GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Britaniyada tanınmış sahibkarla baş nazir arasında fikir ayrılığı: Miqrantlarla bağlı məsələ qalmaqal yaratdı

Britaniyada tanınmış sahibkarla baş nazir arasında fikir ayrılığı: Miqrantlarla bağlı məsələ qalmaqal yaratdı

Tarix: 13-02-2026, 13:03 Bölmə :Ölkə / Cəmiyyət / Dünya Baxış: 73

Zülfüqarlıların avtomobili ilə ölüm işi-Ramiz Mehdiyevin qardaşı oğlu hansı qərarı verəcək?
Bu gün Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şükür Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. O, ötən il yanvarın 22-də Nizami rayonu ərazisində, Neftçilər metrostansiyasının yaxınlığında idarə etdiyi “Tofaş Doğan” markalı 10-MR-644 dövlət nömrə nişanlı avtomobillə piyada keçidi üzərində 33 yaşlı Pirizadə Günay Əli qızını vuraraq öldürməkdə təqsirləndirilir.

Ona qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması – cinayət əməlinin tövsifedici əlaməti qismində zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham irəli sürülüb. Bu əmələ görə üç ilədək müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

Qeyd edək ki, mərhum G. Pirizadə Suraxanı rayonu 278 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edib. Hadisədən bir ildən artıq vaxt ötməsinə baxmayaraq, məhkəmə hökmü elan olunmayıb. Təqsirləndirilən Şükür Məmmədov barəsində isə 21 aprel 2025-ci il tarixdə məhkəmə tərəfindən polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və o, bu müddətdə azadlıqda olub.

Bugünkü prosesdə təqsirləndirilən tərəfin verdiyi vəsatət müzakirə olunub. Hakim N. Mehdiyev tərəfləri dinlədikdən sonra müşavirəyə gedib və vəsatətin təmin olunmadığını bildirib. O, sənədlərin tədqiqini elan edib və cinayət işində olan sənədlər barədə məlumat verib.

Daha sonra təqsirləndirilənin vəkili zərərçəkənə barışıq təklif etdiyini və bunun yüngülləşdirici hal olduğunu deyib. O, Ş. Məmmədovun prosesə gətirdiyi 20 min manatı təqdim edib. Onun bu hərəkəti isə qarşı tərəfin kəskin etirazına səbəb olub. Mərhumun hüquqi varisi Ə. Məmmədrzayev ondan gətirdiyi pulu yığışdırmağı tələb edib: “Bizim heç nəyə ehtiyacımız yoxdur. Mən sənə 200 min manat gətirərəm, övladımı geri gətirə bilərsənmi?” – deyə qarşı tərəfin vəkilinə sual edib. Hakim tərəfləri sakitləşdirib.

Daha sonra dövlət ittihamçısı Süleyman Atakişiyev çıxış edib. O, prokurorluq orqanlarında 16 ildən artıq xidmət etdiyini və bu müddətdə çoxlu sayda cinayət işlərində dövlət ittihamını müdafiə etdiyini vurğulayıb: “Hörmətli hakim, bu müddət ərzində mən ilk dəfədir zərərçəkənin bu qədər ürək yanğısı ilə, böyük ağrı ilə yaşadığını görürəm. Əlbəttə, işimizin gərəyi biz hadisələrə soyuqqanlı, ədalətli yanaşmalıyıq, hisslərimizi büruzə verməməliyik. Amma mən mərhumun atasının keçirdiyi acıları qeyd etməyi özümə borc bildim”.

Dövlət ittihamçısı təqsirləndirilən Ş. Məmmədovun məhkəmə zalında həbs edilməsini, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Mərhum Günay Pirizadənin atası Əli Məmmədrzayev isə hakimdən ədalət tələb etdiyini bildirib: “Hörmətli hakim, qızım dünyasını dəyişdi, amma inanın ki, biz də yaşamırıq. Mənim və anasının günü qəbiristanlıqda, onun məzarının yanında oturmaqla keçir. Mənim 67 yaşım var, müəlliməm, həyat yoldaşım da müəllimədir. Biz 33 ildə övladımızı min bir əziyyətlə, halal zəhmətlə böyütmüşük, qəpik-qəpik yığıb təhsil vermişik. Biz yalnız dövlətdən ədalət istəyirik. Tələb edirik ki, Şükür Məmmədova elan olunan maddə üzrə nəzərdə tutulan maksimum cəza verilsin. Əgər ədalət təmin olunmazsa, mən bütün instansiyalara, ölkə başçısına, Avropa Məhkəməsinə müraciətlər edəcəyəm, durmayacağam, dayanmayacağam…”

Zərərçəkmişin hüquqi nümayəndəsi Əli Məmmədrzayevin vəkili Rəşad Əliyev də təqsirləndirilən şəxsin ittihamlarının tam təsdiq olunduğunu deyərək, ona ağır cəza təyin edilməsini xahiş edib. Təqsirləndirilənin vəkilləri və özü isə hakimdən bəraət qərarı çıxarılmasını xahiş ediblər. Buna əsas kimi hadisənin qəsdən törədilməməsi, Ş. Məmmədovun yaşı, xəstəliyi, həyat yoldaşının vəfat etməsi göstərilib.

Gözlənilirdi ki, hakim cinayət işi üzrə hökm oxuyub, prosesi yekunlaşdıracaq. Amma N. Mehdiyev hökmün sabah saat 11:10-da elan olunacağını bildirib.

Qeyd edək ki, cinayət işinə baxan hakim Nəriman Mehdiyev AMEA-nın keçmiş prezidenti, hazırda dövlət çevrilişinə cəhd və s. maddələrlə mühakimə olunan Ramiz Mehdiyevin qardaşı oğludur. Maraqlı məqamlardan biri isə Günay Pirizadənin ölümünə səbəb olan avtomobilin məşhur oliqarx Nürəddin Zülfüqarlının oğlu Zülfüqar Zülfüqarlıya məxsus olmasıdır. Bu fakt ittiham aktında yer alıb, qeyd olunur ki, Ş. Məmmədov avtomobili etibarnamə əsasında idarə edib. Əldə etdiyimiz məlumata görə, təqsirləndirilən şəxs Nürəddin Zülfüqarlının qaynı, avtomobilin sahibi Z. Zülfüqarlının isə dayısıdır
Xatırladaq ki, Zülfüqarlılardan daha biri – “Bakıpoladtökmə ASC”nin sahibi olmuş Loğman Zülfüqarlı Cinayət Məcəlləsinin 178-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə təqsirləndirilərək həbs edilib və bir müddət həbsxana həyatı yaşayıb.
Zərərçəkən Əli Məmmədrzayev bildirib ki, Ş. Məmmədov və onun yaxınları mövqelərindən, imkanlarından istifadə etməklə müxtəlif qanunsuz yollarla istintaqa və məhkəməyə təsir göstərməyə cəhd etsələr belə, o, bu səylərin səmərəsiz olacağına inanır və Azərbaycan məhkəmələrinin ədalətinə güvənir./“AzPolitika.info”/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Avtoxuliqanlara qarşı cəzalar sərtləşdiriləcək

    Avtoxuliqanlara qarşı cəzalar sərtləşdiriləcək ...

    27-08-2013, 14:11

  • 
  • Şəhid qızını avtomobillə vuraraq öldürən iş adamının oğlunun həbs müddəti artırılıb

    Şəhid qızını avtomobillə vuraraq öldürən iş ...

    30-01-2018, 16:50

  • 
  • Şəkidə piyadanı vuraraq öldürən sürücünün istintaqı başa çatıb

    Şəkidə piyadanı vuraraq öldürən sürücünün ...

    15-07-2019, 10:58

  • 
  • Şəhid qızını maşınla vuraraq, öldürən iş adamının oğluna hökm oxundu: o, bir maddə ilə bəraət aldı

    Şəhid qızını maşınla vuraraq, öldürən iş adamının ...

    4-05-2018, 14:09

  • 
  • Piyadanın ölümünə səbəb olan sürücü azadlığa buraxıldı — Məhkəmə qərarı

    Piyadanın ölümünə səbəb olan sürücü azadlığa ...

    19-02-2018, 12:47


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu