GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Tanınmış hüquqşünas məmurları yerdən-yerə vurdu - RƏZALƏT

Tanınmış hüquqşünas məmurları yerdən-yerə vurdu - RƏZALƏT

Tarix: 29-03-2026, 10:34 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 117


Tanınmış hüquqşünas Aslan İsmayılov yazır: "Uzun illər cürbəcür vəzifələrdə olmuş bir insan kimi çox yaxşı bilirəm ki, ən asan şey tənqid etməkdir. Onu da bilirəm ki, uzun illərin ən çox miqdarda yağış yağıb. Bununla belə, hər şeyi təbiətin boynuna atmaq, başqa ölkələrdə də belə hallar olur demək, bunu mətbuatda tirajlamaq gözə kül üfürməkdir. Bu gün səhərdən axşama qədər işlərimlə bağlı şəhərdə olmuşam. Bir daha əmin oldum ki, şəhərdə baş verən biabırçılıqlar tək təbiətlə bağlı deyil. Bunun əsas səbəbi məmur məsuliyyətsizliyi və ən əsası korrupsiyadır. Mən başqaları kimi ancaq tənqid etmək yox, həm də imkan olanda yazılarımda, görüşlərimdə çıxış yollarını da göstərmişəm və göstərirəm. İndi Sizə olmuş bir hadisəni çatdırım.

Təxminən 2005-ci ilin sonlarında Bakı şəhərində və ətrafında şıdırğı qanunsuz tikililər gedəndə ANS, SPACE və başqa TV-lərdə bu tikintilərdən sonra böyük problemləri yaşayacağımız barədə fikirlərimi paylaşırdım. Kimlərsə axtarmaq istəsə, bu barədə onlarla çıxışlarımı tapa bilərlər. Bakının mərkəzində bu qədər hündürmərtəbəli binaların böyük tıxaclar doğuracağını, kanalizasiya sisteminin yüklülüyündən çirkli suların küçələrlə axacağını, şəhərə gələn su borularının həcminin azlığına görə binalarda su problemlərinin yaranacağını onlarla dəfə paylaşdım və çıxış yollarını göstərdim.

2005-ci il ölkə Prezidenti ilə görüşəndən sonra yüksək rütbəli məmurlarla görüşmək və fikirlərimi bölüşmək çox asan idi. Bu gün Bakı ətrafı kəndlərdə yaşanan problemləri görüb konkret bir faktı Sizinlə daha geniş bölüşürəm. Elə həmin vaxtlarda Ədliyyə Nazirliyinin bələdiyyələrlə işləyən idarəsinin rəisi (sonralar icra başçısı oldu) və Ədliyyə Nazirinin bələdiyyələr sahəsinin kuratoru sayılan Vilayət Zahirovla bir neçə dəfə görüşdüm. Onlara izah etdim ki, bir dəfə XX əsrin əvvəllərində Bakıda neft bumu yaşanan vaxtı insanlarda pul olanda onlarla qəsəbələr nizamsız salınıb (naxalstroylar, gecəqondular) və bu gün də hamı onun əziyyətini çəkir. İndi yenə neft pulları hesabına insanlar kütləvi şəkildə bələdiyyələrdən aldıqları torpaqlarda nizamsız şəkildə evlər tikirlər və bu da yaxın zamanlarda yeni problemlər və yaşayış məntəqələrində yeni eybəcərliklər yaradacaq. V.Zahirovla söhbətimiz səmimi olduğundan konkret təkliflər də verdim ki, onsuz da bələdiyyələr torpaqları dədə malı kimi satırlar. Sadəcə, əvvəlcədən müəyyən edin ki, hansı sahələr vətəndaşlara satılacaq və həmin ərazinin planını tərtib edin. Əvvəlcədən yolları, kanalizasiya sistemlərini, telefon, işıq xətlərini (o vaxtlar bunun üçün dirəklər basdırılırdı), ərazidə olacaq məktəb, tibb məntəqəsi, mağazalar və yaşayış məntəqəsində ehtiyac olan digər obyekt yerlərini müəyyən edin. Bundan sonra bələdiyyələr yenə də torpaqları necə istəyirlər elə də satsınlar.

Elə həmin vaxtlar bu barədə təkliflərimi Prezident Administrasiyasına da göndərdim. Təxminən bir il bu barədə çalışdım. Sonra başa düşdüm ki, heç kim bu təkliflə razı deyil. Ona görə yox ki, razı deyildilər. Ona görə ki, bu cür olacağı təqdirdə minlərlə məmur milyonlar yox, milyardlarla rüşvətdən məhrum olacaqlar. Məhz buna görə təklif etdiyim yolu seçmədilər.

Bundan başqa, dünyanın heç bir yerində asfalt küçələri su axını üçün kollektorlarsız olmur. Bizdə isə ya kollektor yoxdur, yaxud var, ancaq yararsız çəkilib. Bu da savadsızlıqdan yox, acgözlükdən, korrupsiyanın tüğyan etməsindən əmələ gəlir.

Ona görə də hamı bilməlidir ki, bizim bəlamız normadan artıq yağış yağması yox, korrupsiyanın miqyasındadır."


Gundemxeber.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tanınmış hüquqşünas hakimiyyəti və onun "mətbuat kapitanları"nı "ağ yuyub, qara sərdi" - RƏZALƏT

    Tanınmış hüquqşünas hakimiyyəti və onun ...

    2-10-2025, 18:16

  • 
  • Məşhur hüquqşünas hakimi sərt tənqid etdi, jurnalisti isə qınadı - "ONLAR QANUNU DA, UCA ALLAHI DA UNUDUBLAR"

    Məşhur hüquqşünas hakimi sərt tənqid etdi, ...

    10-10-2025, 21:29

  • 
  •  "Əli Həsənov və dəstəsi həbs edilməli, oğurlanan milyardlar xalqa qaytarılmalıdır" - tanınmış hüquqşünas

     "Əli Həsənov və dəstəsi həbs edilməli, ...

    1-09-2020, 20:42

  • 
  • “European Tobacco” deputatdan alınıb

    “European Tobacco” deputatdan alınıb ...

    28-06-2013, 13:48

  • 
  • Frenk Elkaponidən İbrahimbəyova dəstək

    Frenk Elkaponidən İbrahimbəyova dəstək ...

    12-07-2013, 14:48


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu