GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » AMAZONKALAR - Qadın döyüşçülər Azərbaycanda olublar?

AMAZONKALAR - Qadın döyüşçülər Azərbaycanda olublar?

Tarix: 30-03-2026, 19:13 Bölmə :Ölkə / Cəmiyyət Baxış: 14

AMAZONKALAR - Qadın döyüşçülər Azərbaycanda olublar?
“Britaniya arxeoloqları Naxçıvanda tunc dövrünə aid məzarların tədqiqi zamanı qədim Yunanıstan əfsanələrində adı çəkilən amazonların mövcudluğunu təsdiq edən artefaktlara rast gəliblər”.
Bunu Böyük Britaniyanın “The Observer” nəşri yazıb.
Eramızdan əvvəl I əsrdə yaşayan tarixçi Pompeius Trogus Makedoniyalı İskəndərin Atropatenaya yürüşünü anlatarkən yazır: “Böyük İskəndər xəzərləri və midiyalıları yendi. Oradakı 300 qadınla bərabər amazon kraliçası Talestris ya da Minutiya 35 günə yad qəbilələri keçib İskəndərin görüşünə gəlir".
Araşdırsaq görərik ki, Kitabi-Dədə-Qorqud dastanında Bamsı Beyrək özünə həyat yoldaşı arzulayanda atasına dediyi qız əlamətləri tam Amazon qadını tipinə uyğun gəlir. Beyrək söyləyir ki, ”o qız elə olmalıdır ki, məndən qabaq dursun, məndən qabaq ata minsin, məndən qabaq döyüşə baş vurub baş gətirsin”.
Nizami Gəncəvinin qəhramanı olan Nüşabə də həqiqətən tarixdə mövcud olub və onun əsl adı TALESTRİS olub. Amazon kraliçası olan TALESTRİS Bərdə ərazisində bir qalanın rəhbəri və qızlardan ibarət olan ordunun sərkərdəsi idi.
Strabon isə “Coğrafiya” əsərində yazır:” Albaniyanın yuxarı dağlarında amazonlar yaşayır. Pompeyi yürüşdə müşayiət edən və Albaniyaya gələn Feofan söyləyir ki, skif tayfaları olan Hell və Lehlər Amazonkalar və Albanlar arasında yaşayırlar."
Strabon Metrodor Skepsiliyə və Gipsikarta əsaslanaraq bildirir ki, ”amazonkalar Qafqaz dağlarının Kervaney adlandırılan hissələrinin şimal yamaclarında qarqarların qonşuluğunda yaşayırlar”.
“Amazon” sözü qadın döyüşçü deməktir. “A-mazos”-“döşsüz” deməkdir.
Eramızın II minilliyində yaşamış yunan səyyah və coğrafiyaçısı Pavsani yazır: "Amazonlar Qafqazda yaşayırdılar. Onlar Hurkani gölü (bugünkü Xəzər) sahillərindən baş alıb gəlirlər. Albaniyanın yuxarılarında amazonlar yaşayırdılar. Onlar yer şumlamaq, bağçılıq, mal-qaraya və xüsusilə atlara qulluq etmək kimi müxtəlif işlər görürdülər. Daha güclü amazonlar isə at belində ovla və ya hərbi təlimlə məşğul olurdular.”
Böyük yunan həkimi Hippokrat isə yazır: “Amazonlar 3 düşmən öldürüncəyə qədər qız qalırdılar. Onların sağ məmələri olmazdı, uşaqlıqda anaları bunu dağlayırdılar ki, burada inkişaf dayansın və bütün güc sağ kürəyinə və sağ qoluna keçsin. Amazonlar əllərinə xına yaxardılar".
E.ə. I əsrdə Roma sərkərdəsi Pompey Albaniyaya hücum edərək bu əraziləri ələ keçirmək istədikdə Azərbaycan qadınları kişilərlə bərabər ayağa qalxmış və Pompeyin qoşunlarına müqavimət göstərmişlər. İsgəndəriyyəli Appian yazır ki, romalılara qarşı kişilərlə bərabər qadınlar da vuruşurdular və döyüşdən sonra “girov götürülmüşlər və əsirlər arasında kişilərdən az yara almayan çoxlu qadın var idi”.
Səfəvilər dövlətində Qızılbaş tayfaları arasında çox sayda qadın döyüşçülərin olduğu qeyd edilir. Səfəvi dövlətinin yaranmasında rol oynayan zülqədər tayfasının arasında 30 minlik qadın döyüşçünün varlığından bəhs edilir.Bəzi tədqiqatçılar həmin döyüşçü qadınları “amazonlara” oxşadıblar. “Amazonlara” oxşadılan bu qadınlara Taclı Bəyim rəhbərlik etmişdir. Çaldıran savaşında çox sayda qadın əsgərin yer alması ancaq bu şəkildə izah edilməlidi.
Azərbaycanda amazon qadınların olması ilə bağlı, hətta amazon qadınlar ölkəsinin məhz Azərbaycanda olması ilə bağlı çoxlu faktlar var. Azərbaycanda qadınların adı ilə bağlı 60 mağara, 15 qız qalası var. Araşdırmalar göstərir ki, dünyanın heç bir yerində Qafqaz Albaniyasında, xüsusilə Azərbaycanda olduğu qədər Qız qalaları yoxdur. Azərbaycanda qadın və qız adlı kifayət qədər qalalar, abidələr var.Bu barədə daha çox yazmaq olar. Bu bir daha sübut edir ki, Azərbaycan qadınları tarix boyu torpaqlarımızın toxunulmazlığı, namusu və qeyrəti, dövlətçiliyimizin qorunması və möhkəmləndirilməsi uğrunda kişilərlə bərabər mübarizə aparmış, dünya tarixində cəsarət, qorxmazlıq və vətənpərvərlik nümunələri göstərmişlər.
Zaur Aliyev , fəlsəfə doktoru .
Şəkil: Azərbaycan türkləri, 1906-2026-cı illər

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyan Azərbaycan ordusunun irəliləməsindən DANIŞDI: - “Məndən qabaq olub”

    Paşinyan Azərbaycan ordusunun irəliləməsindən ...

    19-12-2018, 20:13

  • 
  • "Amazon"un rəhbəri vəzifəsini tərk edir

    "Amazon"un rəhbəri vəzifəsini tərk edir ...

    27-05-2021, 10:18

  • 
  • Tramp Amazon şirkətinin kifayət qədər vergi ödəmədiyini deyib

    Tramp Amazon şirkətinin kifayət qədər vergi ...

    6-04-2018, 17:36

  • 
  • Amazon müştərilərə şifarişləri dronlarla çatdıracaq

    Amazon müştərilərə şifarişləri dronlarla ...

    11-06-2019, 11:59

  • 
  • TRAMPIN TVİTLƏRİ OLAN TUALET KAĞIZI SATIŞA ÇIXARILIB

    TRAMPIN TVİTLƏRİ OLAN TUALET KAĞIZI SATIŞA ...

    5-08-2017, 14:49


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

İyul 2026 (477)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu