Artıq iki həftədən çoxdur ABŞ və İsrail İrana hava zərbələri endirir, ölkədə milyonlarla insan evindən didərgin düşüb. Qonşu ölkələr isə mümkün qaçqın axınının humanitar böhran yarada biləcəyindən narahatdır.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNCHR) bildirib ki, regionda potensial humanitar ehtiyaclara hazırlaşır, 3.2 milyon insan İran daxilində məcburi köçkünə çevrilib, çoxu Tehrandan qaçır. Martın 13-də Tehran münaqişənin ən ağır bombardmanına məruz qalıb.
İranın qonşularının çoxu, o cümlədən Azərbaycan sərhədləri bağlayıb, yalnız üçüncü ölkə vətəndaşlarının tranzitinə şərait yaradır. Ermənistanla sərhəddə isə İrandan çıxanların dediyinə görə, hakimiyyət yalnız əcnəbilərə və ikili vətəndaşlığı olanlara çıxmağa icazə verir.
Türkmənistan sərhəd rəsmilərinin AzadlıqRadiosunun türkmən xidmətinə dediyinə görə, sərhədi keçmək istəyən İran türkmənlərinin sayı artır.
"Sərhədə yaxınlaşanların bəziləri müvəqqəti sığınacaq istəyib. Aşqabaddan qəti göstəriş almışıq ki, İran vətəndaşlarını Türkmənistana buraxmayaq" - Türkmənistan sərhəd rəsmisi anonimlik şərti ilə deyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?