GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Sevindik Hətəmov Hacıqabul şəhər nümayəndəliyinin keçirdiyi şübhəli satınalmalara nə qədər şərikdi

Sevindik Hətəmov Hacıqabul şəhər nümayəndəliyinin keçirdiyi şübhəli satınalmalara nə qədər şərikdi

Tarix: 9-04-2026, 23:13 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 28

Sevindik Hətəmov Hacıqabul şəhər nümayəndəliyinin keçirdiyi şübhəli satınalmalara nə qədər şərikdiHacıqabul rayon İcra Hakimiyyəti başçısının şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 2025-ci il üzrə keçirilmiş bəzi dövlət satınalmaları ətrafında araşdırma apardıq. Sözügedən qurum tərəfindən bağlanmış müqavilələrdə qanun pozuntularına yol verilməsinə şübhə yaradan bir sıra hallar ortaya çıxdı.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlara görə Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən 06.11.2024-cü ildə 2025-ci il üzrə alınaçaq zəruri mal -materialların və xidmətlərin satınalma planları açıqlanmışdır. Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi satınalma planlarına yalnız 2 kotirovka sorğusu daxil etmişdir.

Amma satınalmaların portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2025-ci ildə 11 satınalma müqaviləsi bağlamışdır. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi bu müqavilələrin hamısını bir mənbədən satınalma metodu tətbiq etməklə bağlayıb. Bəzi satınalmaların konkret təchizatçıları olduğundan bunlar anlaşılandır. Amma…

Qeyd edək ki, Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 02.05.2025-ci ildə satınalmaların portalında dərc etdiyi bildirişdə göstərir. Məlumatlandırma: Abadlaşdırma işlərinin görülməsi ilə əlaqədar olaraq keçirilmiş kotirovka sorğusunda 3 təchizatçı iştirak etmişdir. Dövlət Satınalmaları Haqqında qanunun 33.3-ci maddəsinin tələbləri nəzərə alınaraq hüquqi ünvanı Sabirabad şəhər 20 yanvar küçəsi 16 olan VECTOR MS MMC(VÖEN: 6801600211) qiymət təklifi 7604,50 manatla qalib gəlmişdir. Komissiya üzvləri qərarı təsdiq etmişdir. Dövlət Satınalmaları Haqqında Qanunun 37.1-ci maddəsinə əsasən gözləmə müddəti başlanmışdır. Gözləmə müddəti 02.05.2025-ci il tarixdə başlanmışdır. 5 iş günü ərzində(qeyri iş günləri nəzərə alınaraq 10 gün)davam edəcək.

Qurumun satınalmaların portalında 21.05.2025-ci ildə dərc etdiyi bildirişdə göstərir. 2) Məlumatlandırma: Dövlət Satınalmaları Haqqında Azərbaycan Respublikasının qanununun 37-ci maddəsinə əsasən 21.05.2025 tarixdən etibarən 5(beş) iş günü müddətində gözləmə müddəti başlanmışdır. Dövlət Satınalmaları Haqqında qanunun 33.3-ci maddəsinin tələbləri nəzərə alınaraq hüquqi ünvanı Sabirabad şəhər 20 yanvar küçəsi 16 olan VECTOR MS MMC(VÖEN: 6801600211) qiymət təklifi 7604,50 manatla qalib gəlmişdir. Komissiya üzvləri qərarı təsdiq etmişdir. Gözləmə müddəti ərzində təchizatçılar nəticələrdən Nəzarət Orqanına, inzibati qərardan inzibati qayda şikayət etmək hüququ vardır. Nəzərə almağınız xahiş olunur.

Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 01.08.2025-ci ildə satınalmaların portalında dərc etdiyi bildirişdə göstərir. Haciqabul Rayon İcra Hakimiyyəti Başçisinin Haciqabul Şəhər İnzibati Ərazi Vahidi Üzrə Nümayəndəliyi tərəfindən 13.06.2025-ci il tarixdə dərc olunmuş müsabiqə № 113099, satınalma predmeti Abadlaşdırma işləri olan kotirovka sorğusunda 4(dörd) təchizatçı iştirak etmişdir.Bunlardan iki təchizatçı müvafiq olaraq, MAİN SUPPLY MMC “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanununun 35.1.8-ci və 35.1.4-cü maddəsinə əsasən, NƏCƏF-2017 MMC 35.1.1-ci maddəsinə əsasən, satınalma komissiyasının qərarı ilə kənarlaşdırılmışdır və bu qərar AİBNDA-nın 30 iyul 2025-ci il tarixli AİBNDA/SQ-6622/2025 saylı qərarı ilə təsdiq edilmişdir. Hüquqi ünvanı Sabirabad şəhər 20 yanvar küçəsi 16 olan Vector MS MMC (VÖEN: 6801600211) ən səmərəli təklif verdiyi üçün qalib olmuşdur. Təchizatçı ilə 10 603.50 (on min altı yüz üç manat 50 qəpik)manat miqdarında müqavilə bağlanması nəzərdə tutulub. Müşayət məktubu yekun protokol, nəzarət orqanına təqdim edilmişdir.

Göründüyü kimi Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi abadlaşdırma işlərinin görülməsi ilə əlaqədar olaraq keçirilmiş kotirovka sorğusu üzrə üç tarixdə fərqli bildirişlər vermişdir. Qurum 21.05.2025-ci ildə VECTOR MS MMC-nin 7604,50 manat qiymət təklifi ilə qalib gəldiyini açıqlayır, 18.08.2025-ci ildə isə sözügedən MMC ilə 10.603,5 manat dəyərində müqavilə bağladığını dərc edib.

Bu Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfində satınalmaların formal təşkil edildiyinə, qanunsuzluqlara yol verilməsinə şübhə yaradan birinci məqamdır.

Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi kommunal xidmətlərin göstərilməsi və ərazinin təmizlənməsi üzrə 249.767 manat dəyərində satınalma müqaviləsini Hacıqabul rayon Mənzil İstismar sahəsi ilə 18.02.2025-ci ildə bağlayıb. Qeyd edək ki, Hacıqabul rayon Mənzil İstismar sahəsinin rəisi 2025-ci ilin yanvarından Həsənov İmamqulu Üzeyir oğludur. Yanvar ayına qədər isə İdarənin rəisi Aslanov Aqil Rahil oğlu olub. Qurumun hazırda 56 444.02 manat vergi borcu var.

Nümayəndəlik şəhər ərazisindən zibilin təmizlənməsi,daşınması və küçə işıqlanmasına nəzarət üzrə 305.242 manat dəyərində satınalma müqaviləsini Hacıqabul rayon Kommunal Təsərrüfatı İdarəsi ilə 21.02.2025-ci ildə bağlayıb. Müqavilənin hər ikisi bir mənbədən satınalma metodu tətbiq edilməklə bağlanılıb. İdarənin rəisi uzun müddət Həsənov Oktay Hüsən oğlu olub. İdarənin hazırda 43 747.89 manat vergi borcu var.

2025-ci ilin iyul ayından Hacıqabul rayon Kommunal Təsərrüfatı İdarəsinin rəisi Aslanov Aqil Rahil oğlu təyin edilib. Göründüyü kimi Aqil Aslanov Mənzil İstismar sahəsinin rəisi vəzifəsindən Kommunal Təsərrüfatı İdarəsinin rəisliyinə keçib. Aslanov Aqil Rahil oğlu, 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsində YAP-ın deputatlığa namizədi olub.

Qeyd edək ki, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi isə İbrahimova Laləzar Lətif qızıdır. O, bu vəzifədə 2013-cü ildən çalışır. Prezidentin 22 iyun 2015-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Göründüyü kimi Laləzar İbrahimova artıq 13 ildir ki, Hacıqabul rayon İcra Hakimiyyəti başçısının Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi vəzifəsinin başındadır. O, 2006-2019-cu illərdə Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı olmuş Əhməd Muxtarovun təyin etdiyi kadrlardandır. 2019-2024-cü illərdə Hacıqabul rayon İcra Hakimiyyətinə başçılıq etmiş Rüstəm Xəlilov da onunla işləməyə üstünlük vermişdir. Hazırda Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı olan Sevindik Hətəmov da nədənsə Laləzar İbrahimova ilə işləməyi davam etdirir.

Göründüyü kimi Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2025-ci ilin fevral ayında kommunal xidmətlərin göstərilməsi və ərazinin təmizlənməsi və zibilin təmizlənməsi, daşınması və küçə işıqlanması məqsədi ilə Hacıqabul rayon Kommunal Təsərrüfatı İdarəsi və Hacıqabul rayon Mənzil İstismar sahəsi ilə ümumi dəyəri 555 009 manat olan iki müqavilə bağlayıb.

Bütün bu göstərilənlərə aydınlıq gətirilməsi məqsədi ilə quruma ünvanladığımız məktub cavabsız qaldı. Nümayəndəliyin baş mühasibi Şamxal Abbasovla telefon açdığımızda o bildirdi ki, göstərilən məbləğ yalnız əmək haqqı ödənişidi. Həmin məbləğə heç bir mal material alınmayıb.

Burada ortaya yeni suallar çıxır. Rayon İcra Hakimiyyətinə tabeli Hacıqabul rayon Kommunal Təsərrüfatı İdarəsi və Mənzil İstismar Sahəsinin işçilərinin əmək haqqını niyə şəhər Dairə Nümayəndəliyi verir?

Belə olan halda hazırda Hacıqabul şəhərində küçələrin bərbad halda olmasını, mərkəzi küçədən başqa digər küçələrin qaranlığa qərq olmasını, zibil qutularına atılan məişət tullantılarının zamanında yığışdırılmadığı üçün ətrafa dağılması və antisanitariya şəraiti yaratdığını nəzərə alsaq ayrılan bu vəsaitlərin də təyinatı üzrə xərclənməsinə şübhələr yaradır. Həmin vəsaitlərin hansı məqsədlər üçün xərcləndiyini təbii ki, Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi Laləzar İbrahimova çox yaxşı bilər. Hacıqabulun İcra başçısı Sevindik Hətəmov da həmçinin. Bütün bu şübhələrə aydınlıq gətirilməsi məqsədi ilə ünvanladığımız məktuba cavab verilməməsi də daha böyük şübhələr yaradır./Aktualinfo.net/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident bu rayonlarla bağlı dəyişiklik etdi - Siyahı

    Prezident bu rayonlarla bağlı dəyişiklik etdi - ...

    16-06-2015, 09:14

  • 
  • Neftçalada ŞÜBHƏLİ ANLAŞMA... - Gənc başçı yaxşı başlayıb...

    Neftçalada ŞÜBHƏLİ ANLAŞMA... - Gənc başçı yaxşı ...

    21-05-2021, 16:52

  • 
  • Daha üç vəzifəli şəxs işdən çıxarıldı

    Daha üç vəzifəli şəxs işdən çıxarıldı ...

    4-05-2020, 15:32

  • 
  • Hacıqabul Şəhər Polis Şöbəsində yeni təyinat olub.

    Hacıqabul Şəhər Polis Şöbəsində yeni təyinat olub. ...

    12-03-2021, 11:54

  • 
  • Hacıqabul sakininin üzərindən narkotik maddə və odlu silah aşkarlandı

    Hacıqabul sakininin üzərindən narkotik maddə və ...

    10-05-2021, 10:00


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu