GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Sahil Babayev Səxavət Səfərovun obyektlərini əvvəl ƏƏSMN-də icarəyə götürürdü, indi də Maliyyə Nazirliyində

Sahil Babayev Səxavət Səfərovun obyektlərini əvvəl ƏƏSMN-də icarəyə götürürdü, indi də Maliyyə Nazirliyində

Tarix: 13-04-2026, 22:52 Bölmə :Ölkə / Manşet / GündəmXəbər Baxış: 9


“Dövlət Məşğulluq Agentliyi” publik hüquqi şəxsi Şərqi Zəngəzur RMF üçün ofis icarəsi xidmətinin satın alınması üzrə fiziki şəxs Emil Vidadi oğlu Orucov ilə 97.200 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 03.04.2026-cı ildə dərc edilib. Müqavvilənin müddəti 01.04.2026-cı ildə başlayır, 01.04.2027-ci ildə bitir.

Şərlər toplusuna görə ofisin ümumi sahəsi (əsas və yardımçı sahələr daxil olmaqla) 450 kvadrat metr (eyvan sahəsi daxil deyil) olmalıdır. Ofis sahəsində minimum 5 – 6 otaq və hər mərtəbədə 1 mətbəx və minimum 2 sanitar qovşağı olmalıdır. Ofis sahəsində ən azı 1 mərkəzləşdirilmiş server otağı mövcud olmalıdır və zəif axının (internet) server otağından birbaşa hər bir əməkdaşın fərdi komputerinə qoşulma imkanı olmalıdır. Ofis sahəsində 1 sürətli sərnişin lifti olmalıdır. Minimum 3 ədəd nəqliyyat vasitəsinin parklanması üçün yeraltı dayanacaq və ya həyətyanı sahəsi olmalıdır. Ofis sahəsində 24 saat isti və soyuq su ilə təminat mövcud olmalıdır. İnzibati binanın ofis sahəsinə aid şüşə və fasad hissələrinin yuyulması ildə 2 dəfədən az olmamaqla təmin edilməlidir. Təklif olunan sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli qərarına uyğun olaraq Zona 4, Zona 5, Zona 6 (Zona 6.1,6.2,6.3), Zona 7-dən təklif edilməlidir. Ofis sahəsinin icarə 12 ay üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, bu Dövlət Məşğulluq Agentliyi ilə fiziki şəxs Emil Vidadi oğlu Orucov arasında bağlanan ilk müqavilə deyil. Tərəflər arasında ofis icarəsi xidmətinin satınalınması üzrə bir müqavilə də 24.02.2025-ci ildə bağlanılıb. Bu müqavilənin də dəyəri 97.200 manat təşkil edib.

Xatırladaq ki, fiziki şəxs Emil Vidadi oğlu Orucov ictimaiyyətə son illərdə barəsində yayılmış məlumatlardan tanışdır. Belə ki,  fiziki şəxs Emil Vidadi oğlu Orucov son üç ildə icarə xidmətinin satın alınması üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə ümumi olaraq 928 561 manat məbləğində satınalma müqaviləsi bağlayıb. 12.02.2024-cü ildə 320.067 manat, 20.12.2022-ci ildə 318.622,07 manat, 14.11.2020-ci ildə 289.872 manat dəyərində.

Aktualinfo-nun hələ iki il əvvəl apardığı araşdırmada məlum olmuşdu ki, Emil Orucov uzun müddət təhsil sistemində çalışmış, 1997–2016-cı illərdə Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru olmuş, 2016-2024-cü iilərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru olmuş Vidadi Orucovun oğludur.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında Emil Vidadi oğlu Orucovun fiziki şəxs kimi 08.14. 2020-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında fiziki şəxs Emil Vidadi oğlu Orucovun hüquqi ünvanı BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, RÜSTƏM RÜSTƏMOV, ev 34, mənzil 65 göstərilib. Mərkəzi Seçki Komissiyasının seçicilərin siyahısında 25 saylı Nizami II seçki dairəsindəki 29 saylı məntəqənin yerləşdiyi ərazidə, RÜSTƏM RÜSTƏMOV, ev 34 ünvanında Orucov Emil Vidadi oğlunun 1987-ci il təvəllüdlü olduğu göstərilir. Həmin ünvanda, yəni RÜSTƏM RÜSTƏMOV, ev 34-də həm də 1990-cı il təvəllüdlü Orucov Tural Vidadi oğlu və 1956-cı il təvəllüdlü Orucov Vidadi Ömər oğlu da daimi pasport qeydiyyatındadırlar.

Göründüyü kimi Emil Orucov icarəyə verdiyi yerdən son üç il ərzində kifayət qədər böyük gəlir əldə edib. Buradan Dövlət Agentliyinin rəsmilərinə qaytarılan “otkat”ı və vergi rüsumlarını çıxsaq belə az pul qalmır. İndi siz deyin, Azərbaycan reallığında gənc ömrünün çoxunu elmə həsr etmiş (hərçənd bunun özü də sual altındadır – bunlar atasının pulları ilə də əldə oluna bilər) bir şəxsin bu qədər böyük gəlirlər əldə etməsi mümkündürmü?

Əldə etdiyimiz ən son məlumatlara görə fiziki şəxs Emil Vidadi oğlu Orucovun icarəyə verilən obyektlərlə heç bir bağlılığı yoxdu. Sözügedən obyektlər əslində “Kia Motors Az” MMC-nin sahibi Səxavət Səfərova məxsusdur. Əldə etdiyimiz məlumata görə Səxavət Səfərovla Kollec direktoru olmuş Vidadi Orucov qudadırlar. Səxavət Səfərov da ona məxsus obyektlərin bir neçəsini Emil Orucovun adına rəsmləşdirib.

Yuxarıda qeyd etdiyimizdən də göründüyü kimi Emil Vidadi oğlu Orucov 2020-2024-cü illərdə icarə xidmətinin satın alınması üzrə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə ümumi olaraq 928 561 manat dəyərində müqavilə bağlayıb.

Satınalmaların portalında 01.10.2024-cü ildə dərc edilmiş məlumata görə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi inzibati binanın icarəsinin satın alınması üzrə fiziki şəxs Əşrəf Səxavət oğlu Səfərovla 2.752.453 manat dəyərində müqavilə bağlayıb. Müqavilənin müddəti 01.10.2024-cü ildən 01.08.2027-ci ilə nəzərdə tutulub.

Bundan əlavə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi (DOST İş Mərkəzi) isə 06.11.2020-ci ildən 24.07.2024-cü ilə qədər fiziki şəxs Əşrəf Səxavət oğlu Səfərovla ümumi dəyəri 2 398 867 manat olan 6 satınalma müqaviləsi bağlayıb.

Burada Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fiziki şəxs Əşrəf  Səxavət oğlu Səfərovla bağladığı müqaviləni xüsusilə vurğulamaq lazımdır. Qeyd edək ki, Maliyyə Nazirliyi qeyri-yaşayış sahəsinin icarəsi xidmətinin satın alınması üzrə 31.03.2026-cı ildə fiziki şəxs Əşrəf Səxavət oğlu Səfərovla 1.073.010 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, fiziki şəxs Əşrəf Səxavət oğlu Səfərov hazırda “Kia Motors Az” MMC-nin qanuni təmsilçisidir. Yuxarıda qeyd etdiyimiz kimi “Kia Motors Az” MMC-nin əsl sahibi Səxavət Səfərovun oğludur. Fiziki şəxs kimi Bakı şəhəri, Xətai rayonu, Y.Səfəroğlu, ev 35, mənzil 19 ünvanında vergi uçotuna alınıb.

Qeyd edək ki Prezident İlham Əliyevin  6 fevral 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsinə Sahil Babayev təyin edilib. Xatırladaq ki, Sahil Babayev 21 aprel 2018-ci ildən Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri olub.

Göründüyü kimi Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olduqda sözügedən nazirliyə tabeli qurumlar, Maliyyə naziri vəzifəsinə keçdikdən cəm iki ay sonra isə Əşrəf Səfərovla icarə müqavilələri bağlayıb. Bu heç də bir təsadüfə oxşamır və Sahil Babayevlə sahibkar Səxavət Səfərov arasında işbirliyidir.

Qeyd edək ki, iki gün əvvəl medianın yaydığı məlumata görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan və tabeliyindəki qurumlarda aparılan yoxlamalar nəticəsində 8 milyon manat məbləğində əsassız ödəniş aşkar edilib. Bu barədə Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında qeyd olunub. Hesabatda bildirilir ki, daxili nəzarət, audit, inventarlaşma və xidməti araşdırmalar nəticəsində müəyyən edilən vəsaitin bərpası istiqamətində qanunvericiliyə uyğun tədbirlər görülür. Bundan əlavə, xidməti araşdırmalar zamanı aşkar edilmiş 22 fakt üzrə materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim olunub.

Odur ki, aidiyyatı qurumların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki qurumlar tərəfindən bağlanan icarə müqavilələrini də ciddi yoxlasalar dövlət vəsaitlərinin haralara yönəldildiyi də bəlli olar./Aktualinfo.net

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar xərcləyir – Bəs Gülnarə İbadova kimdir?

    Məşğulluq Agentliyi ofislərin icarəsinə milyonlar ...

    11-12-2025, 23:44

  • 
  • Deputat bahalı obyektlərini DÖVLƏTƏ İCARƏYƏ VERİR... - Müqviləyə oğlu imza atır...

    Deputat bahalı obyektlərini DÖVLƏTƏ İCARƏYƏ ...

    18-08-2021, 13:50

  • 
  • Bakıda 1 otaqlı ev və ofis yanıb

    Bakıda 1 otaqlı ev və ofis yanıb ...

    24-10-2018, 10:44

  • 
  • Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən iş adamının oğlu da pul qazanmağa başladı - ÖZBAŞINA QALIBLAR...

    Leysan Məmmədovla Xəlil Göyüşovun işbirliyindən ...

    2-07-2025, 23:58

  • 
  • Ədliyyə Nazirliyi professordan ofis icarəyə götürür - BU DA BELƏ...

    Ədliyyə Nazirliyi professordan ofis icarəyə ...

    2-05-2024, 23:03


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu