GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Hitler 1945-ci ilin iyununda nüvə silahı əldə edəcəkmiş - FTX gizli nüansları açıqlayıb

Hitler 1945-ci ilin iyununda nüvə silahı əldə edəcəkmiş - FTX gizli nüansları açıqlayıb

Tarix: 6-04-2026, 20:30 Bölmə :Ölkə / Maraqlı Baxış: 5

II dünya müharibəsinin son aylarında dünya tarixinin əsas cinayətkarlarından biri Adolf Hitler gizli silahının köməyi ilə SSRİ üzərində qələbə qazanacağına əmin olub. Bu, 3-cü reyxin Təbliğat Nazirliyinin iqtisadi şöbəsinin keçmiş rəhbəri və Milli Sosialist Alman Fəhlə Partiyasının (NSDAP) funksioneri, quppenfürer Verner Vaxterin Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən yayıılan 10 oktyabr 1945-ci il dindirilmə protokolunda göstərilib.

Dünya, sözün əsl mənasında, nüvə müharibəsi və atom fəlakətinin astanasında olub. V. Vaxter bildirib ki, 1943-cü ildə keçmiş həmkarı, Almaniya Təbliğat Nazirliyində rabitə mühəndisi işləyən Dominik məxfi söhbətləri zamanı ona atom bombası istehsalı üzərində işləyən bir qrup mühəndislə ünsiyyəti barədə danışıb. Dominik Vernerə alman alimlərinin atom nüvəsinin parçalanmasına nail olduqlarını və mütəxəssislərin hazırda nüvə enerjisinin praktik tətbiqi üçün metodlar və yollar hazırladıqlarını, artıq eyni şeyi edən amerikalılar və britaniyalılardan il yarım qabaqda olduqlarını bildirib.

dcd80fe2-2050-46f3-b838-32bba8102196.jpeg (138 KB)

V. Vaxter daha sonra ifadəsində yazıb ki, gizli hökumət bülleteninin redaktoru Hans Hertel daha sonra başqa bir məxfi söhbətində ona 1945-ci ilin fevral ayında Göbbelsin əmri ilə Selle şəhərinə etdiyi səfər barədə danışıb. Hertel orada tanıdığı xüsusi təyinatlı hərbi hava qüvvələri məktəbinin rəisi polkovnik Hermann Hajo ilə görüşünü təsvir edib. Məxfi söhbət zamanı Hajo ona məktəbin SSRİ-nin Ural və Orta Asiyadakı sənaye mərkəzlərinə nüvə bombaları atmaq üçün nəzərdə tutulmuş ən son dizaynlı (reaktiv mühərrikli - Qeyd), uzun mənzilli bombardmançı təyyarələrə sahib olduqlarını bildirib.

Hertel həmçinin əlavə edib ki, Selledəki xüsusi təyinatlı qüvvələrə məxsus hava qüvvələri məktəbinin rəhbərinin sözlərinə görə, bu ən yeni alman bombardmançı təyyarələrini təkcə onun aerodromunda deyil, həm də bir sıra başqa yerlərdə yerləşən qırıcılar müşayiət edəcək.

Daha sonra V.Vexter əlavə edib ki, Hitlerin atom silahından 1945-ci ilin yayında, daha dəqiq desək, 1945-ci ilin iyun ayında istifadə etmək niyyətində olduğu qənaətinə gəlib. O, fikrini 4 iddia ilə əsaslandırıb.

27c832b4-e824-42df-bde8-2b69295fc7d0.jpeg (180 KB)

1. Almaniya Təbliğat Nazirliyinin dövlət katibi doktor Naumann həmin dövrdə 3-cü reyxin fəlakətli hərbi-siyasi vəziyyəti barədə gizli iclasda Hitlerin dediklərini sitat gətirib - “Tanrı məni müharibənin son 14 gününə görə bağışlasın”. O, bu sözləri mənə dedikdən sonra vəziyyətin tezliklə kökündən dəyişəcəyinə tam əmin idim.

2. Verner Vaxter 1945-ci ilin əvvəllərində Almaniyanın faktiki silahlanma nazirinin müavini Şpeerlə silahlanma şöbəsinin müdiri Zaurla görüşüb. Hər iki şəxs gizli şəkildə ona ən son silahların istehsalı üçün sürətləndirilmiş işlərin aparıldığını və tezliklə cəbhədə istifadə olunacağını bildiriblər.

903f99bc-e480-48d2-9fae-9439ff85688c.jpeg (59 KB)

3. 1945-ci ilin yazında Verner Vaxterlə görüş zamanı Alman Tədqiqat Şurasının ixtiraçısı professor Şumann gizli şəkildə ona müharibənin gedişatını Almaniyanın xeyrinə dəyişdirəcək gizli silah üzərində geniş iş apardığını deyib.

4. 1945-ci ilin mart ayında Göbbels Təbliğat Nazirliyinin əməkdaşı fon Borkeyə şəxsən öz iştirakı ilə fürerin 1945-ci ilin iyun ayı üçün ulduz falı tərtib etməsini tapşırıb. Həmin fala görə, 1945-ci ilin iyun ayı Hitlerin üçün ən əlverişli ay olacaqmış.

8903b3bb-a416-4cf1-800d-8a40e06c0d52.jpeg (210 KB)

Lakin Stalinin Jukova Berlini ələ keçirmək və nasist Almaniyasını mümkün qədər tez bir zamanda məhv etməsi barədə tapşırığı vəziyyəti dəyişib. Odur ki, Stalin qatil həmkarı Hitlerin nüvə silahı hazırlayıb istifadə etməsinin, ən azı bütün Avropanı xaosa və ya dəhşətli nasist diktaturasına sürükləməsinin qarşısını ala bilib. Çünki əgər nasistlər atom bombaları olan reaktiv təyyarələrdən və ya raketlərdən istifadə etsəydilər, Rokossovski, Jukov və Konevin cəbhə xəttindəki ordu qrupları, Almaniyaya yaxınlaşan digər dövlətlərin hərbçilərinin əksəriyyəti həlak olardı. Heç o zaman Almaniya təyyarələri Volqa və Urala uçmaq məcburiyyətində də qalmazdılar. Çünki atom bombası bir neçə günün içində tarixin gedişatını nasistlərin xeyrinə tam dəyişərdi./musavat.com 

İlkin Nəcəf

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin ağlını itirir – Nüvə hücumundan danışıb

    Putin ağlını itirir – Nüvə hücumundan danışıb ...

    10-12-2015, 12:46

  • 
  • İran nüvə proqramı ilə bağlı bəzi məsələlərə aydınlıq gətirməyib

    İran nüvə proqramı ilə bağlı bəzi məsələlərə ...

    19-02-2015, 22:24

  • 
  • ABŞ kəşfiyyatı: Adolf Hitler narkoman idi

    ABŞ kəşfiyyatı: Adolf Hitler narkoman idi ...

    13-10-2014, 14:44

  • 
  • Obama Xirosimaya baş çəkdi

    Obama Xirosimaya baş çəkdi ...

    27-05-2016, 16:11

  • 
  • Hirosima nüvə hücumunun ildönümü qeyd edilir

    Hirosima nüvə hücumunun ildönümü qeyd edilir ...

    6-08-2017, 21:06


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu