GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Vüsal Nəsirli Məhəmməd Musayevə “DUR” deyəcəkmi?! -DETALLAR

Vüsal Nəsirli Məhəmməd Musayevə “DUR” deyəcəkmi?! -DETALLAR

Tarix: 25-02-2026, 14:23 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 62

Nazir Nəhmətov- Orxan Əzimov- Sənan Quliyev üçlüyü özləri də rəsmi işlərinin nə olduğunu ya bilmir, ya da bilmək istəmirlər


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) "7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı" MMC-dən, daha doğrusu bu qlmaqallı müəssisənin rəhbəri Musayev Məhəmməd Nurəddin oğlunun fəaliyyəti ilə bağlı yeni məlumatlar əldə etmişik.


                      Məhəmməd Musayev

Ötən günlərdə bu mövzuda tirajladığımız “Xüsusi Təyinatlı Yol İdarəsində xüsusi rejim: Dayı-bacıoğlu tandeminə “DUR” deyən olacaqmı?!” sərlövhəli yazıdan sonra redaksiyamıza konkret faktlarla, daha da maraqlı məlumatlar daxil olub və olmaqdadır...(Yazı bu linkdədir: https://yenixeber.org/manset/196513-x%C3%BCsusi-t%C9%99yinatl%C4%B1-yol-idar%C9%99sind%C9%99-x%C3%BCsusi-rejim.html )

         Məhəmməd Musayevin “qara kassası”...

“7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin xidmət rəisi Nazir Nəhmətov idarə rəisinə xüsusi sədaqət və “xidməti” ilə tanınır. Bu istiqamətdə Yenixeber.org-a ötürülən məlumata görə, işlədiyi 2 il ərzində 800 manat maaşla de-fakto oliqarxa çevrilməyi bacaran(?) Nəhmətov nəinki işinin peşəkarı deyilmiş, sən demə heç ali təhsili də yoxmuş. Avtomobil ustası olan Nazir əfəndinin hazırda Dağıstanda qiyabi təhsil aldığı bildirilir.


                           Nazir Nəhmətov

Buna baxmayaraq, son model, bahalı avtomobil, sürücü, daşınmaz əmlaklar və s. Nazir Nəhmətovun adı ilə bir sırada çəkilir...Dayı-bacıoğlu tandemi bu idarədə hər addımda, hər anda özünü göstərir.

Əsas işi kargüzar Orxan Əzimovla birlikdə narazılıq edən işçiləri qınayıb, səhv çıxarmağa çalışmaqdır. (Yeri gəlmişkən, özünü Aparat rəhbəri kimi təqdim edən Orxan Əzimov həqiqətdə kargüzardır və baş mühasib olmaq arzusu ilə yaşayır.)

Nəhmətovla dostluq münasibəti ilə tanınan briqadir Sənan Quliyev də başqa bir aləmdir. Əslində bu üçlük: Nazir Nəhmətov- Orxan Əzimov- Sənan Quliyev özləri də rəsmi işlərinin nə olduğunu ya bilmir, ya da bilmək istəmirlər. De-fakto işləri əl-ələ verib, yeraltı keçidlərdən, eskalatorlardan “levi” elektrik enerjisi ötürmək də daxil, müxtəlif yollarla pul toplamaq, buna etiraz edənləri də işdən qovacaqları ilə təhdid etməkdir. (Bu haqda mediada məlumatlar dərc olunub. Başda “5mərtəbə” deyilən yeraltı keçid olmaqla... Red.) Baxmayaraq ki, məbləği yalnız özlərinə məlum olan qədər pul toplanır, amma yeraltı keçidlər də, eskalatorlar da baxımsız durumdadır, kameralar da sıradan çıxmaqdadır...Məhz bu kimi səbəblərdəndir ki, Nazir Nəhmətov Məhəmməd Musayevin “qara kassası” kimi tanınır.

          **

7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin adlarını sadaladığımız məsul şəxsləri “yağ içində böyrək kimi” yaşadıqları halda, aylarla maaş ala bilməyən çoxluq da var. 420-570 manat əməkhaqqına göz dikənlər üçün bunun nə demək olduğu məlum. Bu səbəbdəndir ki, bir qadın işçinin stressdən insult keçirdiyi və təcili yardım çağırıldığı da bildirilir. Ona iş böyüməsin deyə, əvvəlcə Nazir Nəhmətov tərəfindən 300 manat verilir. Daha sonra idarə rəhbərinin verdiyi 2000 manat isə Nazir əfəndi tərəfindən 1700 manata endirilir...


Prezidentin yüksək vəzifə verdiyi Vüsal Nəsirli KİMDİR...


İşçiləri aidiyyatı olmayan işlərə məcbur edib də, özü krallar kimi kənardan seyr edirsə, bu sözün bitdiyi yerdir. Kirayə haqqlarını, bank kreditlərini ödəyə bilməyən zavallı fəhlələr, xadimələr və digərlərinin yeganə ümüdü isə AAYDA-nin yeni rəhbəri Vüsal Nəsirliyədir. Ki, hörmətli Vüsal müəllim günlərin yaxın bir günü “7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı" MMC-ni, eləcə də, Məhəmməd Musayev başda olmaqla adlarını sadaladığımız məsul şəxslərin fəaliyyətini araşdırsın...

O zaman ortaya çıxacaq faktlara hüquqi qiymət verilməsi zərurət olacaq. İşə hüquq-mühafizə orqanlarının qatılacağı şübhəsizdir. 


          ***


Bu da sahə rəisi Fuad Vəliyevdir. Göründüyü kimi, keçidlərə təmizlik vasitələri belə alınmır. Zibilxanalardan xadimələrin tapdığı süpürgələri əridib düzəldib işlədirlər.(Yenixeber.org)


P.S Biz yazıda yer alan və almayan məlumatlarla bağlı qarşı tərəfi də dinlənmək istədik. Orxan Əzimov bizimlə telefon danışığında əvvəlcə cavab veriləcəyini desə də, sonradan buna lüzum olmadığını bildirdi(?)/yenixeber.org/




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Korrupsioner məmurlar Saleh Məmmədovun rəhbəri olduğu qurumu "titrədir" - ŞOK FAKTLAR

    Korrupsioner məmurlar Saleh Məmmədovun rəhbəri ...

    3-12-2025, 12:52

  • 
  • Mikayıl Müşfiqin heykəlini dağıtdığına görə iş icraçısı işdən qovulub

    Mikayıl Müşfiqin heykəlini dağıtdığına görə iş ...

    1-03-2017, 00:14

  • 
  • Bakıda vəzifəli şəxsin ailəsində faciə - Qızı öldü - FOTO

    Bakıda vəzifəli şəxsin ailəsində faciə - Qızı ...

    7-04-2021, 12:17

  • 
  • Saatlıda baş verən yol qəzasında ata ölüb, oğlunun vəziyyəti ağırdır

    Saatlıda baş verən yol qəzasında ata ölüb, ...

    11-07-2017, 00:14

  • 
  • Saleh Məmmədovun yaxın qohumu Zərdabda cinayətlər törədir - ŞOK ITTIHAM

    Saleh Məmmədovun yaxın qohumu Zərdabda cinayətlər ...

    1-05-2020, 15:35


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu