GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kreml elitasının mədəniyyət şəbəkəsi: nazirlərin və generalların qızları...

Kreml elitasının mədəniyyət şəbəkəsi: nazirlərin və generalların qızları...

Tarix: 10-03-2026, 15:32 Bölmə :Ölkə / Maqazin Baxış: 7

Rusiyada mədəniyyət sahəsində maraqlı tendensiya formalaşıb: yüksək vəzifəli məmurların və təhlükəsizlik strukturları rəhbərlərinin qohumları incəsənət layihələrinin əsas fiqurlarına çevrilirlər.

Gundemxeber.com xəbər verir ki, bu barədə saytların birində geniş araşdırma dərc olunub.

Məlumata görə, prezident Vladimir Putinin mədəniyyət üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy martın 4-də bildirib ki, Rusiya 2022-ci ildən sonra ilk dəfə Venesiya Biennalesində milli pavilyonla iştirak edəcək.

Rusiya pavilyonunun komissarı 2021-ci ildən etibarən Anastasiya Karneyevadır. O, “Rostex” dövlət korporasiyasının rəhbərliyində çalışan və FTX generalı olan Nikolay Volobuyevin qızıdır.

Karneyevanın biznes tərəfdaşı isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qızı Yekaterina Vinokurovadır. Onlar birlikdə “Smart Art” adlı şirkətə sahibdirlər. Şirkət 2019-cu ildən Venesiya Biennalesində Rusiya pavilyonunun operatoru kimi fəaliyyət göstərir və ölkədə müxtəlif sərgilərin təşkilində iştirak edir.

Vinokurova bundan əvvəl Moskvada məşhur “Christie’s” hərrac evinin ofisinin direktoru olub.

Rusiyada mədəniyyət sahəsində diqqət çəkən başqa bir nümunə də Proniçev bacılarıdır.

Yelena Proniçeva FSB-nin yüksək vəzifəli generallarından biri olan Vladimir Proniçevin qızıdır. O, 42 yaşına qədər üç böyük muzeyə rəhbərlik edib – Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzi, Federal Politexnik Muzeyi və Tretyakov qalereyası.

Yelena Proniçeva 2023-cü ildə Tretyakov qalereyasının direktoru təyin olunmuş, lakin 2026-cı ilin yanvarında bu vəzifədən ayrılmışdı. Onun yerinə isə Puşkin muzeyinin keçmiş direktoru Olqa Qalaktionova gətirildi.

Qalaktionovanın yerini isə Puşkin muzeyində Proniçevin digər qızı – Yekaterina Proniçeva tutdu. O, bundan əvvəl Moskva hökumətinin mədəniyyət departamentində çalışıb, paytaxtın turizm komitəsinə rəhbərlik edib və VDNX sərgi kompleksinin direktoru olub.

Digər diqqət çəkən nümunələrdən biri də Anna Yarınadır. O, Rusiya prezident administrasiyasında daxili siyasətə cavabdeh olan yüksək vəzifəli məmur Andrey Yarının qızıdır.

2025-ci ilin oktyabrında 27 yaşlı Yarına Rusiya Mədəniyyət Nazirliyinin Kinematoqrafiya və rəqəmsal inkişaf departamentinin rəhbəri təyin edilib. Bu qurum film istehsalına dövlət maliyyəsi ayrılması və prokat icazələrinin verilməsi ilə məşğul olur.

Rusiya Milli Qvardiyasının rəhbəri və Vladimir Putinin keçmiş mühafizəçisi Viktor Zolotovun gəlini Olqa Zolotova da incəsənət sahəsində fəaliyyət göstərir. O, 2023-cü ildə Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü seçilib və özünü müasir rəqəmsal incəsənət sahəsində çalışan foto-rəssam kimi təqdim edir.

Mədəniyyət layihələrində iştirak edən digər tanınmış sima isə Tatyana Navkadır. O, Kremlin mətbuat katibi Dmitri Peskovun həyat yoldaşıdır və illərdir müxtəlif buz şouları təşkil edir.

Navkanın layihələri dövlət dəstəyi ilə həyata keçirilir. Məlumata görə, 2022-ci ildən etibarən onun şoularına 117 milyon rubldan çox dövlət vəsaiti ayrılıb. Bundan əlavə, “Ruslan və Lyudmila” musiqili tamaşasının Luqanskda səhnələşdirilməsi üçün daha 14,4 milyon rubl maliyyə ayrılıb.

Peskovun qızı Yelizaveta Peskova da müxtəlif mədəni layihələrdə iştirak edib. O, bir müddət Rusiya–Fransa tarixi təşəbbüslərinin inkişaf fondunda vitse-prezident vəzifəsində çalışıb.

Rusiya elitasının incəsənət sahəsində fəaliyyət göstərən nümayəndələrindən biri də keçmiş müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya Şoyqudur. O, 2019-cu ildə “Qala adaları” (Ostrova fortov) layihəsinin rəhbəri olub və 2022-ci ildə Vladimir Putinə Kronştadtda yaradılan yeni muzeyləri təqdim edib.

Keçmiş baş nazir müavini və hazırda VEB.RF dövlət korporasiyasının rəhbəri İqor Şuvalovun qızı Mariya Şuvalova isə 2025-ci ildə Böyük Teatrın solisti kimi debüt edib. Onun çıxışı tənqid edilsə də, Şuvalova tənqidləri “qəsdən təşkil olunmuş kampaniya” adlandırıb.

Digər nümunə isə Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullinanın gəlini Darya Filippovadır. O, 2022-ci ildə Moskvada keçmiş çörək zavodunun yerində yaradılan “Zotov Mədəniyyət Mərkəzini” açıb. Layihənin əsas sponsoru isə dövlət bankı VTB olub.

Beləliklə, Rusiyada mədəniyyət və incəsənət sahəsində bir çox layihələrin arxasında ölkənin siyasi və güc strukturlarına bağlı ailələrin nümayəndələrinin dayanması diqqət çəkir. Bu tendensiya ölkədə mədəniyyət layihələrinin dövlət elitası ilə sıx bağlı olduğunu göstərən yeni bir fenomen kimi qiymətləndirilir/musavat.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya vətəndaşlarına "Azərbaycana getməyin" MESAJI VERDİ

    Rusiya vətəndaşlarına "Azərbaycana ...

    30-06-2025, 22:30

  • 
  • Lavrovun Bakı səfərinin proqramı açıqlandı

    Lavrovun Bakı səfərinin proqramı açıqlandı ...

    10-05-2021, 13:52

  • 
  • Mədəniyyət nazirinin müavini Manilova vəzifəsini tərk edərək Rusiya Muzeyinə rəhbərlik edəcək

    Mədəniyyət nazirinin müavini Manilova vəzifəsini ...

    25-04-2023, 16:36

  • 
  • Azərbaycanlı nazirin qızı Rusiyada nazir oldu

    Azərbaycanlı nazirin qızı Rusiyada nazir oldu ...

    25-09-2018, 23:53

  • 
  • Putin onu alqışlayan məmurların qanın qaraltdı

    Putin onu alqışlayan məmurların qanın qaraltdı ...

    14-12-2012, 11:49


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu