GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Ötən ayın başçısı: Adil Əliyev üçün “bəy tərifi” və dövlətin qanunsuzluğa alət edilməsi...

Ötən ayın başçısı: Adil Əliyev üçün “bəy tərifi” və dövlətin qanunsuzluğa alət edilməsi...

Tarix: 3-03-2026, 14:32 Bölmə :Ölkə / Cəmiyyət / Manşet / GündəmXəbər Baxış: 21


Dövlət hüquq deməkdir və hüquqdan kənar baş verən heç bir şey dövlətə aid edilə bilməz...


Fevral ayının ən çox diqqət çəkən başçısı Bakı şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizovdan töhmət alan Suraxanı rayonun başçısı Adil Əliyev oldu. Belə ki, Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirəsində Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında təsərrüfat məsələlərinin vəziyyətini kəskin tənqid edərək, bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını qeyd edib. Müşavirədə yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, digərlərinə isə xəbərdarlıq elan olunub.

Bundan sonra, görünür ki, Eldar Əzizovdan onun töhməti “həzm edə bilməyən” Adil Əliyev sosial şəbəkələrdə müxtəlif adamlar vasitəsi ilə özünə “bəy tərifi” kampaniyası başlatdı və belə çıxdı ki, Adil Əliyev “dövlət çevrilişi”nin qarşını alan “qəhrəman”dır və Eldar Əzizov ona töhmət verməklə çox böyük səhv edib...

Maraqlıdır ki, sözü keçən müşavirədə Adil Əliyev ona töhmət verən Bakı şəhər İcra Hakimiyyətinin başçısına etiraz edərək Suraxanıda gördüyü işlər barədə danışmayıb və töhmətə heç bir etirtazını da bildirməyib. Bunun əvəzinə sosial şəbəkələrdən bəzi adamlar vasitəsi ilə özünü dövlət miqyasında bir “qəhrəman” olduğunu Eldar Əzizovun diqqətinə çatdırıb. Heç Adil Əliyevə “bəy tərifi” yazanlar da onun təqribən 2 il müddətində Suraxanıda gördüyü hər hansı işdən danışmayıblar, sadəcə Adil Əliyevə töhmət verilməsinin “ayıb iş” olduğunu Eldar Əzizovun diqqətinə çatdırmaq üçün dəridən-qabıqdan çıxıblar.

Həqiqətdə isə Suraxanı rayonun qəsəbələrində vəziyyət doğrudan da acınacaqlıdır. Küçələrdə olan keçilməz dərələr, aparılan qazıntılar sakinləri boğaza yığıb. Yollardakı çalalarla yanaşı, Suraxanı rayon qaz, elektrik və su təşkilatlarının apardığı qazıntılar sakinlərin əsas şikayətçi olduqları problemlərdir. Məsələ oldadır ki, küçələrdə qazıntı aparan Suraxanı rayon qaz, elektrik və su təşkilatları qazdıqları bir metrdən artıq dərinliyi olan olan dərələri bir neçə həftə doldurmurlar, dolduranda da torpağı dərələr töküb gedirlər. Sonra həmin yol palçıqdan keçilməz hala gəlir. Maraqlıdır ki, həmin təşkilatlar bəzən eyni yeri bir ayda iki-üç dəfə qazırlar...

Adil Əliyevlə bağlı ikinci kuryoz hadisə isə ötən həftənin əvvəlində baş verdi. Belə ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, 1 nömrəli Hövsan Zeytunçuluq savxozu ərazisində üç maskalı şəxsin hasar sökməsi ilə bağlı məlumatlar yayıldı. Məlumata görə Hövsanda özlərini guya şəhərsalma və ya icra hakimiyyəti əməkdaşları kimi təqdim edən, lakin kimliklərini açıqlamayan maskalı şəxslər peyda olmuşdu. Onlar evləri və hasarları sökür, üzlərini isə qara maska, qara papaq və qara eynək vasitəsilə gizlədirdilər. Bu söküntü işləri isə heç bir rəsmi sənəd təqdim edilmədən həyata keçirilirdi. Hadisə qəsəbə sakinləri arasında narahatlıq yaratmışdı. Bir çox suallar meydana çıxmışdı: Bu şəxslər kimdir? Hansı qurumu təmsil edirlər? Üzlərini niyə gizlədirlər? Hansı qanun onlara maskalı şəkildə söküntü aparmağa icazə verir? Söküntü qərarları ilə bağlı sakinlərə rəsmi bildiriş təqdim olunubmu?

Onların kimliyinə Suraxanı rayon İcra Hakimiyyəti aydınlıq gətirdi. Məlum oldu ki, həmin maskalı şəxslər özbaşına tikinti işlərinin aparılmasının və torpaq zəbtinin qarşısının alınması məqsədi ilə Suraxanı Rayon İcra Hakimiyyəti yanında “Özbaşına tikintilərə qarşı mübarizə və məhkəmədənkənar torpaq mübahisələrinin həlli üzrə komissiya”nın üzvləridir. Lakin qanunvericilikə əsasən, qanunsuz tikintilər maskalı şəxslər tərəfindən sökülməli deyil, yuxarıda qeyd edilən “komissiya” sakinlərə əvvəlcədən rəsmi sənəd təqdim etməli və xəbərdarlıqdan sonra söküntü işləri aparılmalıdır. Rəsmi sənəd isə ya müəyyən icra hakimiyyətinin, ya da məhkəmənin qərarı olmalıdır.


Sual olunur, Suraxanı rayon İcra Hakimiyyəti insanların mülkiyyəinə ziyan vuran və bu zaman heç bir hüquqi əsasa söykənməyən, sadəcə xuliqan kimi davranan maskalı şəxslərin onların işçiləri olduğunu etiraf edərkən cəmiyyətə nəyi çatdırmaq istədilər? Bununla faktiki olaraq Suraxanı rayon İcra Hakimiyyəti və şəxsən Adil Əliyev təmsil etdikləri dövləti vətəndaşların mülkiyyətinə qarşı reyder basqını həyata keçirən qanundankənar qurum kimi təqdim etmədilərmi? Əgər Suraxanı rayon İcra Hakimiyyətinin iddia etdiyi kimi hər şey qanuni idisə, o zaman icra hakimiyyətinin işçiləri heç bir xəbərdarlıq eləmədən, söküntü ilə bağlı rəsmi sənəd təqdim etmədən maskalanaraq insanların mülkiyyətinə niyə hücum edirdi?

Dövlət hüquq deməkdir və hüquqdan kənar baş verən heç bir şey dövlətə aid edilə bilməz. Bəs Suraxanı İcra Hakimiyyəti hüquq xaricində baş verən bu hadisəni dövlətlə əlaqələndirməklə nə demək istəyib?..

Yəqin ki, bu sualın cavabını da Adil Əliyev bilir... /Poliqon.info/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Əzizov Qaradağın icra başçısına töhmət verilməsinə münasibət bildirdi

    Eldar Əzizov Qaradağın icra başçısına töhmət ...

    11-05-2020, 13:18

  • 
  • Prezident Suraxanı, Yasamal, Zərdab və Şirvan başçılarını dəyişdi - SƏRƏNCAMLAR

    Prezident Suraxanı, Yasamal, Zərdab və Şirvan ...

    12-11-2019, 12:43

  • 
  • Eldar Əzizov müşavirədə Adil Vəliyevi sərt tənqid etdi

    Eldar Əzizov müşavirədə Adil Vəliyevi sərt tənqid ...

    4-05-2021, 12:13

  • 
  • Eldar Əzizovdan “JEK” müdirlərinə yas tapşırığı

    Eldar Əzizovdan “JEK” müdirlərinə yas tapşırığı ...

    1-09-2014, 14:23

  • 
  • Eldar Əzizovdan köşk  biznesi

    Eldar Əzizovdan köşk biznesi ...

    6-12-2012, 13:56


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu