GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi - Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı…

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi - Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı…

Tarix: 17-02-2026, 10:43 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 5

Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi - Tahir Qarayev, Etibar Əyyub, Ədalət Kazımlı…
Qərbin sanksiyalarına baxmayaraq, Rusiya neft ixracından gəlir əldə etməyə davam edir və bu gəliri özünün aqressiv hərbi fəaliyyətlərini maliyyələşdirmək üçün istifadə edir...

Gundemxeber.com xəbər verir ki, bu barədə məlumat verən UNIAN bildirir ki, Avropa Birliyinin sanksiya siyahısına daxil edilməsi planlaşdırılan təşkilatlardan biri də “Coral Energy” Rusiya neft sektoru ilə sıx əlaqəli şirkətlər şəbəkəsinə daxildir. “Coral Energy” şirkəti Tahir Qarayev tərəfindən 2010-cu ildə təsis edilib. 2023-cü ilin may ayına qədər Qarayev şirkətin səhmlərinin 100%-nə mürəkkəb korporativ struktur vasitəsilə sahib olub. Onun holdinq şirkəti Novus Middle East DMCC (BƏƏ), Vetus Investments Limited (BƏƏ) vasitəsilə “Coral Energy” şirkətinə nəzarət edirdi. Lakin Qərbin sanksiyalarından yayınmağa kömək edən şirkətlərə artan təzyiq altında Qarayev Novus Middle East DMCC səhmlərinin 60%-ni “Coral Energy” rəhbərliyi tərəfindən idarə olunan “Pura Vida Holding Limited” (BƏƏ) şirkətinə ötürüb. Maraqlıdır ki, bu təşkilatın əsas menecerlərindən biri Qarayevin qohumu Anar Mədətlidir. Lakin 2024-cü ilin iyul ayında səhmlərin rəsmi şəkildə ötürülməsinə baxmayaraq, Qarayev “Coral Energy” şirkətini etibarnamələr vasitəsilə idarə etməyə davam edir.

Ukrayna Gələcək İnstitutunun həmtəsisçisi və iqtisadi proqramlar direktoru Anatoli Amelin qeyd edir ki, Qarayev Kremlin əsas “meneceri”, qanunsuz Rusiya prezidenti Vladimir Putinin “kölgə donanması” və “kölgə neft dollarları” üçün işləyir. Onun sözlərinə görə, “Coral Energy” şirkətinin təsisçisi və direktoru ofşor şirkətlər şəbəkəsi vasitəsilə çoxsaylı törəmə müəssisələrə sahibdir və Rusiya hakimiyyəti ilə, xüsusən də “Rosneft” şirkətinin baş direktoru İqor Seçinlə sıx əlaqələr saxlayır.

Şəxslər və onların aktivləri arasındakı əlaqələr göz qabağındadır: Tahir Qarayev və Anar Mədətli əsl sahiblərini gizlətmək üçün müxtəlif şəxslər tərəfindən rəsmi olaraq nəzarət edilən “Coral Energy” və “Polar Energy” şirkətlərini idarə edirlər; Ədalət Kərimov və Əhməd Kərimov “Coral Energy” şirkətinin əməliyyatlarını əlaqələndirməklə məşğuldurlar. Rusiyanın enerji aktivləri üzərində dövlət nəzarəti ilə əlaqəli əsas fiqurlardan biri olan İqor Seçin beynəlxalq sanksiyalardan yayınmaq üçün “Coral Energy” şirkətindən istifadə edir. Bu, həm sanksiyalara, həm də cinayət məsuliyyətinə cəlb edilməli olan əsas şəxslərin kifayət qədər əhatəli siyahısıdır. Amma dünya və Ukrayna onları çətinliklə görür.

Araşdırma müəllifi sanksiyalara baxmayaraq, Rusiyaya neft ticarətində kömək edən bir sıra şirkətləri aşkar edib. Bunlara Voliton DMCC, Pontus Trading DMCC, Nord Axis Ltd, Polar Energy SA və Alpen Energy MMC daxildir. Amelin qeyd edib ki, Qarayev Ukrayna Prezidenti Zelenski və ABŞ tərəfindən sanksiyalara məruz qalıb, lakin o, nəzarət etdiyi şəxslər və şirkətlər vasitəsilə biznes imperiyasını idarə etməyə davam edir. O, həmçinin Türkiyə prokurorluğu tərəfindən axtarışdadır. Buna görə də o, şirkətlərini yenidən qeydiyyata almağa və yenidən satmağa başlayıb. Bütün bu şirkətlər, mürəkkəb və qeyri-şəffaf bir şəbəkənin bir hissəsi olaraq, Rusiya neftini tədarük etməyə davam edir.

İnternet üzərindən araşdırmamızdan bəlli oldu ki, bu şirkətin adı hələ 2023-cü ildə sanksiya altında olan neftin daşınmasından hallanıb. Elə o vaxt, konkret olaraq 2023-cü ilin oktyabrında bu yazıda da adı xatırlanan “Coral Energy” nin maliyyə direktoru kimi təqdim edilən Əhməd Kərimov haqqın.az saytına geniş müsahibə verib.

Aİ hazırda Rusiyanın sanksiyalardan yayınmasının qarşısını almaq üçün alətlər hazırlayır. Bu barədə Avropa Komissiyasının sözçüsü Arianna Podesta cümə axşamı, sentyabrın 12-də keçirdiyi brifinqdə məlumat verib. Jurnalistin konkret şirkətlərə və gəmilərə qarşı sanksiyaların nəzərdə tutulub-tutulmadığını, Rusiyanın qeyri-qanuni neft ticarətindən ayda 18-19 milyard avro qazandığını, 600-ə yaxın “kölgə donanması” tankerinin cəlb etməklə 60 dollarlıq “qiymət tavanı”na məhəl qoymadığını soruşduqda, o, AB-nin indi yeni sanksiya alətləri üzərində işlədiyini qeyd edib.

“Sanksiyalar davam edən prosesdir, çünki Rusiya daim sanksiyalardan yan keçməyə çalışıb və buna görə də bu cür yayınma manevrlərini aradan qaldırmaq üçün zamanla bizim sanksiyalar paketimiz dəyişib. Mən bilirəm ki, bu proses müxtəlif mərhələlərdə davam edir”, deyə o əlavə edib. “Bloomberg”in məlumatına görə, az tanınan, o cümlədən bir ildən az əvvəl yaradılmış şirkətlər Rusiyadan gündə təxminən 1,5 milyon barel neft ixracında iştirak edir.

Onlardan ən əsası arxasında Azərbaycan vətəndaşı Tahir Qarayevin durduğu “Coral Energy” şirkətidir. Avqustun sonunda məlum olub ki, şirkət rəhbərliyi tərəfindən səhmlərin geri alınması başa çatdıqdan sonra “Coral Energy Group” adının “2Rivers Group”a dəyişdiyini elan edib. 2022-2023-cü illərdə “CoraI Energy” Qərb mediası nəşrlərində Rusiya neft və neft məhsullarının satışı üzrə ən güclü operatorlardan biri kimi görünüb.

Sirli “Coral Energy korporasiyasına gəlincə, milyardlarla dollar dövriyyəsi olan şirkət və onun azərbaycanlı sahibi haqqında açıq mənbələrdə çox az məlumat var. Yalnız məlumdur ki, 43 yaşlı Qarayev Oksford məzunudur və 2010-cu ildə Dubayda şirkətini təsis edib. Şirkətin Cenevrə və Sinqapurda ofisləri var. O da məlumdur ki, Tahir Qarayev əsasən Moskvada yaşayır, lakin tez-tez Dubay və Cenevrədə olur

“Energy Intelligence”nin 2022-ci ilin iyununda dərc etdiyi araşdırmadan belə məlum olur ki, Tahir Qarayevin şirkəti kölgədə qalmağa üstünlük verir. Dünya mediasına sızan kifayət qədər az məlumat bu qurumun əvvəllər Rusiyanın dövlət neft konserni “Rosnef”lə əməkdaşlıq etdiyi qənaətinə gəlməyə imkan verir. Həmçinin məlum olub ki, “Coral Energy” hazırda Türkiyə, Saharaaltı Afrika və dünyanın digər regionlarında ticarət edir. Korporativ sənədlərə əsasən, “Coral Energy” 100 faiz Azərbaycan vətəndaşı Tahir Qarayevin təsis etdiyi Dubayda yerləşən “Vetus Investments” şirkətinə məxsusdur.

Yada salaq ki, Vaşinqton və London öz məlumatlarına əsasən, İrandan Rusiya Federasiyasına hərbi nəqliyyatda iştirak edən şəxslər və şirkətlərə məhdudiyyətlər qoyub. Böyük Britaniya Rusiya Aerokosmik Qüvvələrinə qarşı sanksiyalar tətbiq edib.

ABŞ Dövlət Departamentinin press-relizində qeyd edildiyi kimi, bu şirkətlər “Rusiya Federasiyasının iqtisadiyyatının dəniz sektorunda fəaliyyət göstərib və ya fəaliyyət göstərirlər”. ABŞ səlahiyyətlilərinə görə, “Vafa Wholesale Ltd” İranın PUA ilə əlaqəli avadanlıqlarını Xəzər dənizi vasitəsilə İrandan Rusiyaya daşıyan gəmilərə sahibdir.

Konkret olaraq, söhbət ABŞ-ın da sanksiyalarına məruz qalan “Vəfa” və “Vəfa-1” gəmilərindən gedir. “Sea River Service” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus gəmilər arasında “Omski-103”, “Omski-119” və “Zakamsk” gəmilərinə məhdudiyyətlər qoyulub. ABŞ səlahiyyətlilərinə görə, “Omski-103” gəmisi digər şeylərlə yanaşı, 2024-cü ilin fevralında Xəzər dənizi vasitəsilə İrandan Rusiyaya sursat daşıyıb. Tətbiq olunan sanksiyalara görə yuxarıda adı çəkilən şirkətlərin ABŞ-dakı və ya ABŞ vətəndaşlarının əlində olan bütün əmlakları dondurulub. Dövlət Departamenti qeyd edir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) məlumatlandırılmalıdır.

Sentyabrın 10-da Böyük Britaniya Rusiyanın “Skif-V”, “Omski-103”, “Musa Cəlil”, “Baltiyski” və “Begey” gəmilərinə qarşı sanksiyalar elan edib. Böyük Britaniya hökumətinin saytında qeyd edildiyi kimi, bu gəmilər İrandan Rusiyaya hərbi yüklərin daşınmasında iştirak edir./cumhuriyyet.az/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev KİMDİR?

    Ukraynanın və Türkiyənin axtardığı Tahir Qarayev ...

    16-02-2026, 11:02

  • 
  • "SOCAR Trading" şirkətinə "Platts Global Energy Awards"ın mükafatı təqdim olunub

    "SOCAR Trading" şirkətinə "Platts ...

    15-12-2015, 23:27

  • 
  • SOCAR Kanadanın neft şirkətinə yekun ödənişini etdi

    SOCAR Kanadanın neft şirkətinə yekun ödənişini ...

    4-01-2021, 13:23

  • 
  • "Rosneft" Azərbaycan üzərindən yanacaq ixrac edəcək

    "Rosneft" Azərbaycan üzərindən yanacaq ...

    29-06-2016, 15:56

  • 
  • SOCAR 2021-ci ildə Ukraynada sosial və mədəni layihələrə sərmayə qoyuluşunu davam etdirəcək

    SOCAR 2021-ci ildə Ukraynada sosial və mədəni ...

    8-01-2021, 10:14


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu