- ABŞ və İsrail İrana hücumlarını davam etdirir. Bu hücumlar nəticəsində Təbriz hava limanının uçuş-enmə zolağına da zərbələr endirilib.
- Xameneinin ölümündən sonra İranda 40 günlük matəm elan edilib və Pakistan, Hindistan və İraqda etirazlar keçirilib. Pakistandakı etirazlarda doqquz nəfər ölüb. İraqdakı etirazlarda etirazçılar səfirliklərin yerləşdiyi Yaşıl Zonaya girməyə çalışıblar.
- Azərbaycan prezidenti və xarici işlər naziri Xameneinin ölümü ilə bağlı iranlı həmkarlarına başsağlığı veriblər. Xarici işlər naziri Ceyhun Bayramov Ərakçiyə bildirib ki, Azərbaycan torpağı İrana qarşı istifadə olunmayacaq.
- Xameneinin ölümündən sonra dini Ali Rəhbərin yerinə ölkəni müvəqqəti idarə edəcək şuranın tərkibi açıqlanıb. Şuraya prezident Məsud Pezeşkian, Məhkəmə Hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsəni Ejei və Ekspertlər Məclisi tərəfindən təyin olunmuş Ayətullah Əlirza Arefi daxildir.
- Azadlıq Radiosunun Fərda Radiosu xidməti yazır ki, şiə dünyasının əsas mənəvi liderlərindən biri olan Ayətullah Əli Sistani yalnız Xameneinin vəfatı münasibətilə başsağlığı verməklə kifayətlənib. O, Xameneinin vəfatı ilə bağlı heç bir konkret fətva verməyib; - Reuters yazır ki, Fars körfəzində ən azı 150 neft tankeri fəaliyyətsiz qalır. Onların arasında neft və qaz daşıyan gəmilər də var. Onların Hörmüz boğazı yaxınlığında ilişib qaldığı bildirilir. Ərəb körfəzi dövlətlərinin xarici işlər nazirləri İrana cavab vermək üçün videokonfrans keçiriblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?