GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Beautytime” rəhbəri ilə bağlı iki bloqerdən ağır ittihamlar – yüz minlərlə manatlıq zərər iddiası

“Beautytime” rəhbəri ilə bağlı iki bloqerdən ağır ittihamlar – yüz minlərlə manatlıq zərər iddiası

Tarix: 12-02-2026, 12:46 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 3

“Beautytime” rəhbəri ilə bağlı iki bloqerdən ağır ittihamlar – yüz minlərlə manatlıq zərər iddiasıMəlumata görə bloqerlər sosial platformalarda “Fidan Zeyn” kimi tanınan Fidan Rzayeva və “Azerina” kimi tanınan Əfsanə Qasımlı Bakıda fəaliyyət göstərən “Beautytime” gözəllik salonları şəbəkəsinin sahibi Könül Həmzəyeva tərəfindən aldadıldıqlarını iddia ediblər.

İddialara görə, ilk olaraq “Fidan Zeyn”ə Könül Həmzəyeva tərəfindən birgə gözəllik salonu açmaq təklifi olunub və tərəflər razılığa gəliblər. Bloqerin sözlərinə görə, layihəni reallaşdırmaq məqsədilə şəxsi avtomobilini satıb və ümumilikdə salonun açılması üçün 150.000 manat vəsaiti Könül Həmzəyevaya təqdim edib.

Fotoda Fidan Rzayeva (Bloqer “Fidan Zeyn)

”Fidan Zeyn” bildirir ki, salon fəaliyyətə başladıqdan sonra qazancın bölgüsü məsələsi gündəmə gəldikdə müxtəlif bəhanələrlə prosesdən yayınma halları başlayıb. Onun iddiasına əsasən, gah iş dəftərinin itdiyi, gah da ailəvi problemlərin olduğu əsas gətirilərək hesablaşma təxirə salınıb.

Fotoda Könül Həmzəyeva

Məsələni araşdırdığını deyən bloqer salon üçün alındığı bildirilən lazer aparatının belə kirayə götürüldüyünü iddia edir. Həmçinin, 150.000 manat vəsaitdən obyektin kirayəsi üçün illik 96.000 manat ödənilməli olduğu bildirilməsinə baxmayaraq, kirayənin aylıq qaydada ödənildiyi ortaya çıxıb. “Fidan Zeyn” ümumilikdə biznesin qurulmasına təxminən 20.000 manat xərcləndiyini aşkar etdiyini bildirir. O, pulunu geri tələb etdikdə isə hədə-qorxu və şantajla üzləşdiyini vurğulayır.

Digər bloqer “Azerina” isə bir neçə epizod üzrə aldadıldığını iddia edir. Onun sözlərinə görə, Könül Həmzəyeva xarici ölkədən 120.000 manat dəyərində avtomobil gətirəcəyini vəd edərək ondan ilkin olaraq 100.000 manat alıb. Bir müddət sonra avtomobilin çatdığını bildirərək qalan məbləğin ödənilməsini tələb edib.

Fotoda Əfsanə Qasımlı (Bloqer “Azerina”)

“Azerina” razılaşmaya əsasən qalan 20.000 manatı avtomobil ölkəyə daxil olduqdan sonra ödəyəcəyini bildirsə də, sonradan avtomobilin qiymətinin 120.000 manat deyil, 120.000 avro olduğu deyilib. İddialara görə, bu məbləğ ödənilmədiyi təqdirdə əvvəl verilmiş 100.000 manatın batacağı bildirilib. Nəticədə borca girərək tələb olunan vəsaiti ödədiyini deyən bloqer qeyd edir ki, avtomobil ölkəyə gətirilsə də, sənədlər ona təqdim edilməyib. Sonradan məlum olub ki, sifariş edilən şirkətə ödəniş tam həyata keçirilmədiyi üçün nəqliyyat vasitəsi rəsmi şəkildə təhvil verilməyib.

“Azerina”nın digər iddiası isə təhsil məsələsi ilə bağlıdır. Onun sözlərinə görə, Bakı-Slavyan Universitetinə yüksək balla qəbul olunub və 3-cü kursda təhsil aldığı müddətdə Könül Həmzəyeva tərəfindən diplomun gələcəkdə tanınmayacağı bildirilib. İddiaya əsasən, 50.000 manat müqabilində onun Bakı Dövlət Universitetinə transfer edilə biləcəyi vəd olunub. Təkliflə razılaşan “Azerina” öz ərizəsi ilə əvvəlki universitetdən imtina etdiyini, lakin vəsaitin verilməsinə baxmayaraq transfer prosesinin baş tutmadığını bildirir. Nəticədə ali təhsilini yarımçıq qoymaq məcburiyyətində qaldığını qeyd edir.

Hər iki bloqer məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdiklərini bildiriblər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsində istintaq araşdırması aparılır və məsələnin təfərrüatlarına uyğun olaraq əmələ hüquqi qiymət veriləcəyi bildirilib./patrul.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev Fidan Qasımovanı qəbul edib - FOTO

    Prezident İlham Əliyev Fidan Qasımovanı qəbul ...

    16-06-2017, 12:09

  • 
  • Kreml Putin-Fidan görüşünün bəzi detallarını açıqlayıb

    Kreml Putin-Fidan görüşünün bəzi detallarını ...

    27-05-2025, 20:05

  • 
  • Türkiyəyə qadın aparan Fidanın dəhşətli - Əməlləri üzə çıxdı/Foto

    Türkiyəyə qadın aparan Fidanın dəhşətli - ...

    30-10-2018, 12:10

  • 
  • Tanınmış müğənni qəza törədib, hadisə yerindən qaçdı – Təfərrüat

    Tanınmış müğənni qəza törədib, hadisə yerindən ...

    2-07-2018, 17:19

  • 
  • Dövlətə xəyanətdə ittiham olunan 21 yaşlı qızla bağlı ekspertiza rəyi AÇIQLANDI - VİDEO

    Dövlətə xəyanətdə ittiham olunan 21 yaşlı qızla ...

    29-05-2024, 17:05


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu