Gundemxeber.az » Ölkə » Azərbaycanın Quzeyində də hər il 17 dekabr "Yandırılmış kitablar günü" kimi qeyd edilsin
1946-cı il dekabrın 17-də Tehran hakimiyyəti Təbrizi işğal edərək Azərbaycan Milli Hökumətini (1945-1946) qan içində boğandan sonra Azərbaycan türklərinin milli-mənəvi sərvətlərinə basqın edib.
Minlərlə insan, İran adlanan ölkənin şovinist fars rejimi tərəfindən qətlə yetirilib, yüz minlərlə insan mühacirətə məcbur edilib. Azərbaycan Milli Hökumətinin (1945-1946) Azərbaycan türkcəsində çap etdirdiyi kitablar yandırılıb. 
Bu gün həm də 1946-cı ildə Azərbaycanın Güneyindəki türklərə qarşı soyqırım günüdür.
Azərbaycanın Güneyində yaşayan soydaşlarımız tərəfindən hər il 26 Azər (17 dekabr) "Yandırılmış kitablar günü" günü kimi xatırlanır və qeyd edilir. Həmin gün Türk uşaqlarına Azərbaycan Türkcəsi ilə (ərəb qrafikalı) nəşr edilmiş kitablar hədiyyə edilir və müxtəlif mədəni tədbirlər keçirilir.
Fikrimizcə, Azərbaycanın Quzeyində də, hər il 1946-cı il dekabrın 17-də Azərbaycanın Güneyində baş vermiş mədəni soyqırımın “Yandırılmış kitablar günü” adı ilə xatırlanması və qeyd edilməsi, o cümlədən mədəni tədbirlərin keçirilməsi soydaşlarımıza mənəvi-ideoloji dəstək baxımından böyük əhəmiyyət kəsb edər.
Eldəniz ABBASLI,
Bütöv Azərbaycan Ocaqları (BAO) Mətbuat katibi
Gundemxeber.com
26-08-2020, 11:59
9-01-2018, 13:34
29-04-2020, 21:56
28-11-2022, 09:24
9-07-2018, 13:35
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?