbəylinin qanunsuz göstərişi ilə Fərhad Quliyev şəxsi maraqlarını dövlət maraqlarından üstün qarşılarına məqsəd qoymuşlar. Bu vəzifəli şəxslərin etdikləri zanunazidd hərəkətlər (hərəkətsizliklər) Azərbaycan Respublikasının Konstitusiyasına və “Tarix mədəniyyət abidələrinin qorunması haqında” Azərbaycan Respublikasının qanununa ziddir. Bu vəzifəli şəxslər etdikləri qanunsuz hərəkətlərinə görə məsuliyyətə cəlb olunmalıdırlar.




























4-03-2024, 17:11
11-08-2025, 14:27
19-06-2013, 15:34
5-11-2014, 19:04
4-10-2020, 23:23
| « Avqust 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 | ||||||
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?