GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Murad Süleymanov susur: Baş həkim Elnarə Canlının ali tibbi təhsili varmı?..

Murad Süleymanov susur: Baş həkim Elnarə Canlının ali tibbi təhsili varmı?..

Tarix: 17-02-2026, 21:53 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 6

bitmap-img6

Kosmetoloji iş ambulator tibbi xidmət sayılır və mütləq lisenziya tələb edir. Bu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiqlənmiş siyahıda ayrıca qeyd olunub...

İnyeksion prosedurlar, lazer epilyasiya, mezoterapiya, pilinq, plazmoliftinq və digər örtük toxumalarına müdaxilə edən üsullar tibbi kosmetologiyaya daxildir və yalnız ali tibbi təhsilli, sertifikatlı həkim-dermatoveneroloqlar tərəfindən icra oluna bilər.
Özəl tibb fəaliyyəti üçün lisenziya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilir, Analitik Ekspertiza Mərkəzi ilə birğə Səhiyyə Nazirliyinin rəyi alınır. Lisenziya konkret ünvan və hüquqi şəxs üçün qüvvədə olur.
Diqqət etdinizmi, Lisenziya konkret ünvan və hüquqi şəxs üçün qüvvədə olur. Bu faktor bizə aşağıda yarana biləcək sualların hamsının cavabını verir. Belə ki, Analitik Ekspertiza Mərkəzi həmin tibbi mərkəzlkərdə hansı fəaliyyətlərin həyata keçiriləcəyini və hansı prosedurların icra olunacağını nəzarətdə saxlamalıdır. Bunun üçün ünvan və yer bəllidir…

Bəs saxlanılırmı? Birmənalı olaraq, xeyir.

Əsas məsuliyyət Analitik Ekspertiza Mərkəzinin üzərinə düşür. Lakin ölkədə fəaliyyət göstərən bir çox kosmetoloji mərkəzlərdə özünü həkim kimi təqdim edən şəxslər inyeksion prosedurlar, dodaq dolğusu və müxtəlif tibbi müdaxilələr həyata keçirirlər. Bu fəaliyyətlər onların sosial şəbəkə hesablarında açıq şəkildə görünür.

Bu şəxslər açıq şəkildə həkim fəaliyyəti ilə məşğul olurlar. Həkimdirlərmi? Bilinmir.

Bunu kim müəyyən etməlidir? Analitik Ekspertiza Mərkəzi. Edirmi? Xeyir.

Sorğulara verilən cavab isə belə olur – “ad-soyadı düzgün göstərin”. Halbuki sorğuda Mərkəzin adı və ünvanı göstərilir, şəxs isə öz Instagram hesabında adını, soyadını, əlaqə nömrəsini açıq şəkildə yazır və otağının qarşısında “Həkim-Kosmetoloq” qeyd olunur. Və ən əsası Analitik Ekspertiza Mərkəzi bu mərkəzlərin ünvanlarını gözəl bilməlidir və bilir də. Buna baxmayaraq, Analitik Ekspertiza Mərkəzi “dəqiq ad-soyad” tələb edir. Bu yanaşma qurumun fəaliyyətini sual altına qoyur.

Konkret fakt kimi “Elnarə Canlı Beauty Center” kosmetoloji mərkəzini göstərmək olar.

Uzun müddətdir mediada və sosial şəbəkələrdə bu mərkəzin fəaliyyəti gündəmdədir. Əgər bu mərkəz fəaliyyət göstərirsə, deməli lisenziya alıb və Analitik Ekspertiza Mərkəzində qiymətləndirilib. Bu isə o deməkdir ki, həm İqtisadiyyat Nazirliyi, həm də Səhiyyə Nazirliyi bu mərkəzin fəaliyyətindən xəbərdardır.

Həmin mərkəzin sosial şəbəkə hesabında “Baş Həkim – Elnarə Canlı” qeyd olunur. Mərəzdə otağın üzərinə yazılıb – Baş həkim- Həkim kosmetoloq Elnarə Canlı

Elə isə sual konkretdir – “Baş Həkim Elnarə Canlı” adlı şəxsin tibbi təhsili varmı?

Bu barədə Analitik Ekspertiza Mərkəzinə verilən sorğuya cavab isə belədir – “Dəqiq ad, soyad göstərilməlidir”. Əgər həkim özünü bu adla təqdim edir və həkim kimi fəaliyyət göstərirsə, otağının qarşısına “Baş həkim Elnarə Canlı” yazırsa deməli bu şəxs lisenziyanı da bu adla alıb, bu qanuni addır.
Əks təqdirdə bu cinayətdir və adın və soyadın gizlədilməsinə görə məsuliyyət daşıyır. Çünki, insanlar bu həkimi Elnarə Canlı olaraq tanıyır və hər hansı proeblemdə hüquqi məsuliyyəti Elnarəı Canlı soyadı daşıyır. Yox, əgər həqiqətən də Elnarə Canlı adlı xanım baş həkimdirsə, o zaman

Analitik Ekspertiza Mərkəzinin rəhbərliyi onu tanımalıdır, lisenziyasının olub-olmadığını bilməlidir və medianın sorğularına cavab da verməlidir.

Ali tibbi təhsil olmadan bu prosedurların aparılması qanunsuzdur və təhlükəlidir.

Analitik Ekspertiza Mərkəzinin rəhbərliyi bu mərkəzin hansı fəaliyyətlə məşğul olduğunu bilmirmi? Bilmirsə, araşdırmalıdır. Bilirsə, ictimaiyyətə açıqlama verməlidir.
Səhiyyə naziri Teymur Musayev və Analitik Ekspertiza Mərkəzinin rəhbərliyi cəmiyyətə açıqlamalıdır – “Elnarə Canlı Beauty Center” mərkəzinin baş həkimi Elnarə xanım Canlı tibbi təhsillidirmi? Bu tibbi prosesdurları yerinə yetirmək üçün icazəsi varmı?
Əks halda, təkcə bir mərkəzin deyil, Səhiyyə naziri Teymur Musayevin və Analitik Ekspertiza Mərkəzinin rəhbəri Murad Süleymanovun fəaliyyəti ciddi sual altına düşür. Xüsusilə qeyd edək ki, Azərbaycanda yüzlərlə belə Kosmetoloji Mərkəz fəaliyyət göstərir və xidmət göstərən şəxslərin ali tibbi təhsilli həkim olmaları ciddi sual altındadır. Analitik Ekspertiza Mərkəzi isə onların fəaliyyətinə nəzarət edə bilmir, sorğuları cavablandırmır, yaxud hüquqi addımlar atmaqda maraqlı deyil.
Araşdırmalar davam edir./Bizimesr.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kosmetoloq Aygün Ömərova lisenziyasız nece inyeksiya prosedurlarını həyata keçirir?

    Kosmetoloq Aygün Ömərova lisenziyasız nece ...

    13-04-2025, 13:50

  • 
  • Şölə "doktor" “Aristokrat”da estetik prosedurları icra edir?

    Şölə "doktor" “Aristokrat”da estetik ...

    23-04-2025, 16:22

  • 
  • Tibbi təhsili olmayan kosmetoloq - Şəlalə Əliyeva necə inyeksion prosedurlar həyata keçirir?

    Tibbi təhsili olmayan kosmetoloq - Şəlalə Əliyeva ...

    24-02-2025, 21:47

  • 
  • “SAY” Estetik Mərkəzində tibbi təhsili olmayan həkim-kosmetoloq aşkar olundu - FOTOLAR

    “SAY” Estetik Mərkəzində tibbi təhsili olmayan ...

    12-02-2025, 21:20

  • 
  • Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar

    Diplomları soruşulanda dilləri topuq vuran saxta ...

    6-02-2025, 23:36


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu