Gundemxeber.az » Ölkə » “Liv Bona Dea Hospital” – Nigar Köçərli qarşıdurması məhkəmədə: ilk iclas baş tutdu
Bu gün Nəsimi Rayon Məhkəməsi-ndə “Liv Bona Dea Hospital”ın “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərliyə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesinin ilk iclası keçirilib.
İclasda iş üzrə ilkin prosessual məsələlər müzakirə olunub, tərəflərin mövqeləri dinlənilib. Növbəti məhkəmə iclası 7 aprel tarixinə təyin edilib.
Xatırladaq ki, N.Köçərli bir müddət əvvəl sözügedən klinikada keçirdiyi əməliyyatdan sonra qeyri-insani rəftarla üzləşdiyini iddia etmişdi. Onun sözlərinə görə, əməliyyatdan sonra güclü ağrılar yaşayıb və yalnız dəfələrlə müraciət etdikdən sonra ona anesteziya tətbiq olunub. O, həmçinin tibb personalının kobud münasibəti ilə qarşılaşdığını bildirib.
“Liv Bona Dea Hospital” isə yaydığı açıqlamada səsləndirilən ittihamların əsassız olduğunu, bunun klinikanın işgüzar nüfuzuna zərər vurduğunu qeyd edib və 220 min manat məbləğində təzminat tələbi ilə məhkəməyə müraciət etdiyini bəyan edib./musavat.com
18-02-2026, 20:27
6-01-2026, 22:46
19-02-2016, 16:11
16-02-2026, 19:43
28-03-2018, 11:41
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?