GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İsrail İrana qarşı nüvə silahından istifadə edə bilər – ŞOK XƏBƏRDARLIQ

İsrail İrana qarşı nüvə silahından istifadə edə bilər – ŞOK XƏBƏRDARLIQ

Tarix: 15-04-2026, 19:53 Bölmə :Ölkə / Dünya Baxış: 14


ABŞ və İran arasında iki həftəlik atəşkəs razılaşması olsa da, gərginlik səngimir. Bölgəyə yeni hərbi qüvvələrin daşınması, sərt ritorikanın davam etməsi savaşın fitilinin hər an çəkilə biləcəyi narahatlığını yaradır. İsrailin baş naziri Benyamin Netanyahunu nüvə silahına əl atmağa vadar edə biləcək Tehranla qarşıdurma fonunda Təl-Əviv son dərəcə çətin vəziyyətə düşüb.

Bunu Çikaqo Universitetinin professoru Con Mirşaymer özünün yutub kanalında Daniel Devisə müsahibəsində deyib.

Mirşaymer vurğulayıb ki, İsrail lideri Tehranı real təhlükə kimi qəbul edir, lakin hazırda onu məğlub edə bilmədiyini də anlayır. Professorun fikrincə, belə bir “kütləvi çıxılmaz vəziyyətə” düşən Təl-Əviv kəskin tədbirlərə əl ata bilər.

“Bu, bizi israillilərin son nəticədə nüvə silahından istifadə etmək barədə düşünə biləcəkləri təhlükəsinə qaytarır”, - analitik bildirib.

Qeyd edək ki, belə bir ehtimal İrana qarşı həyata keçirilən ikinci müharibənin ilk günlərində də irəli sürülmüşdü. Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor jurnalist Taker Karlsonla müsahibəsində demişdi ki, İsrail çox tezliklə İrana nüvə silahı ilə zərbə endirə bilər.

“Britaniyalılar və fransızlar bizimlə məsləhətləşmədən heç vaxt nüvə silahından istifadə etməzlər. Nüvə silahına sahib olduğunu etiraf etməkdən imtina edən bir ölkəyə rəhbərlik edən cənab Benyamin Netanyahu ilə də belədirmi? Mən “yox” deyərdim”, - deyə Makqreqor bildirmişdi.

O, İsrailin ABŞ-nin təsdiqi olmadan bu seçimə əl ata biləcəyini və Vaşinqtonun bu barədə “özünü aldatmamalı” olduğunu da söyləmişdi.

Taker Karlson əvvəllər İrana qarşı müharibənin yeni bir dünya nizamı qurmağa yönəldiyini bildirmişdi.

“Bu müharibə bəşəriyyət üçün yeni bir dövrün, yeni bir tarixi dövrün, yeni bir dünyanın başlanğıcını qoymaq üçündür”, - o, daha sonra qeyd etmişdi.

Yenidən nüvə təhlükəsi barədə anonsun verilməsi ABŞ-İran danışıqlarının İslamabad mərhələsindən sonra gündəmə gətirilib. Düzdür, növbəti raunda hazırlıq gedir, amma rəsmi Tehran qarşı tərəfin şərtlərini qəbul etmək niyyətində olmadığını açıq bəyan edib, bu isə yeni eskalasiya riski yaradır. Hesab olunur ki, İranın müqavimətini qırmaq üçün İsrail tərəfdən nüvə zərbəsi endirilə bilər.

Əslində ABŞ lideri Donald Trampın “bütöv bir sivilizasiyanın məhv olacağı” ilə bağlı təhdidi də bir çox dairələri, hətta ABŞ-nin sabiq dövlət katibi Con Kerrini şoka salan mövqe olub. Həm Netanyahu, həm də Tramp üçün İranı məğlub etmək çox önəmli məsələdir. Belə olduğu halda nəyin bahasına olursa-olsun, İranı diz çökdürmək planı işə salına bilər.

elxan.jpg (68 KB)

Politoloq Elxan Şahinoğlu isə gərginliyin bu həddə qədər artacağını güman etmir:

“İsrail etiraf etməsə də, həqiqətən bu ölkənin nüvə silahı var. Amma İsrailin İranla müharibədə nüvə silahından istifadə edəcəyini yüksək qiymətləndirmirəm. İsrail və ABŞ İran havadan müdafiə sistemini dağıtdı, hərbi hava qüvvələrinə möhkəm zərbələr endirdi. Bundan sonra artıq növbəti mərhələdə nüvə silahından istifadəyə də ehtiyac yoxdur”.

E.Şahinoğlunun sözlərinə görə, əgər İran nüvə silahı əldə etsəydi, o halda mənzərə fərqli ola bilərdi:

“Hər iki dövlətin nüvə silahı olsaydı, bu, nüvə müharibəsinə gətirib çıxarardı. Amma indiki halda İran nüvə silahı əldə edə bilmir. Baxmayaraq ki, illərdir uranı zənginləşdirir. Lakin İranın nüvə silahı yoxdur. Tehranın nüvə silahı olsaydı, o silahdan bəlkə də İsrailə qarşı istifadə edərdi. İranın nüvə silahı olmadığına görə İsrailin də iddia edildiyi kimi, İrana qarşı nüvə silahından istifadə edəcəyini düşünmürəm. İsrailin buna ehtiyacı da yoxdur. İsrail əlində olan modern hərbi texnikadan, hərbi hava qüvvələrindən, raketlərdən İrana qarşı kifayət qədər zərbə endirmək imkanına malikdir. Yenidən müharibə olsa, bu imkanlarından yenə də istifadə edəcək”./Musavat.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Suriya Təl-Əvivi hədələdi

    Suriya Təl-Əvivi hədələdi ...

    23-01-2019, 11:36

  • 
  • Obama İrana xəbərdarlıq etdi

    Obama İrana xəbərdarlıq etdi ...

    18-01-2016, 11:25

  • 
  • ABŞ-İrana müharibəsi başlayır

    ABŞ-İrana müharibəsi başlayır ...

    25-07-2013, 10:07

  • 
  • Trampın “yeni İran strategiyası” nə vəd edir?

    Trampın “yeni İran strategiyası” nə vəd edir? ...

    10-12-2017, 18:53

  • 
  • Con Bolton: İrana qarşı sanksiyaların yenidən tətbiqi ciddi təsirə malikdir

    Con Bolton: İrana qarşı sanksiyaların yenidən ...

    23-08-2018, 15:08


Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Arxiv xəbərlər

Avqust 2026 (19)
İyul 2026 (475)
İyun 2026 (436)
May 2026 (435)
Aprel 2026 (400)
Mart 2026 (372)
Fevral 2026 (434)
Yanvar 2026 (341)
Dekabr 2025 (515)
Noyabr 2025 (422)
Oktyabr 2025 (516)
Sentyabr 2025 (558)
Avqust 2025 (566)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (453)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (529)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (691)
Sentyabr 2024 (595)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (510)
May 2024 (620)
Aprel 2024 (570)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (558)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (544)
Avqust 2023 (579)
İyul 2023 (593)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (497)
Dekabr 2022 (638)
Noyabr 2022 (516)
Oktyabr 2022 (424)
Sentyabr 2022 (518)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (624)
May 2022 (583)
Aprel 2022 (642)
Mart 2022 (663)
Fevral 2022 (650)
Yanvar 2022 (663)
Dekabr 2021 (664)
Noyabr 2021 (659)
Oktyabr 2021 (664)
Sentyabr 2021 (604)
Avqust 2021 (503)
İyul 2021 (541)
İyun 2021 (672)
May 2021 (583)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (608)
Yanvar 2021 (564)
Dekabr 2020 (579)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (684)
Avqust 2020 (765)
İyul 2020 (766)
İyun 2020 (673)
May 2020 (641)
Aprel 2020 (806)
Mart 2020 (616)
Fevral 2020 (667)
Yanvar 2020 (527)
Dekabr 2019 (650)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (453)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (563)
Dekabr 2018 (749)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1045)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (826)
İyun 2018 (794)
May 2018 (757)
Aprel 2018 (858)
Mart 2018 (682)
Fevral 2018 (637)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1148)
Oktyabr 2017 (929)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1199)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (562)
Aprel 2017 (556)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (530)
Dekabr 2016 (513)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (401)
Avqust 2016 (340)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (489)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (529)
Aprel 2014 (428)
Mart 2014 (291)
Fevral 2014 (607)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (880)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: gundem-xeber@mail.ru
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu