GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “TikTok” narkotik bazarına ÇEVRİLİR – Valideynlərə XƏBƏRDARLIQ

“TikTok” narkotik bazarına ÇEVRİLİR – Valideynlərə XƏBƏRDARLIQ

Tarix: 19-03-2026, 16:03 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 91

Şəmsəddin Əliyev deyir ki, İrana qarşı müharibə fonunda bu faktlar arta bilər, çünki...

Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə və satışına qarşı növbəti əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində Vüsal Quliyev şübhəli şəxs qismində saxlanılıb. Ondan 5 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs ifadəsində bildirib ki, “TikTok” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşının təklifi ilə narkokuryerliyə cəlb olunub və marixuananı paytaxt ərazisində müxtəlif ünvanlara çatdıraraq maddi qazanc əldə etməyi planlaşdırıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Son dövrlər “TikTok” artıq sosial şəbəkə yox, narkotik alveri üçün platformaya çevrilib. Bu da gənclərin, yeniyetmələrin istifadə etdiyi şəbəkədir.

Цель профилактики — не страх, а желание быть самостоятельным

Polisə Dəstək İctimai Birliyinin sədri, sabiq polis rəisi, kriminoloq Şəmsəddin Əliyev mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:
“Bir neçə il əvvəl Bakı şəhərində taksi sürücüləri narkotik dövriyyəsi ilə qruplaşma yaratmışdılar, kuryerliyə başlamışdılar. DİN tərəfindən bu istiqamətdə xeyli faktlar aşkar olunmuşdu. Artıq demək olar ki, görülən tədbirlər nəticə verməyə başlayıb və bu hallar kütləvi xarakter daşımasa da, ayrı-ayrı epizodlar şəklində hələ də müşahidə olunur.

Amma son illərdə “TikTok” , sosial şəbəkələrin, xüsusilə də rəqəmsal platformaların inkişafı qonşu dövlətin narkotik dövriyyəsinin təşkilində yeni üsulların ortaya çıxmasına səbəb olub. Azərbaycanın coğrafi baxımdan yaxın olması bəzi xarici vətəndaşların, o cümlədən qonşu ölkələrdən olan şəxslərin bu sahədə şəbəkələr qurmağa cəhd göstərməsinə şərait yaradır.

Bununla belə, son 10 ildə Daxili İşlər Nazirliyinin narkotiklərlə mübarizə istiqamətində fəaliyyəti xeyli gücləndirilib. Cinayətkarlıqla mübarizə tarixində görünməmiş sayda faktlar məhz bu dövrdə aşkarlanıb. Bu isə narkotiklərin artması ilə deyil, daha çox mübarizə tədbirlərinin genişləndirilməsi və effektivliyinin yüksəldilməsi ilə izah olunur. Yəni hazırda bu sahədə demək olar ki, heç bir fakt diqqətdən kənarda qalmır.

Həm bizim, həm də İran vətəndaşları məsuliyyətə cəlb olunur. Araşdırmalar zamanı diqqət çəkən məqamlardan biri də odur ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə cəlb olunan şəxslər çox vaxt həmin maddələri tanımadıqları İran vətəndaşlarından əldə etdiklərini bildirirlər. Bu isə istintaq prosesini çətinləşdirir, çünki həmin şəxslərin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması bir sıra hallarda mümkün olmur. Məndə olan məlumata görə, il ərzində 50, bəzən daha çox müraciət olur, İran vətəndaşlarının adları bilinsə belə, Azərbaycan tərəfinin həmin şəxslərin axtarılması, ekstradisiya olunması ilə bağlı müraciətinə başdansovdu baxılır, sorğular cavabsız qalır”.

Sabiq polis əməkdaşı əlavə edib ki, narkotiklərlə mübarizə təkcə hüquq-mühafizə orqanlarının üzərinə düşməməlidir: “Bu istiqamətdə maarifləndirmə tədbirlərinin genişləndirilməsi vacibdir. Xüsusilə ali və orta təhsil müəssisələrində, kolleclərdə və liseylərdə gənclər arasında profilaktik tədbirlər aparılmalı, bu mövzu hətta tədris proqramlarına daxil edilməlidir. Eyni zamanda, risk qrupuna daxil olan ailələrin də öyrənilməsi vacib hesab olunur. Ailədaxili nəzarətin zəif olduğu, sosial problemlərin mövcud olduğu mühitlərdə gənclərin bu cür zərərli vərdişlərə meyli daha yüksək olur. Bu səbəbdən aidiyyəti qurumlar – Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi hüquq mühafizə orqanları ilə birgə fəaliyyət göstərməli, belə ailələrlə mütəmadi iş aparmalıdır.

Statistikaya görə, ölkədə hər il qeydə alınan minlərlə cinayətin əhəmiyyətli hissəsi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlıdır. Bununla belə, bu cinayətlərin böyük əksəriyyəti hüquq-mühafizə orqanları tərəfindən açılır və təqsirkar şəxslər müəyyən edilir. Bu cinayətlərin törədilməsində ehtiyatsızlıq yoxdur, bunlar qəsdən törədilir. Onlar nə etdiklərinin fərqində olurlar.

Ümumilikdə, bu sahədə effektiv nəticə əldə etmək üçün kompleks yanaşma vacibdir. Yalnız hüquq-mühafizə tədbirləri ilə kifayətlənmək olmaz – cəmiyyətin özü, dövlət qurumları və sosial institutlar bu mübarizədə fəal iştirak etməlidir. Son 20 gündə ABŞ-nin və İsrail dövlətinin İrana qarşı müharibəsi nəticəsində bu faktlar arta bilər. İran vətəndaşlarının Azərbaycanın sərhədlərindən qanunsuz keçmə halları mümkündür. Dövlət Sərhəd Xidməti də şübhəm yoxdur ki, nəzarəti gücləndirib. Nəzarət güclü olmasa bu qədər fakt da olmaz”.


Gundemxeber.com 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sabunçuda əməliyyat - 11 kq narkotik vasitə aşkarlandı

    Sabunçuda əməliyyat - 11 kq narkotik vasitə ...

    24-10-2025, 23:20

  • 
  • Qubada evinin zirzəmisində narkotik maddə gizlədən şəxs saxlanılıb

    Qubada evinin zirzəmisində narkotik maddə ...

    4-01-2019, 17:44

  • 
  • Sabunçuda əməliyyat zamanı 5 kq narkotik vasitə aşkarlandı

    Sabunçuda əməliyyat zamanı 5 kq narkotik vasitə ...

    4-08-2025, 21:36

  • 
  • İsmayıllıda narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

    İsmayıllıda narkotik vasitələrin kultivasiyası ...

    26-06-2021, 10:02

  • 
  • 14 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - Polisdən ƏMƏLİYYAT

    14 kiloqrama yaxın narkotik vasitə qanunsuz ...

    21-01-2021, 19:47


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu